Fidan Məmmədova
Biz yoldaşımla bir-birimizi düz 12 ildir ki, sevirik və 6 ildən çoxdur ki, ailə qurmuşuq. Mən həyat yoldaşımla qohum olduğuma görə onu hər yay tətillərində ailəmizlə birlikdə rayona istirahətə gedəndə görürdüm. Əslində mənim də ondan xoşum gəlirdi amma bunu heç kim bilmirdi. Bir gün elə rayonda istirahət edəndə bir neçə qohumlarla gəzməyə getmişdik. Bir az gəzdikdən sonra qabağımıza bir çay çıxdı və bizim bu çayı keçməkdən başqa yolumuz yox idi. Hamı birtəhər yavaş-yavaş keçməyə başladı və mən də donub qalmışdım. Elə keçmək istəyəndə bir də gördüm ki, yoldaşım mənə yaxınlaşıb dedi ki, sən burdan keçə bilməzsən gəl sənə kömək edim. Elə bunu deyib məni qucağına aldı və çaydan keçirtdi. Mən də lap utandım amma bir söz demədim. Çünki, özüm keçə bilməzdim başqa çarə yox idi. İlk sevgi dolu baxışları elə bundan sonra yaranıb. Amma məni sevdiyi haqda hələ heç bir söz deməmişdi. Bir neçə gündən sonra onlar getdilər və biz də evimizə gəldik. Bundan sonra o hər dəfə bir bəhanə ilə bizə zəng vururdu. Bir dəfə o bacısı ilə bizə gəldi və mən onu görəndə şoka düşdüm, həm də sevindim. Çünki, demək olar ilk dəfə idi bizə gəlirdi. Onda da bir söz deməyib getdi. Bir gün məni sevdiyini xalama demişdi və ona bir sevgi məktubu yazıb mənə verməsini xahiş etmişdi. Xalam da onun yazdığı sevgi məktubunu mənə verdi. Bu məktubda elə sözlər yazmışdı ki, oxuyanda heyrətə gəldim və onun məni çox sevdiyinə əmin oldum. Sonra o mənə zəng vururdu.... və belə bizim sevgi hekayəmiz davam etməyə başladı. Allahdan arzum budur ki, bu cür sevginin qarşılığı olan bir balaca körpə qismətimiz olsun.
ARiEL_ViViAN
Nişanlımla ilk tanışlığım 1-ci sinifə qədəm qoyduğum gün olmuşdur. Hələ o vaxtdan nə mənim nə onun nə də heç kimin ağlına belə gəlməzdi ki, vaxt gələcək eyni sinifdə oxuduğum, eyni partada əyləşdiyim insanla nişanlanacam. Onun mənə ilk sevgi etirafı 3-cü sinifdə olmuşdu və indiyə kimi yadımdadır, çox ağlamışdım hətda 4 il küsülü qalmışdım O, hər dəfə mənimlə barışmaq istədiyini desə də mən razı olmurdum. Bizim evimizdə də onların evlərində də hər kəs bilirdi ki, o məni sevir, hətda müəllimlərdə bilirdi. Mən də bundan çox sıxılırdım, ona görə danışmırdım. İllər keçdi küsüb barışa-barışa axırı gəldik 11-ci sinifə. Hamı kimi biz də ali məktəbə hazırlaşırdıq. Çox adam deyirdi mənə ki, ali məktəbə daxil olanda O, səni unudacaq, çünki bu neçə ili sən onun sevgisinə qarşılıq verməmisən. Son zəng günü mənə yaxınlaşdı və dedi "Mənim fikrim ciddidir və inşallah universitetə daxil olum 2-ci kursda elçimi göndərəcəm". Elə dediyi kimi də oldu. 2-ci kursda elçisini göndərdi. Axırı ailəmin və mənim razılığım ilə "hə" cavabı verildi. Artıq 2 ildir nişanlıyıq, çox şükür hər şey yolundadır. Və çox xoşbəxtəm. İnşAllah əsgərlikdən gələndən sonra da toyumuz olacaq. Allah hər kəsi xoşbəxt etsin. Amin, inşallah!
ToRmEnTo
Mən sevgi hekayəmi bütünlükdə yazsam yəqin bir kitab çıxar. Amma mən sizə qısa tarixçəsin yazım. Yoldaşım məni 2005-ci ildə sentyabrın 15-i universitetə ilk addım atdığım gün görüb. Dediyinə görə, anidən ayağını saxlayıb mənə baxmağa başlayıb, birdən yanımdakı oğlanı (qardaşımı) görüb, tez özünü yığışdırıb, yoluna davam edib. O gündən ağlından çıxmamışam, amma məni itirib. Bütün günü universiteti aşağı-yuxarı fırlanıb, amma tapa bilməyib. Mən də demək olar ki, tənəffüslərdə otaqdan çıxmırdım. 2 həftə axtarıb tapmayıb, ümidi kəsilib ki, yəqin burda oxumuram. Sonra anidən qarşısına çıxdım. Həmin gün mən də onu gördüm. Çünki yanındakı dostuna məni işarəylə göstərdi ki, tapdım qızı . Mən də öz-özümə dedim ki,dəlidir, nədir? O gündən sonra hər tənəffüsdə otağımızın qarşısından bir dəfə keçib mənə baxırdı. 2 ay məni izlədi universitetdə. Amma qətiyyən mənə yaxınlaşmırdı, narahat etmirdi. Heç mindiyim avtobusa belə minmirdi.
Bir gün bir qız məni çağırıb dedi ki, bəs filankəs sənə məktub göndərib. Məktubu aldım, oxudum, qoydum çantama. Sevgisini etiraf etmişdi. Rəfiqələrimə qəribə gəlmişdi ki, indiki zəmanədə məktub yazıb. Amma mənə çox xoş təsir etmişdi, telefonumu axtarıb kimdənsə almaqdansa, məktub yazıb. Mən məktuba cavab yazmalıymışam, amma heç nə yazmadım. Qıza da heç bir söz demədim. Yoldaşım da fikirləşib ki, cavab vermədiyinə görə razı deyil. Bir neçə gün ortalıqda görünmədi. Qərar veribmiş ki, bitdi bu iş. Amma dözməyib, dekabrın 1-i mən evə gələndə mən mindiyim avtobusa mindi, düşəndə yaxınlaşdı mənə. O gündən başladı hər gün mənlə gəlməyə. 2 həftə sonra telefon nömrəmi verdim. Beləcə 7 il sevgili olduq. Bu illər ərzində ayrılığımız da oldu, araya əsgərlik də girdi. Amma nəhayət, 2012-si ilin avqust ayının 5-i elçi gəldilər, 26-sı nişanlandıq, sentyabrın 25-i evləndik. Mənə hələ də tam olaraq çatmır ki, biz evliyik. O qədər çətinliklər yaşamışdıq ki, möcüzə kimi bir şey idi bizim qovuşmağımız. Amma Allaha çox şükür ki, bizə bu möcüzəni yaşatdı. Çox xoşbəxtik.
www
Nişanlımın bacısını 5 il idi ki, tanıyırdım. Neçə dəfə onlarda olmuşam (əmimin gəlinidir), amma onu görməmişdim. Birinci o görüb (bibim qiızının toy kasetində) valideynlərini göndərib. Sonra mən də onu gördüm. İlk baxışdan sevgiye inanırsınızmı, bilmirəm, amma məndə elə oldu. Onu hər şeydən cox sevirəm, o da məni. Sonra mən də razılığımı verdim və fevralda nişanlandıq. İnşallah Avqustda evlənirik. Allahdan hər kəsə sevib-sevilməyi arzulayıram.
Nuriyyə
İnstitutda oxuyurdum. O, dostunun yanına gəlmişdi (özü başqa institutda oxuyurdu). Qrupun qızları bir - bir auditoriyadan çıxanda, məndən xoşu gəlmişdi. Amma mən düz 1 il razılıq vermədim. 1 ildən sonra mən dərsdən evə qayıdanda qabağımı kəsdi, sözünü dedi. Qismət, heç özüm də bilmirəm necə oldu ki, razılıq verdim. Amma indi heç də peşiman deyiləm. 3-il nişanlı qaldıq, sonra toy oldu... Allah hamıya toy qismət eləsin. 2 oğlum var: Əli, Muhəmməd.” Sevginiz səmimiyyət və şəfqət dolu olsun!
N-Gunka
İlk dəfə universitetdə tanış olduq. Sonralar deyir ki, səni görəndə fikirləşdim ki, bu mənim axtardığım qızdır. Çox maraqlı tələbəliyimiz keçdi. Ona bir az naz edəndən sonra razılığımı verdim. Bir - birimizi çox sevdik. Qısqanc idi. Dərsə hər zaman özü aparıb-gətirərdi. Aparıb sinfə qoyar, sonra öz dərsinə gedərdi. Tənəffüs olan kimi də dayanırdı qapıda ki, başqaları gəlib qapımızı açmasın. Bu düz universiteti bitirənə qədər belə davam etdi. Amma gəzdirməyi, surprizlər eləməyi çox yaxşı bacarırdı. Hərdən davalarımız olurdu. Mən heç vaxt telefonu götürüb birinci zəng etməzdim ona. Dayana bilməyib özü zəng edirdi. Həmişə də deyirdi: "Sənin nə daş ürəyin var!" Hər dəfəsində sözləri ilə məni yoldan çıxardırdı. Barışandan sonra adam bir-birinin qədrini daha yaxşı bilir. Ondan boş şeylərə görə dava etdiyimə görə özümü bağışlaya bilmirdim. Hərdən o günlər üçün darıxıram. Amma hər şey indi daha gözəldir. Artıq evliyik. Bir-birimizlə çox yaxşı anlaşırıq. Əvvəllər olduğu kimi yenə də məni çox sevir, təbii ki, məndə onu. Əlindən gələn hər şeyi mənim üçün edir ki, üzümü güldürsün. Axı məni xoşbəxt edəcəyinə söz vermişdi. Şükürlər olsun ki, çox xoşbəxtəm. Övladımız da olsa hər şey gözəl olar. Sevgimizin meyvəsi...Bir qadın üçün ən böyük xoşbəxtlik yoldaşı tərəfindən sevilməsidir. ALLAH hər kəsə sevib sevilmək nəsib etsin. Dəniz 84, bizi o illərə qaytardığınız üçün çox -çox sağ olun!
Lovable_madam.
Yoldaşımla qohumuq deyə əslində uşaqlıqdan tanıyıram onu. Amma bir yerdə böyüməmişik. İşi ilə baglı o,başqa şəhər və rayonlarda olub. Ona görə bir-birimizdən və necə böyüdüyümüzdən xəbərimiz olmayıb. Çox sonralar aramızda sevgi hissləri yarandı. Mən düz 2 il naz etdikdən sonra nişanlandıq. Cəmi 2 ay nişanlı qaldıq. Sonra toyumuz oldu. Saytımızın bütün subayları üçün olsun. Amin! Hər kəsə saf sevgi üzərində qurulan və mehriban ailə arzu edirəm.
Yoldaşımla təsadüfən tanış olmuşuq. Bir gün maqazinə gəldim, gördüm mənim yerimdə dayanıb. Dedim: Sən niyə mənim yerimdə durubsan?:
Dedi: Mən nə bilim bura sənin yerindi?
Beləcə bir az söhbət etdik. Səhəri işə gedəndə məni görüb və arxamca gəlib. Mən hiss etdim ki, arxamca kimsə gəlir. Dayandım, onu gördüm. Məndən soruşdu ki, necəyəm.
Dedim: Yaxşıyam.
Dedi: Hara gedirsən?
Dedim: İşə gedirəm.
Dedi: Sən işləyirsən?
Dedim: Hə.
Dedi: Axı niyə?
Dedim: Səndən soruşacaqdım?
Nə isə telefon nömrəsini verdi. Gəldim axşam zəng vurdum ona. Danışdıq, görüşdük və mənə evlilik təklif etdi. Mən də qəbul etdim. Artıq beş ildir ki, evliyik.
İskom
Məni yoldaşımla tanış ediblər. Yoldaşımın 30 yaşı var idi. Evləndirə bilmirdilər. Kimi göstəriblər hərəyə bir bəhanə ilə razılıq vermirmiş. Mənim qaynanam ilə atamın daysı yoldaşı çox yaxın rəfiqə idilər. Qaynanam oğlunu evləndirə bilmədiyini atamın dayısı yoldaşına deyib. O, da məni məsləhət görüb. Məni birinci qaynanam bəyənib. Sonra isə yoldaşıma göstəriblər. O, da gəlib mənimlə maraqlanıb. Sonra razılıq verib. İndi isə on ildir ki, evliyik. iki oglumuz var. Xoşbəxt ailəyik. Allah hamıya gözəl ailə nəsib etsin,inşallah!
Elnarə
Mən öz sevgi hekayəmi yazsam, bəlkə də çoxları buna inanmayacaq. Bəlkə də gülüb keçəcəklər. Mənim sevdiyim kitablar olub. Həmişə dərslərimdə öndə olmaq istədiyim üçün başqa şeylərə vaxt ayırmamışam. Üçüncü kursda oxuyarkən sevmədiyim biri ilə nişanlandım. Bu nişana razılıq verdim, çünki, sevdiyim biri yox idi. Nişanlımı da qardaşlarımın tərifi üzərinə qəbul etdim. Nə yaxşı ki, qəbul etdim. O, mənə sevməyi öyrətdi. Başımı qaldırıb ətrafa baxmagı öyrətdi. Onu sevdim. Əvvəlcə sadəcə nişanlıma bir borc olaraq onu sevdiyimi düşündüm. Amma daha sonra anladım ki, onunla bir gün danışmasam nəfəs ala bilmirəm. Allaha min kərə şükürlər olsun ki, onu mənim qarşıma çıxardı. İndi biz 4,5 ildir ki, evliyik. Əkiz qızlarımız var. Sevgimiz hələ də ilk günki kimi təravətlidir.Allah bu xoşbəxtliyimizi daim etsin. Bütün xanımlarımıza təmiz, saf bir sevgi arzulayıram.
XƏBƏR LENTİ
MN əsir götürülmüş erməni komandirin üzərindən çıxan əşyaları təqdim etdi - FOTO
Kirli paltar
Mila Yavoviçin qızı aktrisalığa başladı-FOTO
Sevən kişinin xüsusiyyətləri
Bu gün Polad Bülbüloğlunun yubiley konserti olacaq
Gizlənməyi bacaran heyvanlar
Yerə təhlükə yaxınlaşır
Nüsret milyonluq avtomobil aldı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Azərbaycanda yağış yağacaq
DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Dünyanın ən bahalıları
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Kosmosdan çəkilmiş ən maraqlı fotolar
Həyat nə deməkdir?
Duman açıqlaması
Azərbaycanda bu körpünü görən hər kəs TƏƏCCÜBLƏNİR - FOTO
Qadınların münasibətlərdəki 5 problemi
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Evdə hazırlaya biləcəyiniz dəri maskaları
Təhlükəli silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
Ece Seçkin boyunun kiçikliyindən danışdı-FOTO
Toy etmək istəyənlərin NƏZƏRİNƏ
Quantanamo həbsxanası bağlanacaq?
Buraxılış imtahanları təxirə salındı
Bu ilin dəbi - narıncı
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Samsung Vyetnama köçür
Sizcə burada hansısınız?
İŞİD Həzrət Abbas məscidini havaya uçurdu
Toy tortları
Modest Musorqski
Keçmiş TQDK sədrinə yeni vəzifə verildi.
Hava haqqında
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Dilan Çiçək və Burak Dəniz eyni serialda - FOTO
Sahibkarlar üçün “ASAN xidmət”
Hər yaşa uyğun dəriyə qulluq qaydaları
Evin kimyəvi havasını təmizləyən bitkilər
3 il sonra...
Özünü brendləşdir
Sürətli saç uzatma
Novruz bayramının qeyri-iş günləri AÇIQLANDI
Bu il doğuş zamanı baş verən ana ölümlərinin sayı açıqlanıb
Hava haqqında
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Hər kəs "Eurovision-2020"-nin aparıcısından danışır-SƏBƏB
Bakının məşhur dairəsi dəyişdirilir
Hadisenin FOTOsu hər kəsi GÜLDÜRDÜ
- ŞƏRHLƏR