`•.•”Yağmur “•.•’
Uşaq olanda da çox şey istəyirdik. Böyüdük, yenə istəklərimiz azalmadı. Nədənsə arzularımız heç bitmir. Biri reallaşan kimi başqa birini istəyirik. Arzular cürbəcürdür.
Şəxsi həyatımda uşaqlıqdan arzuladığım, həyatım haqda qurduğum planlar həyata keçdi çox şükür: ali təhsil aldım, işə qəbul oldum, daha sonra ailə həyatım uğurlu alındı, ana olmaq sevincini yaşadım. İndi tək arzum övladlarımın gələcəyi və xoş günlərini görməkdir.
Arzular nə qədər vacibdirsə, deməli, o arzuları düzgün istiqamətləndirmək də bir o qədər vacibdir. Nə istədiyimizə düzgün qərar versək, nə istəyiriksə ürəkdən istəsək, bu həyatımızın düzgün istiqaməti olacaq. Allah hər kəsi arzusuna çatdırsın!
ToRmEnTo
25 yaşım var, bu yaşıma kimi Allaha çox-çox şükür ki, bütün arzularım yerinə yetib. Mən çox dua edirəm. Yəqin ki, Allahın sevimli bəndəsiyəm ki, hər zaman səsimi eşidib. Bəzən kiçik yaşlarımda gerçəkləşməsi mənə mümkünsüz görünən arzularımın gerçəkləşdiyini görəndə uşaq ağlımla Allaha çoxlu təşəkkür edirdim. O adətimi heç vaxt tərgitmədim. Heç vaxt arzularım gerçək olandan sonra Allaha təşəkkürümü bildirməyi unutmuram. Mənim universitet kimi, karyera kimi arzularım olmayıb. Təhsilli olmaq üçün universitet oxumuşam. Hər zaman ali savadlı evdar qadın olacağam deyirdim. Elə də oldum. Ağlım kəsəndən sonra isə tək arzum sevdiyimə qovuşmaq olub. 7 il əlim Allahda dua etdim. Gün gəldi bizim qovuşmağımız möcüzə kimi görünməyə başladı, amma mən yenə də ümidimi itirmədim. Allahdan israrla məni sevdiyimə qovuşdurmağını istədim. Qovuşdum sevdiyimə. İndi dünyanın xoşbəxti sayıram özümü. Allah bu sevgimizin övlad payını da tez bir zamanda bizə qismət etsin inşAllah. Hələ ki, həyata keçməyən tək arzum ANA olmaqdır. İnanıram ki, Allah gözümü çox yolda qoymaz.
R.G.AL-SU
Mənə yer ayırdığın üçün çox sağ ol. Ən böyük həyata keçməyən arzum-arxeoloq olmaq olub, o da ki, həmişəlik ürəyimdə qalıb. Həyata keçən arzularım çox olub, əlbətdə ki, ailə həyatımla bağlı nə arzulamışamsa Tanrım verib mənə. Qarşıda da çoxlu arzularım var, uşaglarımı sağlam böyütmək, oxutdurmaq, layiqli vətəndaş kimi yetişdirmək, evləndirmək və onların xeyrini görmək-yoldaşımla birgə. Tanrı ətrafdakılarımı, sevdiklərimi mənə çox görməsin yetər. Bax belə, bütün arzularımız çin olsun İnşallah!
YEGANA
Mənim arzularım həmişə ardı-arası kəsilməyən arzular olub. Arzudanbarzu doğur çünki. Yenə də bu günümə naşükür deyiləm, Şükür Allahıma! Deyim ki,mən arzu etmişəm filan ölkələrdə olum, filan şeyim olsun və s.- bu arzular mənlik olmayıb. Sadəcə nə ilə mükafatlanmışam ona da qane olub razılaşmışam. "Hər işin alınmamasında da bir xeyir" var prinsipi həmişə mənə kömək olub. Yəqin belə məsləhətmiş, Arzum arzularımın arzuladıqları arzulardır... Canım Rasiməm, möhtəşəm xəbərin uğurlu- davamlı olsun, bacim!
Endless Love-Gulare
Həyata keçən və keçməyən arzularım nələrdir? Bu sualı düşünəndə bildim ki, həyata keçməyən arzularım həyata keçənlərdən daha çoxdur. Həyata keçən arzum universiteti bitirib diplomumu əlimə almaq idi -aldım, amma sevdiyim ixtisas yox, başqa bir fənndən. Hazırda isə arzum- ailə həyatı qurub iki əkiz övladımın olmasıdır. Allah hamını öz arzusuna çatdırsın.
GulenaY
Həyatda nə arzu edilirsə edilsin, təki ALLAHdan xeyirlisi olsun. İnsan tək öz mənafeyi üçün arzu etməz. Arzu və istək insanın xəyallarından, görmək istədiklərindən meydana gələn bir hissdir. Bizləri sabaha bağlayan da arzulardır. Mənim arzularımdan biri, şablon səslənsə də, babamın dünyadan getməmiş Qarabağı və Qərbi Azərbaycanı görməsidir. Həyatda hal-hazırda ən çox istədiyim və dua edib Allahdan o imana malik olub MƏKKƏ torpagına getməyimdir, təbii ki, yoldaşımla birgə. Buna imkanımız çatsa da özümüzü mənəvi, tam hazır bilməyimiz önəmlidir. Özümdən çox bu kainatda, bu Yer üzündə qardaşımın Allahın xeyirli bildiyi arzularına çatmağıdır. Həyata keçməyən arzularım da var. Bunları dilə gətirmək istəmirəm. Bir onu bilirəm, həyatda bəzən bizlərə acı olan hər şey Allahın xeyirli bildiyi şeylərdir. Həyata keçməyən bir arzumu dilə gətirmək istəyirəm ki, iş qadını ola bilmədim. Amma əsas odur ki, əl çörəyi yox ər çörəyi yeyirəm. Necə xəyal qurmuşdumsa elə də ailə qurdum. Bu mənim həyata keçən gözəl duyğulu arzularımdan biridir. Bir də Allah yol açsın Somalidəki aclıq içində həyat sürən, gözlərində gündüz də zülmət görünən uşaqları görməyə, mənəvi, maddi yardım etməyə gedərdim. Allah buna tab gətirəcək bir ürək versin mənə ,AMiN! Sonunda məni azacıq da olsa tanıyanlar biləcəklər ki, hər cümləm içimdəki səmimiyyətdən doğur.
SELENA (Aliyə Aslan)
İnsan arzular və xəyallarla yaşayır. Arzular isə bitməz və tükənməzdir. Mənim də hamı kimi çoxlu arzularım var. Bəziləri həyata keçsə də, digərləri hələ ki, sual altındadır. Ən böyük arzularımdan biri istədiyim fakultəyə qəbul olunmaq idi ki, şükürlər olsun qəbul olundum. Daha sonra 1-ci kursun yay sessiyasında 13 imtahan verməli idim və həyacandan səhv edəcəyimdən qorxurdum. Yenə Rəbbimə sonsuz şükürlər olsun ki, bundan da üzüağ çıxdım. Əslində arzularımın çoxu ailəm və təhsilimlə bağlıdır. Bir də lovable_madam demişkən, əsas can sağlığıdır. İnsan sağlam olandan sonra hər şey daha gözəl və rəngarəng olur. Arzularımızı gerçəkləşdirmək üçün çalışırıq.
Maraqlı və arzular kimi gözəl xəbərində mənə də yer ayırdığın üçün təşəkkür edirəm. İnşAllah hamının arzusu gerçək, duası isə qəbul olar! Rəbbim sənə də tezliklə şirin övlad qismət etsin. Amin!
Mahira
Əvəlla, bacım, mənə də bu gözəl mövzuda yer ayırdığın üçün sənə sonsuz təşəkkürümü bildirirəm. Həyatda demək olar ki, hər bir arzum həyata keçib. Dünyada ən gözəl məfhum olan sevgini dadıb, ən böyük arzum olan sevib seçdiyim insanla ailə qurmuşam. Həyat... arzular tükənmir, bitmir. Arzudan arzu doğur.
Hal-hazırda Allahdanən böyük arzum və yeganə diləyim xeyirli sağ salamat olan övladdır. Ondan başqa heç nə düşünmürəm. Rəbbim İnşallah bu arzumu da ürəyimdə qoymaz və mənə dünyanın ən gözəl varlığı olan körpəmi qucağıma almağı nəsib edər. Onu cəmiyyətimizə əməli saleh bir vətəndaş kimi yetişdirmək də arzularım arasındadır. Necə deyərlər, sonuncu ölən ümidlərdir. Nə qədər yaşayıb yaradırıqsa təbii ki, arzularımızda sonsuza qədər bizimlə yaşayacaq.
MAYA EL
Deyirlər arzudan arzu doğur. Hər bir insanın ürəyindən keçən arzuları var- bəzən həyata keçir, bəzən yox. Mənim də arzularımdan həyata keçənləri və keçməyənləri var. İlk öncə məni sevən biri ilə ailə qurmağım və qız övladımın olması idi. Allahıma şükürlər olsun, gözəl ailəm və gözəl övladım var, bunlar hər nəyə desən dəyər.
Həyata keçməyən arzularım da var. İnşallah bu arzularıma da çataram. Allah hər birimizə can sağlığı versin, övladlarımızı gözəl tərbiyə verib ali təhsilli edək.
♥A.Ravana♥
Gözəlim, mənə bu dəyərli və maraqlı xəbərində yer ayırdığın üçün sənə təşəkkür edirəm. Arzusuz nə həyat olur,nə də ki, insan. Arzular çox olur: həyata keçən və keçməyən. Hamısını yazsaq buralara sığışmaz. Ona görə də mən ən büyük arzularımdan deyəcəm. Bəzi arzularımız həyata keçir, bəzi arzularımızsa arzu olaraq qəlbimizdə qalır. Arzu edirəm hamının arzusu həyata keçsin. Mənim ən böyük arzularımdan biri sevdiyimlə qovuşmaq və çox xoşbəxt olmaq olub. Allaha çox şükürlər olsun, bu arzum həyata keçib. Ancaq xoşbəxtliyimiz hələlik yarımçıqdır. Həyata keçməyən ən böyük arzum 5 ildir həsrətlə gözlədiyim ana olmaq arzusudur. Bütün qadınlar kimi mən də sağlam və gözəl əxlaqlı övlad dünyaya gətirmək istəyirəm. Ana olmaq istəyirəm. Allahdan arzu edirəm bu arzumu mənim qəlbimdə arzu olaraq qoymasın, həyata keçirsin və xoşbəxtliyimizi tamamlasın. Allah bütün qadınları ana olmaq mükafatı ilə mükafatlandırsın. Ən böyük arzularımdan biri də sevdiklərimlə can sağlığı ilə xoşbəxt yaşamaqdır.
LOVE PİNK
Hər kəs kimi mənim də çox arzularım olub. Axı insan arzusuz yaşaya bilməz. İlk öncə həyata keçməyən arzularımdan başlayım. Hamı kimi mən də xəyallar qurardım ki, bunlardan ən əsası son zəng və ali məktəbə qəbul olmaq haqqında idi. Təəssüf ki heç biri həyata keçmədi. Bir dənə də arzum var idi, hef həyata keçmədi. Qismət...
Həyata keçən arzularımdan bilmirəm nə yazım. Düzdür, Allaha şükür, yaxşı məni sevən atam -anam, qardaşım, ailəm var. Yaxşı yaşayıram, amma qurduğum hansısa arzumun reallaşdığını xatırlamıram. Əlbəttə, indi arzularım var və həyata keçməsi üçün zaman lazımdır. Allahdan xeyirlisi... İnşallah, məsləhətdirsə olar. Ən böyük arzumsa arzusuz insanın arzusu olmaqdır.
mira-amar
Arzular tükənməzdir. Ən əsas iki arzum olub özümü başa düşəndən. 1-ci Universitetə qəbul olmaq (çünki buna çox çalışırdım), 2-ci isə gözəl ailəmin olmasını istəyirdim. Şükür Allaha arzularımın biri- yəni universitet arzum həyata keçdi, qəbul oldum, sağ-salamat bitirdim və işləyirəm. Amma digər arzum hələ həyata keçməyib. İnşAllah o da olar. Sonda sənə də öz təşəkkürümü bildirirəm. İnşAllah gələn il bu vaxt evinizdən körpə səsi gəlsin! Amin!
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR