Həyatda ən çox nəyə "Kaş ki..." dediniz?
Gülşən29
Hər bir insan bircə dəfə belə olsa "kaş ki" sözünü deyir. Mənim də "kaş ki"lərim olub. Kaş ki? arzusunda olduğum təhsili ala bilərdim. Bu mənim indiki həyatımda tam fərqli bir həyat olacaqdı. Ancaq yenə şükür. "Kaş ki" deyəcəyim şeylər çoxdur. Ancaq hər günümüzə, hər anımıza şükür edirəm...
gülnarə humbatova
Eh, əsas insana lazım olan can sağlığıdır - onun da ki mən qədrini bilmədim, cansağlığımı sənətimə, işimə qurban verdim. İndi də əziyyətini çəkirəm. Kaş ki o vaxt - 11-12 il bundan əvvəl canıma yaxşı baxardım. 1-ci sinif götürmüşdüm, həvəslə öyrədirdim, heç bir yerim də ağrımırdı. Səhərdən axşama kimi heç nə yemədim, səhər duranda otaq əşyaları ilə birgə başıma hərləndi, elə o gündən oldum xəstə...
AYSUN MƏMMƏDOVA
Bir dəfə əmim qızına çox əsəbiləşmişdim və çox qışqırdım, pis sözlər dedim. Sonra çox lap çox peşman olmuşdum və o zaman dedim ki, kaş ki, bir az əsəblərimi qoruyaydım. Bu hadisə çoxdan olsa da əmim qızını görəndə yadıma düşür.
AyTaDj HəSəNzAdƏ
Düzdür biz insanlar çox şey üçün "kaş ki" deyirik, amma bunun əvəzinə Allaha şükür etsək, hər şey daha başqa olar. Allahu-Təala heç kimə "kaş ki" sözünü dedirtməsin. Amin. Mən ən çox həyatda oxumadığım ücün "kaş ki" demişəm, kaş ki, oxuya biləydim...
Xədicə 033
Əlbəttə ki, hər bir insan kimi mənim də həyyatda "kaş ki" dediyim anlar olub. O "kaş ki" dediyim anlardan biri də təzə gəlin getdiyim vaxtlarda bəzi bağışlanılan kiçik səhvlər etmişəm, indi oturub fikirləşəndə deyirəm kaş ki, o səhvləri etməyəydim, daha yaxşı olardı...
Lalə Qurbanova
Kaş ki, uşaqlığım geri qayıtsın. Uşaq olub çox böyük səhvə yol vermişəm, "Kaş ki eləməzdim" deyirəm hal-hazırda. O səhvimin utancını, əzabını yaşayıram. Kaş ki, o illər geri qayıdaydı və o səhvlərimi etməzdim, həyatımdan silərdim. Amma dəqiq nə olub, onu üzr istəyirəm yaza bilmərəm. Hər kəsin mənə elə gəlir ki, özünə aid bir sirri var...
Arzu
Kaş ki, valideynlərim ayrılmazdılar. O zaman hər şey fərqli, gözəl olacaqdı. Onların ayrılıqlarının əzabını biz övladlar çox çəkdik, çəkəcəyik bəlkə də. Valideynlərim ayrılandan sonra həyətdə uşaqlarla oynayanda qonşu uşaqlar dedi ki, "bizimlə oynama, atan yoxdu sənin". Atalı ikən atasız yetim oldum. Kaş ki, boşanmasaydılar. O gündən 11 il keçsə də yaram qaysaq bağlamır. Yenə də Allahım, bu günümə min kərə, milyon kərə şükür olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məsləhət istəyirəm
Şahzadənin xanımı xəstəxanaya yerləşdirilib
Neft qiymətlərindən son məlumat
Tramp: “Bayden heç vaxt 80 milyon səs toplamayıb”
Nənəsini qucaqlamaq üçün xüsusi kostyum ixtira etdi - VİDEO
Azərbaycanda hansı mobil telefon dəbdədir?
Bakıda açıq teatr: "Azərbaycanfilm"in yubileyi möhtəşəm qeyd olunacaq
Müdafiə nazirinin müavini: “Düşmənə ağır və sarsıdıcı zərbə endirilib”
Arıqladan dadlı detoks
"İTV Ermənistanın "Eurovision"dan kənarlaşdırılmasını tələb edib"
Banan necə gəlib çıxır? - FOTOSESSİYA
COVID-19-un yayılmasının zəlzələlərə təsiri açıqlandı
Saatlar bir saat geri çəkiləcək
Kök hüceyrə
Gözlərinizin böyük görünməsini istəyirsinizsə...
Barış Falay
Hava haqqında - 04.09.2013
Xoruzların səhər banlamasının səbəbi öyrənildi
56 yaşında model olan Kathy Jacobs
Ən yaşlı kişi uzunömürlülüyünün sirri ilə bölüşdü
Həkim koronavirus xəstəsini qucağında apardı - FOTO
Beyin haqqında miflər(3)
"Futbol tarixinə düşdüyümə şübhə etmirəm"
Yeni il tortları
Arıqlamağa kömək edən salat
HAVA necə olacaq?
Səmraya səs verən erməni münsifə qarşı kampaniya başladı
Azərbaycanda avtomobil bahalaşıb - STATİSTİKA
Qısa saç onlara daha çox yaraşır - FOTO
Beyoncenin qızı böyüdü-FOTO
Şabalıdlı plov (foto resept)
Nüsrətin duzsəpmə hərəkəti onun həbsinə SƏBƏB OLDU - FOTO
Hava ilə bağlı XƏBƏRDARLIQ edildi
Dövlət universitet və xəstəxanaları özəlləşdiriləcək?
Məşhur aktrisa aylar sonra peyda oldu-FOTO
Prezident İlham Əliyev Belçikada işgüzar səfərdədir
“Şaurma” (foto-resept)
Texnologiyalar belə ucuzlaşır
"Telekanallar diqqətli olmalıdırlar"
İnternet problemi olmayacaq
Ayrılıq zamanı edilən 3 böyük səhv
Təbabətdə inqilab sayılacaq yenilik
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Qızı üçün pul gətirən şəkillər çəkdi
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
60 artıq orta yaşdır
İdmançılarımız Soçi Olimpiadasında 2-ci sıradadırlar
Dünyanın ən yaxşı binası seçildi - FOTO
Çində Evlənmək QADAДћAN Olundu-SƏBƏB
Sofi Terner ana oldu
- ŞƏRHLƏR