Kim yaşayır bu dünyalarda əgər onlarda yaşamaq mümkündürsə? Bütün cümlə-cahanın sahibləri bizik, yoxsa onlar? Bəyəm hər şey insan üçün nəzərdə tutulub? Kepler (Berton – Melanxoliyanın Anatomiyasından tərcümə)
Təqdimat
Bu roman minlərlə yazıçı və rejissor fantastları sivilizasiyaların mübarizəsi və ulduz döyüşlərinə ilhamlandırmış Herbert Uellsin ən məşhur yaradıcıllıq nümunələrindəndir. Hər şey Londonda, Surrey qraflığının Horsel və Uokinq şəhərlərində baş verir. İctimaiyyət Marsa çox böyük həvəs göstərir. Hadisələrin başlanmasına bir neçə il qalmış astronomlar Marsın səthində bir neçə işartı müşahidə edirlər. Daha sonra isə Yer istənməyən qonaqlarını qəbul etməyə başlayır. Bəs yaxşı bütün bunların nəticəsi nə olacaq? Yazıçı hansı yenilikləri edib? Nələri göstərmək istəyib? Ümumiyyətlə, bu müharibədə kim qalib gələcək?
Romanın ekranlaşdırılması
1938 və 1949-cu illərdə roman radio tamaşa kimi hazırlanmışdır və bir çox dinləyicilər tərəfindən panika reaksiyası almışdır. 1953-cü ildə isə əsər ilk dəfə film olaraq çəkilib. Filmdə Marslılar romandakı kimi deyil uçan boşqab olaraq təsvir olunmuşdur (düzgün deyil). 1976-cı ildə Ceff Ueyn (Jeff Wayne) əsərə rok-opera (?) yazmışdır. 2005-ci ildə Timoti Hans və Stiven Spilberq tərəfindən eyni adlı filmlər, əsərə həsr olunmuş ən müasir nümunələr hesab olunur. Stiven Spilberqin filmində hadisələr İngiltərədə deyil, ABŞ-da baş verir və xronoloji qanunauyğunluq da pozulub.
Tənqidlər
Herbert Uellsin bu romanı 20-ci əsrin fantastik ədəbiyyatında yadplanetlilərin yerə müdaxilə etdiyi ilk ədəbi əsərdir. Qısa müddətə olduqca böyük populyarlıq qazananan “Dünyaların müharibəsi” bəzi tənqidçilər tərəfindən və çox güman ki, rəsmi dairələr tərəfindən də, İngiltərə İmperiyasının qəddar müstəmləkəçilik siyasətini tənqid edən əsər olaraq dəyərləndirilmişdir. Əsərdə insanların soyuq və hissiyyatsız imperiyalizmə qarşı verdiyi reaksiyalar yaxşı təsvir olunub. Sadəcə bu da deyil. Yazıçı eyni zamanda texnoloji inkişafın bəşəriyyətə necə təsir edəcəyini də gözəl qapalı mətnlərlə bizlərə çatdırıb. Herbert Uells çox yüksək səviyyəli konstruktordur. Belə ki, o, 100 il öncədən raket və lazer texnologiyalarının mövcud olacağını təxmin etmiş və onları bu günün həqiqətlərinə çox yaxın təsvir etmişdir. Marslıların orqanizm quruluşunun timsalında yazıçı eyni zamanda insan oqaranizmini də tənqid edib. Bu məqama aşağıda bir daha qayıdacağam. Yazıçı özü daha sonra insan panikasını onun ən vacib düşməni kimi gözəl təsvir edərək uğur qazanmağın ən əsas səbəbinin insanın başını itirməməsi olduğunu vurğulayıb.
Bu heç müharibə də deyil. Bəyəm insanlar və qarışqalar arasında müharibə ola bilər? İnsanlar və qarışqalar. Qarışqalar şəhərlər tikirlər, öz həyatlarını yaşayırlar, müharibələr edirlər, inqilablar edirlər o vaxta qədər ki, insanlara mane olurlar. İnsanlara mane olanda da onları aradan qaldırırlar. Biz indi qarışqa olmuşuq. Sadəcə biz yeməli qarışqalarıq.
Maraqlı faktlar
- Deməli, romanın baş qəhrəmanı iddia edir ki, Marslılar Yerə Marsın üzərində olan xüsusi toplar (silah) vasitəsiylə göndəriliblər. Bu Jül Vernin “Yerdən Aya” əsərini xatırladır. Bu sadəcə iddiadır. Belə ki, əslində romanda belə bir silahın adı çəkilmir və sadəcə yaşıl bulud və silindrlərdən bəhs edilir. Bu günkü elmi nöqteyi-nəzərdən əlbəttə ki, romanda yazılanlar absurddur.
- Kitabın ikinci hissəsi belə adlanır: "Marslıların Hakimiyyəti Altındakı Yer" (Земля РїРѕРґ властью марсиан (The Earth Under the Martians)). Halbuki, əsərdə qeyd olunur ki, Marslıların silindrləri sadəcə və sadəcə İngiltərədə yerə enib. Digər ölkələrdə belə faktların olub olmamağı haqqında fakta rastlanılmır.
Təəssüratlarım və münasibətim
Herbert Uellsin üstünlüyü ondan ibarətdir ki, o, gələcəyi 100, 150 bəlkə də 200 il öncədən görə bilir. Eyni zamanda Herbert Uells oxucudan nə isə gizlədən yazar deyil. Marslıların fiziologiyasını da hətta hər xırdalığına qədər təsvir edir. Bunun üçün olduqca yüksək səviyyəli fantaziya lazımdır. Romanın protoqonisti, hadisələrin axını ilə işğalçıların fəaliyyətlərinin episentrinə düşən sadə bir insandır. Yazıçı Marslıların Yerə gəlməyi ilə əlaqədar olduqca kasad məlumat verir. Marsın soyuması filan. Bəlkə də marslılar sadəcə ova gəliblər. Bəlkə evdə darıxıblar və ürəkləri müharibə-müharibə oynamaq istəyib. İnsanlar da darıxanda müharibə-müharibə oynayırlar. Hansı məqsədlər gəldiklərini deyə bilmərəm (əlbəttə ki, müstəmləkəçilik), amma gəlişlərinin nəticəsi insanların məhvi oldu. Çox az insan sağ qala bildi.
Sadəcə insanlarla marslılar deyil, sadəcə sivilizasiyalar deyil, eyni zamanda bitkilər, canlılar aləmi də müharibə aparır. Belə ki, marslılar yerə gələndə, öz “nəqliyyat vasitələri” ilə Yerə bəzi bitki toxumları da gətiriblər. Yazıçı bizi üstün tərəf kimi göstərib. Romanda tez-tez Çarlz Darvinin biologiya elminə gətirdiyi “təbii seçmə” termini istifadə olunur. İnsanların və ümumiyyətlə canlıların vaxt keçdikcə təkamül etdiklərinin və təbii seçmə sayəsində sadəcə güclülərin həyatda qaldığını deyir. Nəzərə almalıyıq ki, Herbert Uells ingilis yazıçısıdır və hətta günümüzdə belə İngiltərədə Darvini sevmirlər və o, tədris müəssisələrində tədris olunmur.
İndiki oxucular üçün belə kitablar bəlkə də maraqsız gələcək. Çünki onlar çoxlu kosmik fantaziyaya aid filmlər izləyiblər. Kitabın 19-cu əsrin sonlarında yazıldığını nəzərə alıb, oxuyan düşünən insanlara isə əsər çox maraqlı gələcək. O dövrdə belə ideyalar sahibi olmaq elə-belə şey deyil. Herbert Uells fantastikanın peyğəmbəridir. O, bütöv bir yazıçı, ssenarist və rejissorlar nəslinin yetişməsində böyük rol oynamışdır və illərdir boş fantastika izləyən bəzi insanlar bu kitabı oxumaqla bunun şahidi olacaqlar.
Düşünmək üçün gözəl mövzudur ki, insan fərqli şüurlu varlıqlar necədirlər, necə yaşayırlar, nə istəyirlər və bizə qarşı necə münasibət bəsləyirlər. Bizə qarşı necə münasibət bəsləməkləri haqqında bir neçə nəzəriyyə var. Romanda sadəcə uşaqcasına yadplanetlilərin gəlişindən deyil, eyni zamanda fəlsəfi mövzulardan da bəhs edilir ki, bunu həddindən artıq bəyəndim. Əsərdə olan kiçik detallar müəyyən qədər yorucu olsa da, oxuyucuya güclü emosiyalar yaşatmağa imkan verir.
İradlarım
- Əsərdə çoxlu şəhər adları və lazımsız dialoqlar var. Hadisələr onsuz da gec cərəyan edir və vacib olaylar arasında belə darıxdırıcı məqamlar da oldu, amma bu çox deyil. Çünki bir çox xırdalıq və detal məhz əsərin baş obrazının nələrdən keçdiyini açıq-aşkar bizlərə göstərir. Xüsusiylə şəhər adları (Ueybridc, Şepperton, Vulviç, Satem) çoxdur. Yəqin yazıçı belə düşünüb ki, nə qədər çox şəhər adı yazsam, bir o qədər tarixi dəqiqlik cəhətdən uğura nail olmuş olaram. Mən isə belə düşünmürəm.
- Araşdırmalarım göstərdi ki, bir çoxları əsəri darıxdırıcı hesab edirlər. Bəzən bu hiss məndə də oldu. Bunun səbələrini dəqiqliklə qeyd etməyə lüzum görmürəm, amma bu əsərin unikallığına həddindən artıq hörmət bəsləyirəm.
Marslılar
Bu məxluqlarda bizə oxşar heç bir xüsusiyyət yoxdur. Onların orqanizmi böyük və dairəvidir. Daha dəqiq desək, elə sadəcə başdan ibarətdir. Səkkizi sağda, səkkizi solda olmaq şərtiylə, ümumi olaraq 16 ədəd qolcuqları var. Sifətlərində iki çox böyük qara rəngli göz və başlarının (ya da bədənlərinin) arxasında bizim qulağa bənzər orqanları var. Burunlarının olmamağı onların qoxubilmə bacarıqlarının olmadığını göstərir. Bir qədər sonra onların orqanizmlərinin analizi göstərdi ki, daxili anatomiyaları çox da mürəkkəb deyil. Belə ki, onların orqanizminin çox böyük hissəsini gözlərə, qulağa və qolcuqlara doğru qalın sinirləri olan beyin əmələ gətirir. Daha sonra onların bədənlərində olduqca mürəkkəb quruluşlu tənəffüs oraqanı – ağciyər və qan-damar sisteminə malik olan ürək də aşkarlandı. Yer kürəsinin atmosferində marslılar çətinliklə nəfəs alırlar. Bizə çox qəribə gəldi ki, marslıların mürəkkəb quruluşlu həzm sistemi aparatı yoxdur. Halbuki, insanda bu sistem ən vacib və mürəkkəbidir və həzm prosesləri bizim sinir sistemimizə təsir edərək psixikamızı formalaşdırır. Onlar sadəcə başdan ibarətdirlər və qida qəbul edib onu həzm etmirlər. Əvəzində onlar başqa orqanizmlərdən canlı qanı, əsasən də insandan əldə edərək öz venalarına vururlar. Əslində bunun müəyyən mənada üstünlüyü var. Çünki insan qida əldə qəbul etməyə və onu həzm etməyə inanılmaz dərəcədə çox enerji xərcləyir. Bizim orqanizmimizin yarısı həzm kanalları və qidanı qana ötürən orqanlardan ibarətdir.
Həzm sisteminin insanın psixikasında çox böyük rola sahib olduğunu qeyd etdik. İnsanlar qaraciyərin və mədəaltı vəzinin vəziyyətindən aslı olaraq xoşbəxt və bədbəxtdirlər. Marslılarda isə belə hallar yoxdur. İnsanların ürəyi kimi, marslıların da yuxuya ehtiyacları yoxdur və onların bədənləri mütəmmadi olaraq gümrahlaşır. Onlar yorulmağın nə olduğunu bilmirdilər və qarışqalar kimi günün 24 saatını işləyirdilər. Bir digər çox vacib məqam onlarda cinsiyyətin olmamasıdır. Ona görə də onlarda insanlarda olduğu kimi cinsi fərqlərdən doğan burulğanlı emosiyalar yoxdur. Vəba, xərçəng bir çox digər xəstəliklər marslılara yaddır. Marslılarda geyim anlayışı yoxdur. Görünür ki, onların tempratur və xəstəliklərə qarşı mübarizəsi Marsda tam fərqli formadadır ya da heç yoxdur.
Nəticə
Əslində mən “Marslılar” başlığı adı altında çox şey yazmaq istərdim. Romanda bunun haqqında bir az daha artıq və dolğun məlumat var. Elmi fantastikanı sevən, bəyənən və bu müstəvidə romanlarla maraqlanan bütün dostlarıma bu dəyərli əsəri oxumağı məsləhət görürəm. Ona görə ki, bu roman əlifba statusundadır. Mütləq Herbert Uellsin digər yaradıcıllıq nümunələri ilə də tanış olmaq lazımdır. Əminəm ki, bu yazıçının bütün əsərləri mənə yüksək zövq verəcək.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu
- ŞƏRHLƏR