G.....m
Sizləri yaradan Allahı nə qədər tanıyırsız? Sual çox düşündürücüdür. Dünəndən fikrimi cəmləyib haradan başlayıb harada bitirəcəyimi düşünürəm. Mən bizləri yaradan Allahı nə qədər tanıyıram? Öncə Aləmlərin Rəbbinə şükürlər olsun ki, qəlbimdə Allah sevgisiylə, Onu tanıyaraq doğulmuşam. Çünki hələ balacalıqdan hər yatanda və ya nəyəsə pis olanda əl açıb dua edərək yatırdım. Dua etməyi, məni eşidən Allahın olduğunu lap kiçik yaşlarımdan öyrənmişəm. Dua etmək mənim üçün nəfəs almaq kimi bir şeydir. Get-gedə ağlım kəsəndən hər şeyi daha da dərk etdim. Hələ orta məktəbdə oxuyarkən hər il 3 gün Oruc tutmağa başladım. İllər keçdikcə sayı artırdım və şükürlər olsun bu günümə ki, Ramazan orucunu tam bir ay tuturam. Daha sonra mənə böyük kimi görünən əslində isə xırda olan bir hadisənin vəsiləsiylə namaza başladım 4 ildir ki, şükürlər olsun ki, Allah qismət etdi. Mən Allahımı ən başlıcası çox mərhəmətli olaraq tanıdım. Qullarını darda qoymayan, onların səsini eşidən, qəlblərdə olanları, ağılımızdan keçənləri belə bilər Yaradanımız. Mərhəməti, şəfqəti o qədər genişdir ki, hətta günah edəndən sonra bəlkə tövbə edib düz yola qayıdarıq deyə bizə zaman da verir. Düşünün bir, günah edirik, amma bizim üçün tövbə qapısı yaradıb Allahımız. Bizim üçün hər zaman xeyirlisini istəyir. Yaradanımızın bizim ibadətimizə ehtiyacı yoxdur, Allah ehtiyacsızdır. Yenə də ibadətimizi biz qulların xeyri üçün istəyir. Hər dar anımızda, xoş anımızda, hər əl açdığımızda bizi eşidən Allahımızın olması necə də möhtəşəm hissdir. Allahımız bizə şah damarımızdan da yaxınıdır. Kaş ki, bunu çoxları başa düşə. Bizi yaradan, bizə can verən, xarici görkəm verən, gələcəyimizi bilən Yaradanımızıdır. Allaha şirk qoşmayaq, çünki gələcəyi yalnız Allah bilir. Allaha şükürlər olsun ki, müsəlman olaraq doğulmuşam və Allahım öz sevgisini qəlbimə qoyub. İnsan başını heç səcdədən qaldırmaq istəmir, Yaradanımızla söhbət doyumsuzdur, hələ onun varlığını hiss etmək tamam başqa bir hissdir. Tək diləyim bu dünyadaykən Allahıma qovuşmaqdır. Hər xırda səhvimdə səhvimi anlamam üçün mənə hər dəfəsində işarə göndərir, peşman olub üzr istəyim, günahlarım çoxalmasın deyə. Bizim Allahımız belə Allahdır. Bizlər üçün Qurani-Kərimi endirib, bizi doğru yola yönəltsin deyə, günahlardan uzaq olaq deyə gələcəyi bildirir. Yaxşı qullarını Cənnətlə müjdələyir, Cəhənnəmi göstərir ki, qulları özləri-özlüyündə dərk etsinlər. Bizlər üçün Ramazan ayını, orucu vacib bilib, yenə günahlarımız bağışlansın deyə. Bizim Allahımız o qədər mərhəmətlidir ki, qullarına qarşı, sadəcə bizlər yaxşı, Allahımıza layiq qul ola bilmirik. Yaradanımız qullarını çox sevir. Kaş ki, bizlər bunu görə bilsək. "Allaha qurban olum, ürəyim düzdür"-kəlməsiylə kifayətlənməsək, ibadətlərimizi həm öz xeyrimiz, həm də Allah üçün etsək. Hər gün Namaz qılmaqla Allahın, bizi Yaradanımızın görüşünə tələssək. Rəbbim İnşəallah cümləmizin günahlarını bağışlasın. Allahın sevimli bəndələrindən olmaq diləyilə. Sonda isə fikirlərimi bununla bildirmək istəyirəm "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Rəd surəsi 28-ci ayə) Asi bacım, belə gözəl xəbərdə mənə yer verdiyin üçün Allah razı olsun.
Gülbəniz
Uşaqlığımdan bəri ətrafımdakı avam insanların çoxunun danışdıqlarından Allahı ancaq cəza verən (nəuzibillah) bir varlıq olaraq tanımışdım. Hər bir günah işlədənin yerinin ancaq Cəhənnəm olaraq deyildiyi üçün fikrimdə hər zaman düşünürdüm ki, mən də daxil hər bir insan Cəhənnəmlikdir. Əgər insanlar günah işlədib Cəhənnəmə düşəcəksə, bəs Allah bizi niyə yaradıb? Uşaq ağlımla bunu fikirləşmişəm həmişə. Zaman keçdikcə, mən böyüdükcə başa düşdüm ki, Allah-təala biz insanları ancaq Ona ibadət etmək üçün yaradıb. 6 min il Allaha səcdə edib sonra Allaha qarşı çıxan iblisi Qiyamət gününədək azad buraxıb. O iblisdir ki, biz insanları günah etməyə sürükləyir.Sonra oxuduqlarımdan mənə agah oldu ki, Allahın mərhəməti qəzəbindən böyükdür, etdiyimiz günahları tövbə etməklə bağışlayır və mən Allahımı yaxından tanıdıqca daha da çox sevməyə başladım. Bu həyatda nə istəmişəmsə, Allahım verib mənə. Arzumu ürəyimdə qoymayib.Əgər bugünkü günümdə valideynlərim, bacım, qardaşım, 3 gül balam, məni başa düşən, hörmət edən həyat yoldaşım və bir parça çörəyim varsa, Allah haqqında necə pis nəsə fikirləşə bilərəm ki? Allahım mənim sirdaşımdır, təkliyə çəkilib hər sözümü Allahıma deyirəm. Allah gözəl Allahdır, insanlardır nankor. Allah mehriban, rəhmli Allahdır, insanlardır bunu başa düşməyən. Mənə verdiklərini Allahım bir gün məndən alarsa, heç vaxt uf belə demərəm, çünki hər şeyin gözəlini Allah bilir. Verən də odur, alan da. Sonda isə mənə bu gözəl xəbərində yer ayırdığın üçün sənə sonsuz təşəkkürümü bildirirəm, Asi bacım. Allah haqqında nə qədər yazsam da, yenə də azdır. Allah hər zaman tərifə layiqdir.
♥Aynişka Gülüm♥
Mənim üçün dunyadakı tək varlıq yeri-göyu Yaradan Allahımdır! Tək Ona inanıram, Onun qulu, köləsi olaraq! Hər şeyin başı Odur, kəramət, mərhəmət, səxavət, hər şey Ondadir! Allah təkdir, Allah böyukdur! Ona itaət etmək biz qullarının borcudur! Allah bağışlayandır! O qədər gunahlarımız olur ki, yenə də şans verəndir! Hər işin xeyirlisini yazar taleyimizə! Düzdür, hələ namaz qılmıram, inşəallah qılmağı çox istəyirəm, Ona daha yaxın olmaq üçün, borcluyam! Əslində bizlər də Allaha şukr etməyi bacarmalıyıq, mən gecə-gündüz mənə verdiyi hər şey üçün Allahma şükr edirəm! Millətimizin başındakı bu bəlalar üçün də Allahdan imdad diləyirəm, əsgər qardaşlarımızı qorusun deyə ona yalvarıram! Allahıma sığınaq, hər şey yaxşı olacaq, inanıram!
AYSUN MEMMEDOVA
Qurban olduğum Allaha inamım hər zaman olub. Bir dara düşən kimi,cbir xoş şey olan kimi öncə Allaha sığınıb hər günümüzə şükür edirəm. Qurban olduğum min şükür heç zaman məni darda qoymayıb. Şükürlər olsun ki, O, içimdə Allah sevgisi yaşadır.
вњµ♥•♥⇛⇛SeVgIlIsInIn EyBeCeRi♥•♥♥•♥♥•♥♥•пїЅпїЅ
Biz insanlar tək dara düşəndə yox, həmişə Allahı yadımıza salmlayıq. Biz əgər Allahı sevirksə, namaz qılırıqsa, bunun hamısını heç kəsə görə yox, tək olan Allaha görə edirik. Bəzi insanlar deyir ki, mən namaz qılmasam da, qəlbim təmizdir. Yox, belə deyil. Əgər sən hansısa bir işi görsən və desən ki, bu işə ümidim var. İşə yox, Allaha ümid etmək lazımdır. Əgər nəsə bir işin alınmasa, demə ki, niyə belə oldu, belə qismətdir. Allah bunu sənə belə məsləhət görüb, belə olacaq.
Hər bir şeyin mövcud olması üçün hansısa səbəb olmalıdır. Səbəbsiz olan bir tək Allahdır.
- Madam ki, Tanri var onda göstər mənə.
Qarşıdakı sualı verən kəsə bir sillə vurur.
- Niyə vurursan?-sualına,- Ağrıdımı?- deyə sual verir silləni vuran.
- Təbii ki, ağrıyır.
- Onda mənə ağrını göstər.
- Necə göstərim, ağrıyır, bunu hiss edirəm.
- Bax, Tanrı da belədir.
Fatma xanım
Allahıma qurban olum. O, mənim üçün ən ədalətli varlıqdır həyatımda. Həmişə Onunlayam, dərd yerim, güvən yerimdir O mənim. Ona nə qədər dua etsəm, nə qədər yalvarsam, yenə azdır.
PƏRVANƏ ƏLİYEVA....
Bu gün bütün yaşadığıma görə, aldığım nəfəsimə görə, ailəmə, yaxınlarıma görə, həyatımdakı hər bir saniyəyə, zərrəyə görə bir tək Allahıma borcluyam. Allahımı çox sevirəm, Ona çox inanıram. Həyatımda olan çətinlikərə, üzüntülərə, enişə, yoxuşa baxmayaraq bir tək Allahıma güvənirdim. Bilirdim ki, dərd verən Allahım bir gün dərmanını da verəcək. Bu gün Allahıma çox şükürlər edirəm ki, sağlamam, ailəm sağlamdır, ətrafım sağ-salamatdır. Gözəl ailəm, 2 gül balam. Allahım, sənə şükürlər olsun. Həyatımdakı ən önəmlisi isə Allahım mənə namaz, ibadət etməyi nəsib etdi. Sənə nə qədər şukr etsəm, azdır.
Xəyalə Murad
Mən Allaha olan sonsuz sevgimlə dünyaya göz açmışam. Onun möcüzəsinə canlı şahid olmuşam. Bu sevgini heç bir sevgi ilə müqayisə etmək mümkün deyil. İnsan Onu bütün varlığı ilə hiss edir. Allah biz bəndələrini o qədər çox sevir ki, bunun əksini kimsə izah edə bilməz. Hər şeyə qadir Allah, Rəhmandır və Rəhimlidir. Ona açılmış əlləri geri çevirməyəndir. Sınağa çəkən, öyrədəndir. Dini təhsilim olmasa da, Allahımı tanıyıram. Ona sonsuz şükrlər olsun.
__Leman__
Çox Şükür Allahıma, O, böyük, mərhəmətli, əzəmətli, rəhimli və bağışlayan, tövbə edənin tövbələrini qəbul edəndir, yeri, göyü, təbiəti də gördüyümüz nə varsa, hər şeyi Allah yaradıb, bizi də Allah yaradıb. Şükür olsun, Yaradana. Allahın varlığına hər zaman inanmışam və inanıram da. Allahım hər zaman köməyimə çatır. Biz insanların ən birinci sirdaşı Allahdır. Hər bir köməkliyi Allahdan istəmək, Ona dua etmək lazımdır. Allahın varlığına hər zaman inanmışam və hər zaman inanacımda bütün arzu ilə istəkləri gerçək edən tək varlıq Allahdır. Qurban olum Allaha.
mine Hesenova
Allahı çox sevirəm. Ən çıxılmaz anlarımda hər an varlığını hiss etmişəm. Dilim Ona daima şükürlüdür. Ətrafıma baxıram, doğurdan da, hər şeyə qadir olan yalnızca Allahdır. Doğurdan da, başa düşən biri üçün bunda bir möcüzə var. Məni yoxdan yaradan, mənə bu sürəti verən, ürəyimə insanlıq eşqini damladan, pis yolldardan çəkindirən, nəfsimə hakim olmağım üçün güc verən Odur... Ona gücümün yetdiyi qədər şükür edəcəyəm... Nə cümlə qursam, azlıq edər. Sənə şükürlər olsun, Rəbbim.
XƏBƏR LENTİ
Düzgün qidalanma haqqında 8 qayda
Xudaya yar olan şəhidimiz - VİDEO
Səudiyyə Ərəbistanında anasına əl qaldıran oğlun dişini çıxardacaqlar
Məşhur şəhərə Putinin adı veriləcək?
İmtahanla bağlı yenilik
Hamiləlik etirafı
Nazirlikdən "Son zəng" açıqlaması
Baş qəhrəmanlarından biri haqqında məyusedici QƏRAR
Beren Saatın arıqlığı hər kəsi heyrətləndirir-FOTO
Göldə əjdaha iddiası: "Boz rəngdə idi, suyun üzünə çıxdı..."
Bunlar qadın sağlamlığını korlayır!
Azərbaycanın şimalı şaxtalı iflic vəziyyətində
Pijama modelləri
Saçlarınıza zərər verməyin
Qeyri-adi vərdiş-Solaxaylıq
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Sərnişinin görünüşü hər kəsi güldürdü - FOTO
Cüneyt Arkın məşhur serialda
Azərbaycanda əhalinin sayı 1 milyon 916 min 500 nəfər artıb
Gülməli heyvanlar (son)
Bu da kəndlərimizin yeni adları
Bu ilin dəbi: Şortikli kostyumlar
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Çinli turistləri sirkdən qovub birbaşa karantinə göndərdilər
Günün ulduz falı
Çaylı keks
Azərbaycan etiraz məktubu göndərdi
Rusiya cəbhədə baş verənlərə münasibət bildirdi
Cəbhədə atışma oldu
Qadın.Netlə birlikdə hamiləlik (28-ci həftə)
Deputat: "İdmançılarımızda dopinq aşkarlanması təzyiq vasitəsi ola bilər"
HAVA necə olacaq?
Əhvalı yaxşılaşdıran idmanlar
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Reanimasiyada olan xəstələrin sayı azaldı
"Qalatasaray" öz meydanında coşdu, Droqba sıradan çıxdı
Düşündürücü sözlər
Günün qoroskopu: intriqaya aldanmayın
Dəbli görünmək üçün 5 tövsiyə
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Bakıda 53 min avroluq yarış, giriş pulsuzdur
Yaralı barmağa "dolama"
Sevgilisi olmayanlara şad xəbər-"Facebook"dan möhtəşəm Yenilik!
Məşhur aktyorların arasını vurdular-SƏBƏB
Milli komandamızın baş məşqçisi əcnəbi oldu
Arif Quliyev orduya yazıldı
Sağ qalmaq üçün bunları etmək şərtdir
Körpələr musiqini necə anlayır?
Xaş-xaşlı tort (foto resept)
Xoşladığımız yeməklər və xasiyyətimiz
- ŞƏRHLƏR