Keçən ilin və elə bu ilin də sinemotoqrafik hadisəsi Alfonso Kuaronun "Roma" filmidi. Oskarda ən yaxşı xarici film, ən yaxşı rejissor, ən yaxşı operator işi nominasiyalarında mükafat aldı. Bir çox insanın möhtəşəm, digərlərinin sıxıcı hesab etdiyi bu filmi ilk dəfə izləyəndə mən də sehirləndim. Rejissorun "şəxsi filmim" dediyi "Roma"nın Meksika qədər, bəlkə də daha çox qadınların dünyasından danışdığını düşündüm. İkinci dəfə izləyəndə sadəcə qadınların izində idim.
Film bir qadına ithaf olunub. Alfonso Kuaron və onun Romasının gerçək Kleosu Libo. Onun və evin digər üç uşağının Libo Mamması. Libonu ona baxması üçün evə gətirəndə Kuaron 9 aylıq idi, Libo isə 17 yaşında. İndi isə Kuaron 57 yaşındadı Libo isə 74. Aralarındakı bağ heç vaxt qopmayıb. Roma filminin fikrinin doğumu zamanı ikisi saatlarla keçmişlə bağlı detallar üzərinə telefonla danışıblar.Bir neçə səhnənin çəkilişndə Libo da orda olub. Özəlliklə bir səhnə çəkilişində ağlamağa başlayan Libo qarşısında Kuaron onu ağrıdırsa səhnəni çəkməyəcəyini deyir, ancaq Libo belə bir şey istəmir.
İnsanın uşaqlığına, ölkəsinə, keçmişinə baxanda belə gözəl qadın görməsi çox xoş olmalıdı. Kuaron geriyə baxanda üç qadın görür, anası, dayəsi və nənəsi.
Bu gün bir çoxumuz uşaqlığımıza baxsaq orda qadınları görərik, nənələr, analar, xalalar...
Qadınlar və uşaqların gizli dünyası. Dünyanın harası, hansı irq, hansı sosial sinifdə olursa olsun bu gizli dünya mövcuddur. O dünyada rənglər al-əlvandı, gülüşlər cingildəyir, həmrəylik və ruhdaşlıq var. Əgər ata pisdirsə o cənnətdən qovulur. Digər tərəfdən isə nə qədər yaxşı olsa da o cənnətə tam olaraq qəbul edilmir.
"Roma"da da ana, dayə və dörd uşaqdan ibarət belə bir dünya var.
İlk baxışda iki qadın bir-birindən çox fərqlidi. Ana Sofiya savadlı, "üstün irq" ispan, daha müstəqil, dörd uşaq sahibi, bir kişiyə müqəddəs nigahla bağlanmış qadındı. Kleo isə yaşca daha gənc, "aşağı irqdən" bir yerli, uşaqlara qan bağı ilə bağlı olmayan dayə, xidmətçi və sevdiyi kişi ilə nigahdan kənar münasibətdədi.
Bəs bu iki fərqli qadın necə bu qədər oxşardı? Onlar hansı nöqtədə birləşir?
Bunun cavabını filmdə Sofiya verir - "kim olurlarsa olsunlar, qadınlar həmişə yalnızdı". Ortaq nöqtə o yalnızlıqdı. Kişilər gedər, kişilər öz imitasiya savaşlarında döyüşər, əlinə silah alar, ancaq bir qadının yanında dura bilməz, onu butün gerçəkliyi ilə qavramaz. Qadın iç dünyası, duyğuları alt-üst olsa da, çöldə qiyamət qopsa da, bir ölkə və bir ailə köklərindən sarsılsa da gündəlik həyatın, məişətin qayğısına qalmağa davam edər.
Filmin insanı ən sarsıldan səhnəsi, heç şübhəsiz doğuş səhnəsidi. Qadın təbiətin ona verdiyi yaradıcı gücü uşaqla o qədər zirvədə yaşayır ki, bəlkə ona görə həyatın başqa sahələrinə kişilər qədər ehtirasla yapışmır. Və bir ananın sezgisi o qədər güclüdür ki, o sadəcə bu qaranlıq sezgisi ilə qarnındakı uşağa doğulmaması gərəkdiyini başa sala bilər. Hər qadın bu sezgilərlə doğulandan bəri anadı. Bir ana eyni səbəblə bioloji uşağının doğulmamasını istəyib, bioloji olmayan uşağını xilas etmək üçün ölümə atıla bilər. Hər ikisini onu qorumaq üçün edər.
Bu iki qadınla, Sofiya və Kleo ilə biz qadınların bir katarsis halını müşahidə edirik - cənnətdən qovulma və yenidən oraya qayıtma. Biz qadınların həyatından bir kişinin getməsi əvvəlcə tam bir fəlakətdi. Bu sadəcə duyğusal səbəblərlə deyil, həm də toplumun bizə diktə etdiyi şüuraltı ilə əlaqəlidi. Kişi qadın üçün mövcud olacaq tək qurtuluş olaraq təlqin edilir. O, qadını yeni bir həyata, güvənli gələcəyə, ailəyə və toplumun "normalına" aparacaq. Ona görə kişinin gedişi qadını utandırır, onu məğlub, itmiş hiss etdirir. Ancaq zamanla anlayır qadın... Ev özüdü, ailə özüdü, ana özüdü, qalan özüdü, mübariz özüdü, həyat özüdü...
Ehtiyac duyduğu güc əzələlərində deyil, ruhundadı. Qadının (dolayısı ilə uşaqlarının xilası) xilası ruhunu, düşüncələrini, bədənini qəbul edib sevməsindədi.
Əlbəttə, hər kəs bu son mərhələni anlayacaq qədər şanslı deyil. Bir çox həyat itirilir.
XƏBƏR LENTİ
İki şəhidimizin övladları dünyaya gəldi
Yara izlərini döymə ilə örtən vyetnamlı sənətkar
Esmaü'l Hüsna
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI
İmmuniteti gücləndirən meyvələr
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
“Ulduz müharibələri”nin aktyoru öldü
Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO
Bakıda cənub küləyi əsəcək
Bu gün köhnə Yeni ildir
Tələbələrə kreditlər veriləcək
Oturma tərzinizə görə xarekteriniz
Həmsədrlərin status-kvonun uzadılmasına xidmət edən bəyanatı
Qocalmaq söhbəti keçmişdə qaldı
Məşhur aktrisa başını daz qırxdırdı
Ana namizədinin xəstəxana çantası
Buxağın sallanma səbəbləri
Diqqət! Hava şəraiti kəskin dəyişir
Hamiləlik dövründə əsəb
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
2018 Emmy mükafatları; Qırmızı xalça
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Şokoladın qidalanmadakı rolu
Qaynana dır-dırı xərçəngə səbəb olur
Kiçik mətbəxlər üçün dekorasiya nümunələri
Tom Kruzun filmi üçün 111 illik körpünü partladacaqlar
Mingəçevir sakini evində qədim saat saxlayır
Zeynəb Xanlarova İlham Əliyevi BELƏ TƏBRİK ETDİ - VİDEO
Qadın nədir? Nə deyildir?
2019-cu ilin ən çox qazanan müğənniləri - SİYAHI
Sürətli üzməyin sirri tapıldı
Erməni analar: “Bizə yalnız İlham Əliyev kömək edə bilər” - VİDEO
Viktor Hüqonun Məhəmməd Peyğəmbərə (s.ə.s) həsr etdiyi şeir
Rusiyaya səfər edənlərin nəzərinə: bunları etməyin
Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO
Tüklərdən qozla xilas olun
Çin - sivilizasiyanın mərkəzi
Ermənilər Azərbaycanın içində düşmən yaratmaq istəyirlər
Gecə saatlarında dərmanı haradan almalı?
Çörək axtaran ermənilər
2011-in geyimləri
Təxirə salma xəstəliyi nədir və necə xilas olunur? (2)
Mərciməyin faydaları
Lobyalı göbələkli salat (foto resept)
"Siyah inci" izləyicilərinə pis xəbər
Timatinin 32 min dollarlıq hədiyyəsi-FOTO
İş xanımlarının nəzərinə
Yuxular və yuxuyozmalar
Azərbaycanda səs siqnallarına görə cərimələr 10 dəfəyədək artırıldı
"Həmişə "Neftçi"yə azarkeşlik etmişəm"
- ŞƏRHLƏR