- Salam, Şəri Babayeva.
Salam
- Necəsiniz? Adınızın tamamını bilmək olarmı?
Yaxşıyam. Siz necəsiz? Əlbəttə, olar. Şərafət
- Təşəkkür edirəm, çox gözəl adınız var, Maşallah! Sizə necə müraciət edilməsini sevirsiniz: Şəri yoxsa Şərafət?
Hamı mənə Şəri deyə müraciət edir. Ona görə artıq öyrəşmişəm və çox xoşdur
- O zaman elə mən də Şəri deyim. Deyin görək, saytımızla ilk tanışlığınız necə olub?
Bacımın sayəsində saytdayam. Saytda çox şeyi öyrəndim. Xəbər də yazıram. Heç inanmazdım ki, nə vaxtsa mən xəbər hazırlayaram və hətta hekayə belə yazmışam. Heç inana bilmirəm.
- Bacınız çox sağ olsun. Demək, saytımız vasitəsilə daxilinizdə gizli qalan istedadınızı kəşf edə bilibsiniz. Bu həm saytımızın, həm də sizin uğurunuzdur. İlk hekayənizi bitirəndə özünüzü necə hiss edirdiniz?
Hekayə yazanda çox çətin gəlirdi mənə. Amma yazıb qurtaranda inana bilməmişdim ağlayırdım. Çox da sevinirdim.
- Bəs o hekayəni bizimlə paylaşıbsınızmı?
Əlbəttə, paylaşmışam. Məhz sizin üçün yazmışdım hekayəni.
- Nə gözəl, o zaman oxumayanlar indi buyurub oxuya bilərlər. Qarşılıqsız sevgi Sizə görə tərbiyə nədir?
Bir az çətin sual oldu. Tərbiyə mənim üçün gözəl əxlaqdı.
- Gözəl əxlaqa sahib ola bilmək üçün nələr etmək lazımdır? Haradan başlamaq lazımdır, sizə görə?
Tərbiyə, gözəl əxlaq insanın özündə olmalıdır. Anam demişkən insanın qabında olmalıdır.
- Bəs valideyn tərbiyəsi bura daxil deyil?
Əlbəttə, daxildir. Hətta deyərdim lap başda elə valideyn tərbiyəsi durur.
- Əylənmək və vaxtınızı gözəl keçirmək üçün nələr edirsiniz?
Bacılarımla, anamla gəzməyə çıxıram. Pişiyimlə oynayıram.
- Bəs kitabla aranız necədir?
Çox yaxşıdır. Kitab oxumağı çox sevirəm.
- Hansı tip kitablara üstünlük verirsiniz?
Ən çox real həyatda baş verən hadisələri oxumağı çox sevirəm. Detektivi də çox sevirəm və həvəslə oxuyuram.
- Bir çox insanlardan fərqli etdiyinizi bildiyiniz nəsə varmı?
Deyəsən, yoxdur.
- Bəs olmasını istədiyiniz nəsə varmı?
Yox yoxdur.
- Sizin üçün ən gözəl hədiyyə nədir?
Anamın gülüşü
- Allah daim ananızın üzünü güldürsün! Həyatda etmək istəyib, amma edə bilmədiyiniz nəsə varmı?
Çox sağ olun. Amin İnşəAllah. Əlbəttə, var, həm də çoxdur.
- Bəs qarşınızı nə kəsir?
Heç nə kəsmir, sadəcə tənbələm.
- Bəs yaxşı, bu tənbəlliyin daşın atmaq belə çətindirmi?
Çətin deyil. Arada atıram, amma sonra tənbəllik gəlib yapışır məndən.
- Tənbəlliyin daşını birdəfəlik atmaq gərəkdir.
Tənbəllik məni çox istəyir də, neyniyim.
- Şəri bu həyatda inandıqlarını edir, yoxsa etdiklərinə özünü inandırır?
İnandıqlarımı etməyə çalışıram.
- İnandıqlarını etmək insana çoxmu baha başa gəlir, sizcə?
Yox, baha başa gəlmir.
- Nə gözəl. Səhvlər insan həyatında nə dərəcədə önəmlidir?
Səhvlər insana çox şey öyrədir
- Səhvlərdən öyrəniriksə, onda niyə səhv etməkdən qorxuruq?
Etdiyimiz səhvdəki hissləri yenidən yaşamamaq üçün qorxuruq.
- Şəri xanım, saytımızla əlaqəli müsbət və mənfi fikirlərinizi bizimlə paylaşa bilərsinizmi?
Mənfi heç nə yoxdur. Saytı çox bəyənirəm. Sayt sayəsində çox şeyi öyrənmişəm. Uzun ömürlü olmağını arzulayıram.
İnşəallah uzunömürlü olar.
- İstifadəçilərimizə demək istədiyiniz nəsə varmı?
Saytda şərh yazarkən sadəcə tşk yazmasınlar. Şərh xətrinə tşk yazmaq lazım deyil.
- Bizə zamanını ayırdığınız və səmimiliyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, sizi yormadım.
Buyurun, xoşdur. Yox yormadız, əksinə çox xoş oldu mənə. Təşəkkür edirəm. Ümid edirəm, mən sizi yormadım.
- Təbii ki, yormadınız. Sizin kimi bir insanı tanımaq mənə çox xoş oldu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putin İlham Əliyevə məktub yazdı
Hava şəraiti dəyişir: öncə qızmar yay, sonra sərin yaz - YENİLƏNİB
Hamiləliyin yadda qalan nöqtələri
Öpüş xəstəliyi - mononükleoz
Viktoriya Bekhem uşaqlarını xaç suyuna saldı-FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ad günüdür
Stiven Siqal Bakıdadır
Asan rulet börek (foto resept)
Balerina (rəqqasə) pəhrizi
Ölü Dənizdə 1200 illik tapıntı
Receb İvediyin 100 minlik dekorasiyası dağıldı
“Bütün günahlar Rusiyadadır”
Gülşənin doğuşdan sonra necə arıqlamasının sirri
Dadlı halva (foto resept)
Sofiya Rotaru reanimasiyaya yerləşdirildi
Yeni instagram trendi: makiyaj yoxsa təbii gözəllik
Beyza Şekerci oğlunun FOTOsunu paylaşdı
Mübariz İbrahimovu bundan sonra belə görəcəksiniz
Azərbaycanda güclü zəlzələlərin ola biləcəyi zonalar
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
DİQQƏT: Bu, siqaret qədər zərərlidir
Sabahdan hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Rəsmi Bakıdan Yahoo-ya etiraz
BASDIRMA (foto resept)
HAVA necə olacaq?
2012-nin gəlinlik tac və aksessuarları
Günün qoroskopu:Hisslərinizə uymayın!
Uşaqlarınızı hovuzda qorumağın yolları
Xəyallarımızdakı evlər
"Mourinyo futbol üçün böyük təhlükədir"
Bir binanın üzərində Parisin 750 illik tarixi
Hər kəs bu qızdan danışır-SƏBƏB/FOTO
Xallı geyim nümunələri
HAVA necə olacaq?
Çempionlar Liqasında rekordlar mövsümü...
Pomidorun qiyməti kəskin ucuzlaşdı
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Maraqlı ixtiralar
FİFA Messini seçdi
Leydi Qaqanın tərzi
Orqanizmdə vitamin C çatışmazlığı nə "vəd" edir?
Hava haqqında - 21.09.2013
Hadise bacısı ilə barışdı-FOTO
Ağcaqanad yarası üçün məlhəm
Xarab lampaları necə istifadə etməli?
Bu günün hava proqnozu
Soyuq havalarda izləyə biləcəyiniz 5 film
Uşaq ayaqqabıları
3 nəfər bir uşaq dünyaya gətirəcək
Azərbaycan tarixindən yüz şəxsiyyət-5
- ŞƏRHLƏR