3
Yuxudan gec oyandım, günəş artıq pəncərədən boylanırdı. Bütün gecəni küçələri gəzmişdim. Evə haçan qayıdıb haçan yatdığım yadımda deyil.
O dalandan çıxanda Xuaya çox oxşayan bir qız gördüm. Xeyli dalınca gəzdim, bir neçə dəfə çağırmaq istədim, amma səsim sözümə baxmadı. Özüm də bilirdim ki, bu qız Xua ola bilməz. Yuyun sözlərini xatırladım: “Qorxuram daha hər şey qurtarıb”. Amma Xuanı xatırladan qızı görməyim məni bir az sakitləşdirdi. O qızı keçidlərdən birində maşınlar yolumu kəsdiyi üçün itirdim, sonra daha tapmadım. O da Xua kimi yoxa çıxdı.
Yavaş-yavaş hafizəm təzələnirdi. Başımı pəncərədən çıxardıb günəşə boylandım, dünənki gecəni yadıma salmağa çalışdım. Bəlkə o qız doğrudan da Xua idi? Amma bu fikir daha məni sakitləşdirə bilməzdi. Yuyun məsləhətini xatırlayırdım, amma hər kəsdən qaçıb gizlənə bilməzdim axı.
Dayanmadan papiros çəkirdim, amma bu da kömək etmirdi. Nazik dumanın içində qara gözləri görürdüm, öskürək səsi eşidirdim. Bu əzabın heç vaxt qurtarmayacağını anlayırdım. Dəli olmamaq üçün nəsə eləməli idim.
Saat ikidə Yuy gəldi. Gözləri şişib qızarmışdı, ağladığı bəlli idi. Onu gözləyirdim və nə deyəcəyini də bilirdim.
Nəzərlərimiz toqquşdu. Birinci o danışdı:
– Xalanı yola saldım. Qatar tərpənəndə o ağlamırdı, mən ağlayırdım. O qızı ilə həmişəlik vidalaşırdı. Mənə Xua haqqında öyrənməyi tapşırdı, dedi ki, zərbə necə güclü olur olsun dözəcək. Amma mən buna inanmadım. Bu bir neçə gün ərzində o elə sınıxmışdı ki. Elə bil ağır xəstəlik keçirtmişdi. Bərk öskürürdü, arıqlamışdı. Özümü günahkar sayırdım, ona görə də ağlayırdım…
Səsi titrədi, yenə ağlamağa başladı.
Mənə çox ağır idi: bütün olanlardan sonra Yuyun da dərdi mənə yüklənmişdi. Dünya böyükdür, amma Yuy ancaq bu otaqda yüngülləşirdi. Onun gəlişini elə səbirsizliklə gözləyirdim ki. Amma o sadəcə ağlayıb ürəyimi daha da qubarladırdı.
– Nə üçün ağlayırsan, Yuy? Heç Xuanın anası ağlamırdı! O qədər göz yaşı axıdılıb ki – dəryacan. Nə xeyri? Özünü ələ al.
Yuyu sakitləşdirmək yox, dərdimizi yüngülləşdirmək istəyirdim. O qədər dərd çəkmişdik ki. Indi onları unutmaq vaxtı çatmışdı.
Yuy mənə nə olduğunu anlamayaraq baxırdı. Ancaq ağlamağı saxlayıb gözlərini sildi:
– Mən ağlamıram… ağlamıram… amma Xua artıq yoxdur…
O cibindən əzik-üzük olmuş kağızı çıxartıb mənə uzatdı.
Titrəyən əllərimlə kağızı aldım. Karandaşla yazılmışdı:
“Vəziyyətim ümidsizdir. Düzdür, başqa cür də ola bilər, amma axırımın çatdığını düşünürəm; təəccüblənmək lazım deyil. Tez-tez keçmişi xatırlayıram. Amma üzülmürəm, hətta sevinirəm və sizi ömür boyu xatırlayacağam. Anama yaxşı baxın. O məni çox sevir və bu zərbəyə dözməyə bilər. Birdən-birə deməsəniz daha yaxşı olar, hazırlayın əvvəlcə. Məni unutmayın, ehtiyyatlı olun.
Xua”
Məktubu sözlər içimdə əks-səda verənəcən təkrar-təkrar oxudum. Elə bilirdim Xua yanımdadır və mənimlə söhbət edir.
– Məktubu gətirən adam dedi ki, Xua artıq həyatda yoxdur. – Yuyun səsi kilsə zənginə oxşayırdı. – Xalaya demədim, Xuanın göstərişinə əməl etdim. Axırıncı dəfə yalan danışdım.
Yuy sakitcə ağlayırdı. Ürəyim bir az qabaq sakitləşsə də indi yenə bərk-bərk döyünməyə başlamışdı. Xuanın səsi gəlirdi: “Keçmişi tez-tez xatırlayıram!” Bu səsi axırıncı dəfə eşidirdim. Bəyəm indi Xuanı dala qaytarıb deyə bilərdimmi ki, keçmişi mən də xatrlayıram?! Artıq gec idi! Onunla mənim aramda bir dünya var idi. Ürəyim yenə sancılandı. Günəş də tutqunlaşdı, yağış hazırlaşırdı. Ətrafdakı hər şey sönük, bezdirici, ümidsiz idi.
Yuyun səsini daha eşitmirdim. Qoy o və başqaları mənə ehtiyyatlı olmağı tapşırsınlar. Amma mən daha gizlənməyəcəyəm. Küçəyə çıxmalıyam, nəsə etməliyəm. Sonra çox gec olar!
– Yuy, gəl Çengilə gedək.
– Yağış yağır axı. – Yuy gözlərini sildi.
Pəncərəyə baxdım. Yağışın ilk damcıları şüşəyə çırpılıb süzülürdü. Dodağıma acı gülüş qondu. Sakitlik idi. Inad etdim. Yağış bizə neyləyəcək? Getdik!
1936
* Gül adı
Tərcümə etdi: Həmid Piriyev
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Şahzadə QƏZAYA Düşdü -FOTO
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Civzələr (sızanaqlar)
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Karantinin yumşaldılması təhsilə şamil olunacaq? - RƏSMİ AÇIQLAMA
Tətildə yaranmış günəş ləkələri üçün maska
Bu günün hava proqnozu
Cütlüklər niyə özünü tənha hiss edir?
Kosmosda sərvət tapıldı-FOTO
Ghibli studiyasının personajları təbiət qoynunda
Boyat çörəkdə pizza (foto-resept)
Moskvaya növbəti zərbə
Günün qoroskopu: həyat potensialı yüksəkdir
Ayda su ehtiyatları axtarılacaq
Rusiya Ukrayna üçün qazı ucuzlaşdırdı
"Səndən model olmaz" deyənlərə inad, məşhurlaşdı - FOTO
Nurgül Yeşilçay qardaşına bənzərliyi ilə TƏƏCCÜBLƏNDİRDİ вЂ“ FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
15 nəvəsi olan 89 yaşlı qadın gəlinlik geyindi-FOTO
Özünü uğura necə kökləyə bilərsən?
Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
Azərbaycanda bu adları sevmirlər?
İlham Əliyev: “Karantin rejimi uzadılacaq” - VİDEO
Moskvada qələbə paradı – CANLI YAYIM
Gözəgörünməz qatilə cavab tapıldı
Qaşları qalın və gözəl edən 3 təbii vasitə
HAVA necə olacaq?-9 Avqust
Ciyərli rulet (foto resept)
Attestat ala bilməyənlərin NƏZƏRİNƏ!
Alçaqdaban ayaqqabılar
Cəlal İsayev: “Koronavirus bəzən heç bir əlamət olmadan da keçə bilər”
Ronaldonun sevgilisi dekolteli paltarda - FOTO
Azərbaycanın qış vaxtına keçəcəyi tarix açıqlandı
"Eurovision"da Ukraynanı Maruv təmsil edəcək-FOTO
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin uşaqlarına müavinət veriləcək
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Güclü qadınlar niyə sevə bilmir?
Qat-qat xəmir necə hazırlanır?(foto resept)
Azərbaycanda qeyri-adi toy - FOTO
Ultra HD-yə tələbat artır
Heydər Əliyev Fondunun dəstəyi ilə IV muğam televiziya müsabiqəsi davam edir
Amerikadan Türkiyəyə dəstək
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Estetik əməliyyat etdirib qayıdan qadınları Çinə buraxmadılar - FOTO
Leranın əl işləri
Seda Sayan Bakıya gəlir
Alimlərdən ŞOK: Hitlerin cəsədi bu sualtı gəmidə ola bilər - FOTO
Çiyələklə gözəlləşin
45 dəqiqədə təmizlik
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]