Roman Kənan Hacının axırıncı romanıdır. “Yazı” ədəbiyyat dərgisinin 11, 12, 13-cü nömrələrində hissə-hissə çap olunub.
Əsər bir gəncin dilindən danışılır. Gənc hər gün səhər elektrik qatarıyla şəhərə gedir və hər gün yol yoldaşı olduğu bir kişi onun diqqətini çəkir. Bu kişi heç kiminlə danışmır. Sadəcə oturub pəncərədən bayıra baxır. Gənc ona yaxınlaşmağı bacarır, tezliklə araları düzəlir. Məlum olur ki, kişinin adı Firondur, gözətçi işləyir. Və çox savadlıdır. Tezliklə Firon gənc oğlana tamamilə etibar edir və yazdığı xatirə dəftərini oxumağa verir. Dəftəri bir gecəyə oxuyan gənc yazılanlardan dəhşətə gəlir, səbrsizliklə səhərin açılmağını gözləyir ki, yenə elektrik qatarında Fironla görüşüb danışsın. Amma Firon həmin gün gəlmir. Elə növbəti günlərdə də. Bir neçə aydan sonra gənc xəbər tutur ki, o artıq ölüb. Və onun dəftərində yazılanları olduğu kimi danışır.
Firon sakit, ələbaxan, fağır təsiri bağışlayır ilk baxışdan. Amma dəftərdə yazılanları oxuyanacan. Kimdir Firon? O indi yarıuçuq daxmada yaşayır, cüzi maaşla gözətçilik edir, çox kasıb güzəran keçirir. Adamın lap yazığı gəlir. Amma bu həmin Firondur ki, bir vaxt pulunu balta kəsməyib. Amma öz ağılsızlığı ucbatından bu kökə düşüb.
Firon məğlubdur. O uduzub. O süqut edib. Onun mənəvi süqutu yeniyetməlikdə avara uşaqlara qoşulmaqla başlayıb, anasını aldatmaqla davam edib və qazandığını fahişələrə yedirtməklə sona çatıb. Firon mənən ölüb, baxmayaraq ki, özü yaşayır, yeyir, gəzir. O çox peşmandır, amma nə fayda?! Əgər bilsəydi ki, ömrünün axırıncı günlərini it kimi yaşayacaq, onun-bunun əlinə baxacaq, evi olmadığı üçün yarıuçuq daxmada kitabları döşək yerinə düzüb üstündə yatmalı olacaq, o anasının qızıllarını satıb yeyərdimi və ya atasının evini satardı mı? Bəlkə də eləyərdi, bilmirəm.
Məncə bütün yeniyetmə oğlanlar bu romanı oxumalıdır.
21 aprel 2015
“Kor qatil” romanı haqda
Margaret Atvood`un (Marqarit Etvud) bu romanı 2000-ci ildə Booker mükafatına layiq görülüb.
Çox istəyirəm ki, bu roman haqda yazım. Çünki yazmamaq mümkün deyil. Həm də yaza bilmirəm. Görəsən bu kiçik məqaləm o romana layiq olacaqmı?
“Kor qatili” oxumağa başlayırsan? Tələsmə. Səbrli ol və zamanla süjetin labirintində addımla. Roman tapmacalarla doludur. Atvud romanı xırda hissələrə bölüb və qarışdırıb. Əgər kiçicik bir hissəni nəzərdən qaçırtsan, onda çaşıb qalacaqsan.
Ilk başda çətin gələ bilər. Çünki bir-birinə yad romanlar görürsən və romanların hissələri gözlənilmədən bir-birini əvəz edir.
Roman Lauranın ölüm xəbəriylə başlayır. O öz maşınıyla körpüdən uçur. Qəza sayıla bilər. Amma iki şahid var və iddia edirlər ki, Laura bilə-bilə sükanı çevirib. Çünki onun ağ əlcəkli əllərinin hərəkətini aydın görüblər. Amma bunun intihar olmağına sübut yoxdur…
Roman Lauranın bacısı, İris Çeysin xatirələri və təəssüratları ilə davam edir. Böyük bacı İris cəmiyyət tərəfindən passiv bir hala gətirilmiş bir qadındır, öz istəklərinin ardınca gedə bilmir, həyatının başqalarının istəyinə görə qurur. Onun üçün də planlanmış şəkildə ərə gedir. Bacısının dəlixanaya göndərilməsinə göz yumur… İris artıq qocalıb və bacısının ölümündən xeyli vaxt keçib…
İris ilk baxışdan ailəsində baş vermiş bu ölüm hadisəsinə soyuqqanlı görünür. Lakin hadisələr inkişaf etdikcə oxucu ailədaxili münasibətlərin nə qədər mürəkkəb olduğunu anlayır.
Bir də Aleks var, bir-birindən xəbərsiz hər iki bacının sevgilisi Aleks…
Romanda ikinci bir roman var, Lauranın yazdığı roman. Axı Laura yazıçı idi və vaxtikən bu romanı təzə çap olunanda xeyli tənqidlərə məruz qalmışdı. Amma indi yerli kollecdə Laura Çeysin adına hekayə müsabiqəsi təşkil olunub və İris Çeys də fəxri qonaq kimi dəvətlidir…
İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Babaları burada düymə fabrikinin əsasını qoymuşdu. Roman boyu bu fabrik, fabrikin yaradılması, hətta işlənilən xammal hər xırdalığına qədər xatırlanır. Baba sonralar işi genişlədərək böyük sənayeçi olmağı bacarmışdı.
Amma bütün roman boyu oxucunu bir şey düşündürür: Laura həqiqətən intihar edib, yoxsa bu bədbəxt hadisə idi? Roman boyu ara-sıra xatırlanan detallar birləşir və nəhayət əsil ölüm səbəbi meydana çıxır…
Roman içində roman isə əsərə xüsusi gözəllik verir. Bu romanlar bir-biriylə birbaşa əlaqəli olmasa da xeylu uyğunluqlar var. Amma bu uyğunluqları tutmaq çox vaxt çətin olur.
Etvudun çox gözəl dili var. O heç bir xırdalığı gözdən qaçırmır, hər şeyi ətraflı və dəqiq danışır. Hətta incə təsvirlər bəzən Bekketin üslubunu xatırladır (plagiatlıq kimi başa düşülməsin).
Bundan əlavə romanda şeiri xatırladan pasajlar çoxdur. Az qala hər fəsildə Atvudun şair olduğu hiss olunur.
Roman uzundur, amma darıxdırıcı deyil. Oxuduqca oxumaq istəyirsən.
Atvud realistdir və həqiqətpərəstdir. Onun romanında ideal heç nə yoxdur. Amma romanın özü idealdır. Bir insan necə bu cür yaza bilər?
Möhtəşəm əsərdir. Əbəs yerə yeni milleniumun ən yaxşı ingilisdilli romanı sayılmır.
Elə kitablar var ki, vaxt keçirtmək üçün oxuyursan. Elə kitablar var ki, oxuyub bəyənirsən. elə kitablar da var ki, oxuyub heyran olursan və dəfələrlə oxumaq istəyirsən. “Kor qatil” üçüncülərdəndir.
Xüsusən gənc yazarların bu romandan öyrənəcəyi çox şey var…
Həmid Piriyev
XƏBƏR LENTİ
42 yaşlı qadın öz bədən quruluşu ilə təəccübləndirir-FOTO
Musiqi dinləməyin faydaları və zərərləri
Qatıqlı meyvə salatı (foto resept)
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Köklü miso şorbası (foto resept)
Koronavirusda GİZLİ TƏHLÜKƏ: aylar sonra ortaya çıxır
"İndiki Ermənistan əslində Azərbaycanın tarixi torpağıdır"
Ermənistanın sonu yaxınlaşır
Ailə sirləri başqalarına deyilə bilər?
Kıvanç Tatlıtuğ rep oxuyacaq!
Qozun sağlamlığımıza faydaları
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
Dünyadan maraqlı faktlar (III hissə)
Dərinizi çirkli havalardan qoruyacaq maska
Ebru Şahin Mərakeş və Misir gündəmindədir
Sosial şəbəkədən qorxan ölkələr.
“Facebook” bunu da etdi
Gökhanın görüntüləri TƏƏCCÜBLƏNDİRDİ
Çavuşoğlu Lavrovla danışıb Ermənistana xəbərdarlıq edilməsini istədi
Nazirlikdən vətəndaşlara MÜRACİƏT: Məhkəməyə verin
Ölkədə gediş haqları dəyişibmi?
BÜRCLƏR bizə nə vəd edir? - 2 MAY
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Dünəndən qalan plovu yeməyin!
Fərqli saç aksessuarları
Bu geyim sonsuzluq yaradır
Ermənistanda hərbi vəziyyət rejimi davam edəcək
Qulaqda səslərin yaranma səbəbi
"Pelmeni" (foto-resept)
Kayli Cennerin daha bir yalanı üzə çıxdı-FOTO
Öyrəndim ki...
Şəhzadə Harry və Meghanın toyu
Zaman gedir, tələs
Gənc qızlar, zamana dəyər verin
58 yaşlı ulduz hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yağış yağacaq, şimşək çaxacaq
İstirahət günü hava bakılıları sevindirəcək
"iPhone"nun qiyməti düşür
Azərbaycanda vitse-prezident vəzifəsi yaradılır - KONSTİTUSİYA DƏYİŞİR
Finalın adı məlum oldu
"Ana harayı" abidəsi ziyarətə hazırdır
Türkan Şoray sevincdən ağladı-FOTO
Cəbhədə güclü atışma başladı
Yay aylarının ən faydalı meyvələri
Banklar girov mənzilləri satdırır
Yapon geyşalarının sirri
Qaraciyərin böyüməsinin səbəbləri
Makiyajsız canlı görünməyin yolları
Yağlı xəmirdən "Napoleon" tortu (foto-resept)
Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi
- ŞƏRHLƏR