DJ CANIM OGLUM
Oğlum Məhərrəm (qısaca Maqa deyirik) isti yay günündə dünyaya gəlib - 2010-cu il avqustun 30-da bizim ücün hədiyyə oldu. Çünki atası ilə bir ayda dünyaya gəlib. Hal-hazırda övladımın 3 yaşı var. Usaqlığı cox ağlağan olub. İndi Allaha şükür ki, yaxşıdır, təmiz danışmasa da rəqəmləri sayır, bir "Maral" mahnısını oxuyur, gəl görəsən. Məhərrəmin həm adı, həm də özü bizim nəsil ücün önəmlidir, cünkü rəhmətlik qardaşımın adını daşıyır. Həm çox oxşayır, həm də onun çox hərəkətləri bundadır deyə nəfəsi onunla alırıq. Əsasən də anam ıap çox istəyir. Allah hamıya saf, sağlam övlad nəsib etsin inşaAllah! Məhərrəmin sınıq bir şeydən çox xoşu gəlir. Bir arabası var, onunla yatır, onunla durur. Oğlumun geyimləri ilə anam maraqlanır və əsasən klassik, bir də idman geyimləri geyinir. Heç gəzinti ilə arası yoxdur, amma maşında bütün gün gəzsin, heç "düşüm" deməz. Məhərrəmin gələcəyi inanıram yaxşı olacaq, çünki zehinli uşaqdır. İndilərdə ən böyük məşğuliyyəti kompüterdir. Allah hamıya qismət etsin. Amin!
Ilayda
Allah bütün balaları saxlasın, bizimkiləri də həmçinin. Bu xəbərdəki bütün balalar şirindir, hamısının gül yanaqlarından öpürəm.
Mən 3 varlığımla hər gün sevinir, hər gün şükür edirəm. Onlar haqqında danışanda ilk dünyaya gəlişləri gəlir gözüm önünə. Nihadım - ürəyim mənim 22.12.2005-ci ildə axşam saatlarında dünyaya gəlib. Çox tərs, səliqəli, dəblə geyinməyi xoşlayan və dərslərində uğur əldə edən balamdı, hə, bir də tərifi cox xoşlayır. Riyaziyyatı elə bil ana bətnində öyrənib. Kiçik yaşlarından toplama və çıxmanı sürətlə köməksiz həll edir. Arada mən onun sürətinə çata bilmirəm. MaşaAllah! Heç sevmədiyi şey adının səhv deyilməsidir. Sağ gözüm Nərmin balam 30.01.2009-cu ildə günorta dunyaya gəlib. Çox ağıllı, sözə qulaq asan, hər qız kimi bəzək əşyalarını sevən, səliqəli balamdır. Rəqsi çox sevir, özündən oyunlar qurur. Sol gözüm, balaca balam evimizin sevinci Ayla balam 06.07.2012-ci ildə dünyaya öz qədəmlərini günorta saatlarında qoyub. Çox şirindir, atası ilə nəfəs alır. Atası da ona tez- tez "Sən bu vaxta qədər harda idin, niyə gəlmirdin?" deyir. Hər ücünün də dunyaya gəldiyi ilk anda Rəbbimdən onlara talelərini gözəl yazmasını arzulamışam InşaAllah. Allah bütün balaları qorusun Amin!
Pervane
Allah bütün arzusunda olanların övlad payını versin inşaAllah. Mənim də iki oğlum var, böyüyü Əli 2000-ci ilin 9 iyulunda dünyaya gəlib. Maşallah olsun dünyaya gələndən çox sakit uşaq idi. Demək olar ki, məni heç incitmirdi. Bircə yemək yeməklə arası yox idi. Əli böyüdükcə görürəm ki, çox düzgün, yalanı sevməyən və haqsızlığı heç cür qəbul edə bilməyən biri kimi formalaşır. Bu xasiyyəti də onun üçün problemlər yaradır. Hobbisi futbola baxmaq, rəsm çəkməkdir. Humanitar fənnlərə marağı daha çoxdur. Əlinin mənfi cəhəti bircə tez özündən çıxmağıdır. Kiçik oğlum Əlvan isə 2001-ci ilin dekabrın 1-də dünyaya gəlib. Doğulandan sonra 2-3 ay ağlagan olsa da, sonralar maşaallah olsun çox sakit uşaq oldu. Əlvan sakit, hamıyla razılaşan və ətrafındakılarla tez ünsiyyət quran uşaqdı. Əli isə tanımadığı biriylə ünsiyyət qurmağa çətinlik çəkir. Əlidən fərqli olaraq Əlvan texniki fənnləri xoşlayır. Ən çox sevdiyi iş əlinə keçən hər bir şeyi söküb içinə baxmaqdı. Musiqiyə gedirlər. Əlvan piano çalmağı da xoşlayır. Nə isə, sonda bütün balaları Allah qorusun. Mənim isə hal-hazırda uşaqlarla bir problemim var o da oxuyun, oxuyun, oxuyun!
Gulum
Əzizim Yegişim, sənin xəbərinə çoxdan yazmaq istəyirdim. Amma nədənsə uşaqların körpəliyini yadıma salanda həmişə kövrəlirəm. Mənim körpələrim indi artiq yekə kişidilər. Böyük oğlum 22 il əvvəl yayin istisində dünyaya gəlib. Onda hələ mən özüm uşaq idim deyənə ona qətiyyən baxmağı bacarmırdım. Elə ona görə də 6 ayından 6 yaşına qədər onu anam böyüdüb. Yay vaxtı kəndə qaynanamgilə gedəndə məcburən onu da özümlə aparırdım. Allahım. uşagın dilini qətiyyən bilmirdim. Hədsiz dərəcədə sakit və tərbiyyəli bir uşaq idi. Nə istəyirdisə əvvəlində "icazə olar?" deyirdi. O saat bilinirdi ki, babası və nənəsi müəllim olub. Olduqca tez dil açmışdı - 2 yaşında bütün uşaq şerlərini bilirdi. Bir dəfə 2 -3 günlük Bakıya qayıtmalı oldum. Kəndə geri dönəndə 2 yaşlı uşağa qaynanam Qulhuvallah surəsini öyrətmişdi. Kimin yanında qoyub harasa getsəm hamı razılıq edirdi.H amı deyirdi ki, uşaq elə bil yaşından 3-4 il qabaq böyüyüb. Amma indi hərdən dəcəllik eliyəndə deyirəm bax eee, uşaq lap korlanıb. Allah qoysa gələn il universiteti bitirib əsgər gedəcək mənim ilk körpəm. Hə bacı, böyük oğlumdan demək olar ki, bir il sonra soyuq fevral ayında kicik oğlum dünyaya gəldi. Gecə xəstəxanaya gedəndə hava sakit idi, amma səhər gözümü açanda pəncərədən hər tərəfi ağ-appaq gördüm. Bir covğun, bir tufan var idi ki, gəl görəsən. Elə bil oğlum bütün bu soyuğu özü ilə gətirmişdi. Gördüm ki, palatada hamı mənə bir təhər baxır. Elə bu vaxt tibb bacısı uşağı gətirib üstümə atdı ki, "Ala ay xanım, bütün palataları gəzdirmişəm bu uşaq doymur, bu boyda uşaq olar." Deyim ki, uşaqların heç birinə südüm olmadığına görə 40 gündən artıq ana südü verməmişəm. Xəstəxanadan çıxıb anamgilə gəldim, bəxtimdən anamgilin qonşuluğunda südəmər körpələr çox idi, hər dəfə bir qonşu oğlumu yedizdirirdi. O vaxt uşaq yeməkləri talonla uşaq sayına görə verilirdi deyənə uşaq yeməyi çətin tapılırdı. Qardaşım Rossiyada təhsil aldığına görö yenə oğlumun dadına o çatırdı. Ordan alıb göndərirdi. Elə ona görə də oğlumun maşaAllah hər süd anasından bir xasiyyəti var. Dəcəllikdə ona çatan olmazdı. Anam böyük oğlumu bizə buraxmırdı ki, onun da tərbiyyəsini o birisi pozur. Anamgilə gedən kimi bir qələm tapıb bütün divar kağızlarını öz zövqü ilə bəzəyirdi. Böyük oğlum da, onunla yaşıd qardaşım oğlu da ona başqa planetdən gələn uşaq kimi baxırdılar. Bizi heç yerdə qonaq saxlamırdılar. Evdə nə xırda-mırda dəmir olurdu yeyirdi, məsələn qələm yayı, paltarda olan metal düymələri. Bir dəfə stolüstu büllur saatımız var idi, o vaxt ondan bütün qızlara cehiz verirdilər, yaşıdlarım bilər. Hə, bacı, bir gün bu saatın arxasında xırda hissələri bir-bir yoxa çıxdı. Sonra "qarşokdan" tapdıq. Məktəbə gedəndə artıq vurma cədvəlini öyrənmişdi. Əlifba artıq onuncun maraqsız gəlirdi. Hətta böyük qardaşını da hamı ona görə tanıyırdı.Bir gün dedi ki, məscidə Quran öyrənməyə gedəcəm. Razılıq verdim. Sən demə, əvvəl məscidə gedirmiş, sonra şahmata, daha sonra da tennisə. Bu haqda yarışlarda yer tutanda bildim. Məktəbdə mənim dəcəllik adlandırdığımı, müəllimləri qocaqlıq adlandırırdılar. Maaşlar təzə-təzə karta keçəndə məktəbdə bir necə müəllim kartı ona həvalə edirdilər. Hələ 5-ci sinifdə məktəbdə kompüter yarışında yer tutduğuna görə BP şirkəti onu öz hesabına kompüter kurslarında oxutdurub qırmızı sertfikat verdi. Hələ mən onun qəşəng şeir yazmağından demirəm. Hərdən zarafatla ona mənim "107 sənət sahibi oğlum" deyirəm. İndi artıq 2-ci kursun kursantıdır mənim gələcək zabitim. Allah hamının körpələrini saxlasın, mənim də böyük körpələrim onların içində.
Gulka
Oğlumun adı Fəxrəddindir. Babasının adını daşıyır. Fəxrəddin 2005-ci ildə anadan olub. Hazırda 9 yaşı var. Həm ata tərəfinin, həm də ana tərəfinin ilkidir. Çox ərköyündür. Babası ona nəvəm yox, dostum deyir. Hazırda 3-cü sinifdə oxuyur. Dərs əlaçısıdır. Sinfin fəal şagidlərindən biridir. Öz ağıllı fikirləri və cavabları ilə müəllimini də özünə sevdirib. Uşaqları çox sevir. Uşaqlarla tez ünsiyyət qurur. Ən çox sevdiyi yemək kotlet və küftədir. Atası və məni də çox sevir. Hər gecə yatmağa getməmişdən qabaq bizi mütləq öpür, "Sizi çox istəyirəm" və "Gecəniz xeyrə qalsın" deyir. Arzum onu ağıllı, vətənə layiqli, əməli saleh bir övlad kimi görməkdir. Allah bütün övladları qorusun, İnşaallah.
Unique Woman
Qızım 18.07.07-də dünyaya gəlib, elə körpəlikdən sakit uşaq idi, heç incitməyib məni, indi də sözəbaxandır şükür. Rəsm çəkməyi çox sevir, mağaza gəzməyi də, özünə geyim seçməyi də çox sevir. Yeməklərdən ən çox plovu sevir. İndi hazırlığa gedir inşaAllah gələn il məktəbə gedəcək. Allah Təala arzusunda olan hərkəsə övlad sahibi olmağı nəsib etsin, Amin.
♥Aynişka Gülüm♥
Mənim də 3 uşağım var. Böyük qızım 2006-cı ilin iyun ayının 14-də doğulub. Evimizə sevinc gətirib, adını Ayna qoyub babası. Hazırda 2-ci sinifə gedir, dərs əlaçısıdır, həkim olmaq istəyir.2-ci qızım Gülbikə (nənəsinin adıdır) hamı ona Gülüm deyir, 2007-ci il dekabr ayının 27-də doğulub. Ailəmizin ən dəcəl ərköyün uşağıdır. Sentyabrda məktəbə gedəcək, amma hələ oxumağa həvəsi yoxdur. Özü baytar olmaq istəyir, küçədə qalan yaralı heyvanları sağaltmaq üçün. Təbii ki, qızlar hər ikisi cizgi filmlərinə baxmağı, kompüterdə oyun oynamağı çox sevirlər. Bir də oğlum 2012ci il dekabrın 8i dünyaya gəlib. Yaşına az qalıb. Adı Məhəmməddir. Elnarənin "Ha-ha" mahnısı üçün ürəyi gedir, çox şırındir. Allahıma min şükür.
Realist (A-N)
Deməli, bir il bundan öncə 28 oktyabr 2012-ci ildə ailə həyatı qurmuşam. Bu il, yəni, 2013-cü il 10 avqust tarixində isə mənim yaşam qaynağım, həyat eşqim, nəfəsim Aysu balam dünyaya göz açdı. Onun gəlişi ailəmizə rəng qatdı. Hər kəs çox sevir balamı. Ancaq hər kəsdən çox sevən, onsuz bir saatı belə darıxan bir var. Anası yəni, mən. O yuxuya gedir darıxıram. Çoxbilmişdir haa... Gözündən uzaqlaşan kimi ağlayır. Axşamları atasının qucağına verirəm, məni gördüyü anda qucaqda çırpınmağa başlayır. Yorğunluğu, yuxusuzluğu və bir çox əziyyətlərinə rəğmən şirin duyğudur. Onsuz bir günüm bir kənara, onsuz bir anım olmasın. Allah olmayanlara nəsib etsin. Amin.
Nigar
20 iyul 2012-ci ildə şirin-şəkər balam doğuldu. Adını Əli qoyduq. Onu da deyim ki, həmin gün anamın ad günü idi. Ailənin ilk övladı, ilk nəvəsidir Əli. Hamının sevimlisidir. Mehribandır, musiqi duyumludur. "Maşa və ayı" cizgi filmini və yumurtanı çox xoşlayır. Tərbiyəsinə ciddi yanaşıram.Onu vətənpərvər, ağıllı, dindar, təhsilli, ziyalı və ailəcanlı görmək ən böyük arzumdur. Allah bütün balaları ata-anasına doyunca versin, içində də bizim Əli balamız. Amin!
Məhsəti
Mənim də 3 qızım var. Böyük qızım Nurlanə 2003-cü ilin 14 iyulunda dünyaya göz açib. Ailəmizin ilki olan Nurlanə öz tərbiyyəsi və savadı ilə məktəbdə müəllimlərinin hörmətini qazanmışdır. Əlaçıdır, rəsm üzrə bir neçə müsabiqələrdə iştirak edib diplomlarla təltif olunub. 2-ci qızım Nazilə 2005-ci ilin 21 fevralda mənim ad günümə Allah tərəfindən hədiyyə göndərilmişdi. Qaynanamın adını daşıyır. O da bacısı kimi əlaçıdır. 4 yaşından rəsmə gedir. 6 yaşında rəsm üzrə keçirilən müsabiqədə respublika 1-cisi olub. Nəhayət 7 il aradan sonra evimizə yeni bir sevinc bəxş olundu. Qarlı, çovğunlu bir gündə 02.02.2012-ci ildə 3-cü qızım Məhin dünyaya gəldi. Məhin ailəmizin ən sevimlisidir. Atası ona ona antidepresyon deyir. İşdən yorğun gələndə onunla vaxt keçirəndə onun bütün yorğunluğu keçir. Məhinin adı mənim və atasının adının sintezdən yaranmışdır Məhsəti və Emin. Allah hər kəsin balalarını saxlasın, olmayanlara da bu sevinci dadmağı qismət etsin.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR