Teodor Drayzer
Cenni Herhardt
Nə zamandır, Teodor Drayzer yaradıcılığı ilə tanışlığa başlamağı düşünürdüm.Qarşımda 3 kitabı: Kerri bacı,Dahi ve Cenni Herhardt kitabları dayanıb censanki mənə seç birimizi deyirdiler.Həyatımda verdiyim bir cox qərarlardakı kimi bu yazarla ilk tanışlıqda da ürəyimin səsini dinləyərək Cenni Herhardt kitabı ilə etməyə qərar verdim.
Kitabı təxminən 10 gün içərisində oxudum və bu günlər ərzində XX əsr Amerikasına səyahət etdim sanki..Bu səyahət zamanı keçirdiyim hissləri,gördüklərimi,o vaxtki Amerika cəmiyyəti ilə indiki Azərbaycanı birləşdirən ortaq cəhətləri sizinlə bölüşmək istədim. Cenni Herhardt kitabının əsas mövzusu adından göründüyü kimi Cenni adlı bir xanmın səhvlərindən və doğrularından ibarət həyatından bəhs edir.Əslində mənim həm bir oxucu kimi, həm də bir xanım kimi onun həyatında nələrin doğru, nələrin yalnış olduğunu deməyə nə qədər haqqım var bilmirəm, çünki heç kəs heç kəsin yaşadıqlarını yaşamadan necə addım atacağını bilmir.
Cenninin həyatının fonunda əslində cəmiyyətin bir çox problemləri – insanların önyarğıları, cəmiyyətdəki təbəqələşmənin gətirdiyi problemlər yazar tərəfindən ustalıqla qələmə alınmışdır. Əsərdəki Cenni obrazı mənə məhz hazırki cəmiyyətimizdəki öz azərbaycanlı Cennilərimizi gözümün qarşısına gətirirdi.
18 yaşlı, yazarın dili ilə desək namuslu yoxsulluğu təcəssüm etdirən Cenni həyata ilk addımlarını məhz anasi ilə birlikdə xadimə işləməyə başladığı hoteldə atır.Bu hoteldə onun təxminən 50 yaşlarında subay,tənha,daima başı işə qarışmış senator Brender ile tanışlığı qəlbən tənha olan senatora yeniden həyat eşqi,yaşama sevinci gətirir ve o,Cenni ilə dostluğa başlayır.Bu dostluq isə saf Cenniyə analıq kimi gözəl bir hədiyyə bəxş etsə də, eyni zamanda ona cəmiyyətin heç cürə qəbul etmədiyi nigahdan öncə birisi ilə münasibətdə olmaq ve ondan dünyaya uşaq gətirdiyinə görə “Qara ləkə” bəxş edir. Məhz bu ləkə bütün ailəni yaşadıqları şəhərdən yeni bir şəhərə köçməyə məcbur edir.
Yeni şəhərə köçən Cenni burda yeni həyata başlayıb, keçmişin keçmişdə qalacağına ümid edərək həyatında yeni səhifə açır, amma bilmir ki, bu yeni səhifədə də keçmiş onu təqib edəcək,qazandığı ləkə hər səhifədə kölgə salacaq. Burada o, varlı bir ailədə qulluqçu işləməyə başlayarkən ailənin ailəvi dostlarından olan, kübar cəmiyyətin üzvlərindən olan Lester Keynlə qarşılaşması yeni həyatında yeni bir addım olur. Bu addım həm Lester üçün, həm də Cenni üçün həyatlarının sonrakı illərində elə bir iz qoyur ki, bu izdə onların həm xoşbəxtliklərini,həm bədbəxtliklərini,həm doğru,həm yalnışlarını görmək olur.
Lester yüksək cəmiyyətin üzvü,agıllı,yaraşıqlı,milyoner ailədən cıxmış,təhsilli bir kişi ve Ceyn ise heç bir təhsili olmayan,aşagı təbəqənin n2mayəndəsi, lakin cox gözəl bir xanım ve gözəl insan..Bu fərqli təbəqələrin nümayəndələri birlikdə bütün cəmiyyət qaydalarının ziddinə gedərək birgə nigahsız yaşamağa başlayarsa özünüz təsəvvür edin onları nələr gözləyə bilər,xüsusən də Lester kimi nüfuzlu birini.
Cenni daima Lesteri öz sevgisi,anlayışı,nəvazişi ilə elə əhatə edir ki,hətta Lesterin gözündə bir çox kübar qadınlardan yüksəkdə dayanmağı bacarır.Buna baxmayaraq,Lester Cenni sevdiyini düşünsə də,ona dəyər versə də,bəzən hətta Cenninin həyatındakı çətinliklərə görə ona acısa da,hec cür onunla nigaha girmək qərarına gələ bilmir.Səbəblərsə çox.. bəzən Lester özü öz sevgisindən şübhə edib onu sevirmi yoxsa bu sadece bir vicdan borcumu deyə düşünür?Hətta onunla nigaha girmək kimi bir astanada olanda da mütləq cəmiyyətin öz qaydaları onun düşüncələrinə təsir ede bilir.Cenni ise onun bu addımı atmasını daxilən daima gözləyir,ümid edir,amma eyni zamanda onun bunu edə bilməməsini cox gözəl başa düşür.Məhz Lesteri de Cenniye bağlayan xüsusiyyətlərdən biri də Cenninin heç zaman ondan heç nə tələb etməməsi,olanlarla qane olması olur.Cenni Lesterə ilk baxışdan məftun olsa da onun təklifinə razılaşmasına səbəb ailəsinin ağır durumu olur,amma buna baxmayaraq o,Lesteri puluna görə deyil,özünə görə qiymətləndirir.Bir müddət gizli səkildə bu cür yaşasalar da Keyn ailəsi durumdan xəbər tutur və bütün kübar cəmiyyət bu haqda danışır,Ceynin keçmişi,ailəsi hər kəsin dilində dolaşır,daima cütlük arasında gözəgörünməz bir sədd yaradir sanki.. Ata Keyn oğlunun özünü bədbəxtliyə sürüklədiyinə əmin olduğu üçün ölərkən vəsiyyatnaməsində oğlunun ailə kampaniyasından yalnız Cennidən ayrılacagı suretde səhmlər catacağına dair şərt qoyur.Buna baxmayaraq Cennidən ayrılmayan Lester bir müddət özünü bu səhmlərsiz,var-dövlətsiz tək Cenninin sevgisi ilə yaşamağa alışdırmaga çalışır,lakin bu sevgi ona bir müddətdən sonra bəs etmir.
Hadisələrdən xəbərsiz Cenni hər şeyi bildikden sonra elə bir addım atir ki,bu onların həyatında pick nöqtə olur ve bu pick nöqtə getdikcə hem Lesterin,hem de Cenninin həyatında enişə doğru istiqamətlənir.Bu eniş zamanı isə həm Lester,həm də Cenni həyatlarındakı bir çox addımlarında hansının yalnış, hansının doğru olduğunu anlayırlar..
Kitabı bitirdikdən sonra düşünürsən ki,Cenninin həyatının bu cür olmasının günahkarı kim???Cenni özümü? ailəsimi?senator Brendermi yoxsa Lester Keynmi? yoxsa burda günahkar insan yox, cəmiyyət,zaman ve o zamankı cəmiyyətin qanunlarımı?Bəlkə də heç günahkar axtarmaq özü belə mənasiz..Bax bunu isə özünüz oxuduqdan sonra qərar verəcəksiniz..
Əsəri oxuduqca o vaxtki Amerika cəmiyyəti ilə hazırki Azərbaycan cəmiyyətinin necə də bənzər olduğunun şahidi oldum.Cenni obrazı mənimçün hazırda məktəbi bitirər bitirməz ailəyə maddi dəstək olmaqçün ali təhsil haqda düşünməyib,həmin xidmət sahələrində,ayrı-ayrı mağazalarda işləmək məcburiyyətində qalan saf qızları xatırlatdı.Daima acı çəksələr də, işlərini sevməslər də yalandan müştərilərin üzünə gülərək həyatlarında hər şeyin gözəl olduğuna həm özlərini,həm çevrələrindəkiləri inandırmağa çalışırlar.Cenninin nigahdan kənar münasibəti və ana olması nəticəsində eşitdiyi sözlər,təhqirlər isə mənə hazırda ailə qurub,ayrılmış və ya dul qalmış qadınlarımızın şəxsi həyat qurmaq istərkən mentalitet deyilən məfhumun qaydalarına görə bədbəxt olmalarını xatırlatdı.Məgər belə deyilmi? Bizdə də subay bir oğlan Cenni kimi birisi ilə aile qurarsa həmin xanımı nə gözləyəcəyini hamımız çox yaxşı bilirik..Ve ya imkanlı bir oğlan özünə nisbətdə imkansız bir ailənin qzını sevib ailə qurmaq istərkən qaynanalarımızın həmin gəlin haqda ne dediklərini bir xatırlayın..Bu yerdə “Qaynana “filmindəki bir epizod yadıma düşür: Ayaz,onu yandıran odur ki,sən qalayçı qızı almısan..
Bəli,bu həqiqətdi..insanlar nə qədər bir-birilərini sevsələr də cəmiyyətin təbəqələşməsi və onun sərt qaydaları mütləq müxtəlif təbəqəli sevgililərin arasına girib onların xoşbəxtliyinə kölgə salır.
Kimin hansı təbəqədən,hansı ailədən çıxmasından,keçmişində nələri doğru və ya yalnış etməsindən asılı olmayaraq bu gündən etibarən həyatınızda heç bir qara kölgənin olmaması diləyi ilə hər kəsə xoş mütaliələr..
Tərlan Rüstəmova
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR