Nilla A
Mən Qadın.Netə 6 aydır ki, qoşulmuşam və bundan da çox razıyam. Qadın.Netə qoşulduqdan sonra maraq dairəm artıb. Burda çox faydalı xəbərlər olur. Ən çox sevdiyim mövzular din və uşaqlar haqqında olan xəbərlərdir, mətbəxə aid xəbərləri də çox sevirəm. Hələ ki, bu saytdan heç bir narazılığım yoxdur. Bu saytda əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
dombish
Qadın.Net! Bu saytda ilk dəfə nə axtardığımı xatırlamıram, amma mən şərh yazanda adım çıxmırdı, özüm yazırdım. Öz-özümə fikirləşirdim ki, bura niyə belədir, hər dəfə adımı yazıram. Sən demə faizimi çoxaltmalıyammış. Saytdan çox razıyam. Maraqlı xəbərlər olur, həmçinin istifadəçilərə də təşəkkür edirəm ki, maraqlı xəbərlər yollayırlar. Hərdən əhvalım olmayanda sağ olsun burdakı dostlarım, əhvalımı düzəldiblər. Heç kimdən şikayət etməmişəm. Heç kimin xətrinə dəyməsin: boş-boşuna dostluq yollamalarını xoşlamıram (elə bil dostlar çox olanda nə olur). Redaktorlar haqqında elə də çox söz deyə bilmərəm, çünki xəbər yollamaqda passivəm. Hərdən xəbər yollayanda ya şəkil açılmır, ya da kodun düzgün olmadığı yazılır, mən də fikrimdən daşınıram. Bir sözlə, maraqlı və keyfli saytdır. Yaradanlara təşəkkür.
Nazlı
İl yarımdır ki, Qadın.Netdəyəm, saytda hər şey ürəyimcədir, çox maraqlıdır. Redaktorlarımızdan cox razıyam, xəbər hazırlamaqda mənə yardımçı olan Gülşən xanımdan, Afət xanımdan çox razıyam, sağ olsunlar. Heç kimdən, heç nədən şikayətim yoxdur, xanımlarımız hamısı mehribandır, hər vaxt yardım etməyə hazırdılar.
Fidan Memmedova
İlk əvvəl onu deyim ki, bu sayta gələn bir gündən buranı çox sevdim və buradan heç ayrıla bilmirəm. Ümumilikdə saytı çox bəyənirəm. Bu saytda əməyi keçən hər kəsə təşəkkür edirəm. Saytda bəyəndiyim rubrikalar çoxdur və demək olar ki, hamı öz işini çox böyük həvəslə yerinə yetirir. Redaktorlar da sağ olsunlar, hər zaman kömək etməyə hazırdırlar. Baş redaktor Ceylan xanımı bu sayta gələn gündən tanıdım və onu çox istəyirəm. Saytda heç kimdən şikayət etmək fikrim olmayıb, əksinə, bu saytda özümə gözəl dostlar qazanmışam. Bir sözlə, bu saytda hər şey superdir. Qadin.Net mənim üçün çox doğmadır.
INCI_ELIYEVA
Qadin.net-i necə tapdım?! Bir gün mən Google-dan idman ayaqqabıları axtarırdım. Qadin.Net-ə daxil oldum və ondan sonra bura gəlməyə başladım. 13 oktyabr 2012-ci il, saat 13:09-da qeydiyyatdan keçdim, yeni dostlar qazandım. MaşAllah hamıyla dil tapıram. Şikayətim yoxdur,istəklərim var. Mən istəyirəm ki, Qadin.Net əvvəlki görünüşünə qayıtsın. Mən öz profil şəklimi görmürəm,əvvəl görürdüm.Adından məlum olduğu kimi, Qadin.Net-də kişilərin yeri yoxdur. Onlar olmasa, daha yaxşı olardı. Anonim istifadəçini çıxarsanız, yaxşı olar. Qıraqdakı reklamlar az olsa, daha yaxşı olar. Dini məlumatlar çoxalsın, insanların gözü açılsın. Bir də ki, ancaq dostluğumdakı insanlar mənə yaza bilsinlər. Bu da olsa əla olardı. Ümid edirəm ki,istəklərim cavabsız qalmaz.
Qabriella
Sayta 8 aydır ki üzv olmuşam və çox da şadam, şükür. Xanımları mehribandır. Ən əsası faydalı xəbərlərlə zəngin bir saytdır. Əsasən dini mövzularda olan maarifləndirici xəbərləri daha çox sevirəm. Həmçinin mətbəx, şəxsi inkişaf, gözəllik, moda, sağlamlıq rubrikaları xoşuma gəlir. Münasibətlər bölməsində olan bir rubrikanı heç sevmirəm...
Saytda ilk tanış olduğum və çox sevdiyim userlərdən biri və birincisi Aliyədir (kristen_). Hər zaman dinamikliyi, pozitivliyi və şənliyi ilə diqqətimi çəkən bir xanımdır. Həmçinin, artıq şəxsən də tanış olduğum Nigar (Niko), yeni tanıdığım Rasimə (SerraS), Lalə (Best of All). Bu xanımlarla daha çox ünsiyyətim var, digərləri ilə qiyabi tanışam...
Sonda saytımıza uzun fəaliyyət müddəti və heç bitməyən bir mehribanlıq arzusu ilə...
MELEYIM
Mən 14.11.2012-ci ildən Qadin.Netliyəm. Bu saytı "Süfrəmiz" verilişindən eşitmişdim.Mənə maraqlı gəldiyi üçün də sayta daxil oldum və o gündən davamlı olaraq bu sayta gəlirəm. Buradan qadınlara aid maraqlı məlumatlar alıram, bilmədiklərimi öyrənirəm,özümə çoxlu dostlar tapmışam. Redaktorlardan narazılığım yoxdur.Sadəcə, xəbər əlavə edəndə kopya olduğunu deyirlər hansısa bir saytdan, amma bizo xəbəri əziyyət çəkib yazırıq. Hansısa saytdan kopya etmirik, nə olsun ki, başqa saytda da var? Xəbər də başqa saytda olduğu kimi tam eynilə olmur, amma kopya deyib dərc etmirlər. Burada olan xanımlar hamısı başqa saytlardamı olurlar ki, həmin məlumatları bilsinlər? Şəxsən mənim xəbərim belə olub. Bu, mənim şəxsi fikrimdir. Saytdan başqa narazılığım yoxdur. Burda vaxtım xoş keçir. Boş vaxtlarımı burda oluram. Yaxşı ki, bu sayt var, Allah daha da uzun ömürlü etsin İnşAllah.
Yasemen
Artiq 2011-ci ildən Qadin.Net saytının üzvüyəm, bu saytı təsadüf nəticəsində tapmışdım və daha sonra qeydiyyatdan keçməyə qərar verdim. Düzünu deyim ki, bu sayta üzv olmaqdan heç də peşman deyiləm, çünki bu saytı digərlərindən fərqli edən hər kəsin bir-birinə olan hörməti və sevgisidir. Demək olar ki, bütun bölmələrini bəyənirəm, heç bir istifadəçidən və ya redaktordan şikayətim yoxdur. Bu sayt sayəsində mən çoxlu dostlar qazandım.İnşAllah Qadin.Net saytı uzunömurlü olar.
RUM
Mən burda yeni xəbərləri oxumağı və qızlarla danşımağı çox xoşlayıram. Redaktorlardan çox razıyam. Allah köməkləri olsun, amma çox istəyərəm ki, bura oğlan iştirakçılarını qoymasınlar, sırf qızlara məxsus olsun bu sayt. Bir də söhbət otağını açıq etsinlər, iştirakçılar sərbəst girsinlər. Çünki QN qurtarandan sonra girə biməyəcəyik. Çox xahiş edirəm ki, söhbət otağını açıq etsinlər. Qalan hər şey yaxşıdır, çox sevirəm bu saytı. Başqa saytlarda da qeydiyyatdan keçmişəm, amma bura girirəm. Bir söhbət otağını və online SMS yerini pulsuz etsələr, əla və ürəyimcə olar, çox sevinərəm.
Mahira
Qadın.Netdə artıq 15 ayımdır. "Zebra" keksi axtaran zaman bu saytla tanış oldum. Həqiqətən də bu sayt insanları maarifləndirməyə yönələn bir saytdır. Ən əsası isə evdar xanımlarımıza lazımlı olan məsləhətləri burdan əldə edə bilirik. Ümumilikdə mən bu saytdan hərtərəfli çox bəhrələnirəm. Heç kimlə də münaqişəm yoxdur və burada məni ən çox sevindirən odur ki, hətta utancaq xanımlarımız belə Qadin.Netdə özlərinə, xasiyyətlərinə uyğun rəfiqə tapıblar. Hələ ki, mənfi cəhətlər görməmişəm, sadəcə, bir şey arada məni narahat edir: şəkillərin həcmi azdır. İstədiyimiz şəkilləri yerləşdirə bilmirik, həcmini böyütsələr, sevinərəm. İnşAllah, uğurlarınız daimi olsun. Hər gün Qadin.Netdən yeniliklər gözləyirik. Sükanı belə saxlayın. Yaradıcısından tutmuş, redaktoruna kimi hər kəsin əllərinə, qollarına sağlıq.
canim
Mən Qadin.Net-dən çox raziyam. 2 aya yaxındır ki, mən burda qeydiyyatdan keçmişəm. Qadin.Net-də özumə çoxlu dostlar qazanmışam. Vaxtımın çoxunu burada keçirirəm. Bu saytdan demək olar ki, çoxlu şirniyyat və salat reseptləri öyrənmişəm. Bir sözlə, çox gözəl saytdır. Yeni mövzular görmək istərdim. Heç kimdən şikayətim yoxdur . Hamıdan razıyam. Bütün redaktorlara uğurlar arzulayıram...
Nermin Musayeva
Mən bu sayta yoldaşımın sayəsində gəlmişəm: bir gün yoldaşım mənə dedi ki, eşitmisən Qadın.Net saytı haqqında? O gündən mənə maraqlı gəldi bu sayt və daxil oldum. Burada çox maraqlı xəbərlər oxuyuram, maraqlı məlumatlar toplayıram. Artıq demək olar ki, günümün yarı hissəsi burada keçir. İlk dostum Celin Eshef, sonra Deniz Gözlüm olub, qəlbən və ruhən özümə ən yaxın bildiyim gözəl bacım və dostum Fidan Memmedovadır. Ən çox bəyəndiyim bölmələr mətbəx, kosmetologiya, pəhriz, həkim məsləhətidir. Şikayətim yoxdur, hər şey superdir. Bütün qadınlara xoşbəxtlik arzu edirəm. Həmişə gözəl qalın!
Nuriyye
Bu saytın mənim həyatımda özünəməxsus yeri var. Mənə elə gəlir ki, mən bu saytsız rahat ola bilmərəm. Buradakı rəfiqələrim çox səmimidir. Burada hər şey çox gözəldir, öz axarı ilə davam etsə, daha yaxşıdır. Amma yenilikləri də bəyənirəm. Qadin.Net günü-gündən inkişaf edir, daha da təkmilləşir. Bu müvəffəqiyyətlərə görə başda Ceylan xanım olmaqla bütün rəhbərliyə dərin minnətdarlığımı bildirirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Son 45 ildə İLK DƏFƏ - İraqlı qız dünya gözəllik yarışmasında - FOTO
Yay vaxtına keçid bizə nə verir?
Ali təhsildə yenilik
Yadda qalan günlər
Yediklərimiz dərimizə necə təsir edir?
İctimai Şuranın sədr müavini: “Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər”
İlgün, İlig...-Uşaqlara bu adlar qoyula bilər
HAVA necə olacaq?- 25 APREL
Koronavirusu daha rahat keçirməyin üsulu məlum oldu
Macar kababı (foto reept)
Hikmət Hacıyev: “Dünən Ermənistanın iki “Su-25” təyyarəsi dağa çırpılaraq partlayıb”
Cəbhədə nə baş verir?
"Qızıl qlobus-2016" mükafatının ən yaxşı geyimləri
"ASAN Xidmət" Mərkəzinin təşkilatçılığı ilə "Sən azərbaycanlısan" adlı konsert keçirildi
Bakıda yol qəzaları günün ən çox hansı saatlarında baş verir?
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
Türk aktrisa oğurluqda ittiham olunur-FOTO
Sevda necə arıqladı? - "İnsanlar indi şokdadılar" - FOTO
Azərbaycan ordusu şəhid verdi: bir sülhməramlı, dörd erməni hərbçi yaralandı
Alişan və Buse birlikdə veriliş aparacaqlar
Münasibəti məhv edən 5 xəta
Azərbaycanda teatrında yenilik
Sabahın hava proqnozu
Qohumla ailə qurmaq düzgündürmü?
“Ağıllı” saatlar üçün antivirus
Alimlər beyin skaneri yaratdılar
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Dolunay Soysert çəkiliş vaxtı ciddi xəsarət aldı-FOTO
Oriqami ilə gül düzəldilməsi
Tənbəllikdən xilas ol
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Milyarderlər harada dincəlirlər?
Polkovnik Elşad Əbilov: “Uğurlu əməliyyatlar davam edir”
4000 miqrant xilas olundu
Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesi başa çatıb
Ərdoğan Quran oxudu - VİDEO
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
Xərçəng xəstələrinə tövsiyələr
Stüardessanın qəribə hərəkəti birmənalı qarşılanmadı
Azərbaycanda iki gün iş olmayacaq!
VI sinfin bəzi dərsliklərində ciddi qüsurlar var
Hicablı xanımlar üçün
Bakıda misilsiz endirim başladı
Cazibədarlığınızı artıran davranışlar
Naxçıvanda orduya əmr verildi
Aleyna Tilki Bakıya gəlir - Pulsuz konsert
Bu rayonlarda sərt karantin rejimi ləğv edildi
Makiyaj fırçalarını necə təmizləməli?
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
- ŞƏRHLƏR