"Həmlə metodu" məşğələsinin yerinə yetirilməsi qaydaları
1. Hər biri 50-100 səhifə həcmində olan 10-12 elmi-ictimai xarakterli kitab hazırlamaq lazımdır. Kitabın formatının bu kitabınkı kimi olması arzu olunandır.
2. İlk iki-üç kitabı əvvəlcədən hazırlamaq-qeydlər etmək lazımdır: sadə karandaşla hər sətrin mərkəzindən yuxrıdan aşağıya şaquli olaraq nazik xətlər çəkmək lazımdır.
3. Hər səhifənin oxunmasına 15 dəqiqədən artıq vaxt sərf etmədən kitabı oxumaq.
4. Hər səhifənin müddətini görüş dairəsində yerləşən saniyəölçənlə təsbit etmək. Müddət qeydlərini maqnitofona da yazmaqolar. Daha münasib olar ki, bütün kitabın oxunması üçün inteqral vaxt ayrılsın. M əsələn, 100 səhifəni 25 dəqiqəyə oxumaq.
5. Belə oxu zamanı əsas şey bütün mətn sahəsıni qavrayaraq gözlərin səhifənin mərkəzindən sərt şaquli hərəkətidir. Gözlərin təsbiti onların dayanması və qismən üfiqi hərəkətlər etməsi yolveriləndir, lakin yalnız ən çox informasiya sıxlığının olduğu yerlərdə.
6. Bu cür oxu zamanı oxuduqlarınızı tam başadüşmək və mənimsəmək hələ lazım deyil. Yadda saxlamaq lazımdır ki, "həmlə metodu" oxu üsulu deyil, sadəcə gözlərin səhifənin mərkəzi üzrə şaquli hərəkəti vərdişini formalaşdıran metodiki üsuldur.
7. Siz hər kitabı əvvəldən axıradək fasiləsiz oxuyursunuz. Oxu başa çatdıqdan sonra bu suallara yazılı olaraq cavab vermək lazımdır: kitabın adı, onun müəllifi, buraxılış məlumatı, kitabın nədən bəhs etməsi və hansı maraqlı hadisələr, faktlar, hallar yadınızda qalıb.
Məşğələ: Gözlərin şaquli hərəkəti
- Hər gün 50-100 səhifə həcmində olan bir kitabı "həmlə metodu" ilə oxumaq və bu zaman gözlərin şaquli hərəkətini inkışaf etdirmək. Oxuduqlarınızı başa düşmək hələ lazım deyil.
- Hər gün 100-150 səhifə həcmində olan bir kitabı "həmlə metodu" ilə oxumaq və bu zaman yalnız gözlərin şaquli hərəkətindən istifadə etmək. Oxunanların əsas mənasını mənimsəməyə çalışmaq.
Oxu zamanı diqqət
Diqqət oxunun katalizatorudur.
Oxu zamanı diqqətin rolu hədsiz dərəcədə böyükdür. Diqqət həm də insan fəaliyyətinin bir çox digər növlərinin də təsirliliyini əhəmiyyətli dərəcədə artırır. Diqqət iradənin əlamətlərindən biridir. Diqqətin cəmləşdirilməsi, yaxud təşkili səviyyəsi oxu sürətinin göstəricisidir. K.D.Uşinskinin obrazlı ifadəsinə görə, "diqqət xarici aləmdən insan qəlbinə daxil olan hər şeyin keçdiyi qapıdır".
Beləliklə, diqqət insan həyatında böyük əhəmiyyətə malikdir. Məhz onun köməyilə digər psixoloji proseslər də tam olur. Diqqət olmayan yerdə insanın öz etdiklərinə şüurlu münasibəti də olmur. Bəs diqqət nədir? Onu emosiyalar, təfəkkür və yaddaş kimi müstəqil psixi proses hesab etmək olmaz. Diqqət onlardan kənarda mövcud deyil. Biz diqqətlə qavraya, fikirləşə, yadda saxlaya bilərik, lakin qavrayışdan, təfəkkürdən, yaddaşdan asılı olmayaraq diqqətli olmaq qeyri-mümkündür.
Psixoloqlar müəyyən işi yerinə yetirərkən yaradıcılığın seçici istiqamətini diqqət adlandırırlar. Oxu diqqətin əhəmiyyətinin xüsusilə böyük olduğu fəaliyyət növüdür. Əslində sürətli oxu metodunu nəzəriyyə kimi öyrənmək olar, lakin diqqəti cəmləşdirmək, təşkil etmək bacarığı olmadan bu metodu tətbiq etmək, çətin ki, mümkün olsun. Deməli, sürətli oxu təlimi fikri cəmləşdirməyi əqli vərdişlərin inkişafının mütləq ünsürü kimi özündə ehtiva etməlidir. Bunun üçün isə ilk növbədə, davamlı diqqətin yaranmasına, onun saxlanmasına və itməsinə gətirib çıxaran səbəbləri bilmək lazımdır.
Fizioloji nöqteyi-nəzərdən İ.P.Pavlovun təliminə görə, diqqət sinir proseslərinin induksiyası qanunu ilə izah edilə bilər. Bu qanuna əsasən baş beyinin qabığının bir sahəsində meydana gələn oyanma prosesləri digər sahələrdə ləngiməyə səbəb olur (mənfi induksiya) və əksinə, qabığın bir hissəsində ləngimə onun digər hissələrində oyanmaya səbəb olur (müsbət induksiya). İnduksiya hadisəsi qabığın bu və ya digər şöbəsində oyanma və ya ləngimə üçün kifayət qədər qüvvətli ocaq yaranan kimi meydana çıxır. Bununla da düşünən insanın baş beyninin qabığında hər an oyanma üçün nisbətən əlverişli, münasib olan energetik şərtlərlə xarakterizə olunan müəyyən yüksək oyanma ocağı mövcud olur.
İ.P.Pavlov deyirdi: "Əgər kəllə qapağından o tərəfi görmək mümkün olsaydı, böyük yarımkürələrin yeri münasib oyanma ilə işıqlansaydı, düşünən şüurlu insanın beyninin böyük yarımkürələrində daim formasını və ölçüsünü dəyişən, qeyri-adi şəkildə mütənasib olmayan cizgilərə malik olan yarımkürələr daxilində az və ya çox əhəmiyyətli olan kölgə ilə əhatə olunan açıq rəngli ləkə görə bilərdik". Məhz eyni vaxtda qabığın müxtəlif sahələrini əhatə edə bilən bu "açıq rəngli ləkə" bizə xaricdən təsir edəcək şeylərin daha aydın dərk edilməsinə bənzəyir və bu yüksək oyanmaya, yəni diqqəti cəmləşdirmək effektinə səbəb olur.
Diqqətin fizioloji əsaslarının aydınlaşdırılmasında A.A.Uxtomskinin irəli sürdüyü dominanta prinsipinin də böyük əhəmiyyəti var. Bu prinsipə görə, beyində həmişə dominant, hakim oyanma ocağı mövcud olur. O sanki beyinə daxil olan bütün kənar oyanışları özünə cəlb edir, bunun sayəsində də onlar üzərində daha çox hakimlik edir. Bu cür ocağın yaranmasına əsas təkcə ilkin qıcıqlanma qüvvəsi deyil, həm də sinir sisteminin daxili vəziyyətidir. Psixoloji tərəfdən bu, bəzi qıcıqlanmalara diqqətdə və hazırda fəaliyyət göstərən digərlərindən uzaqlaşmaqda özünü göstərir. Anadangəlmə səbirli olan insanlar var. A.A.Uxtomski müəyyənləşdirib ki, əlverişli dominant oyanma ocağı nəinki zəifləmir hətta kənar qıcıqlandırıcıların səbəb olduğu oyanma ilə güclənir.
Oxu prosesi üzərində müşahidələr göstərir ki, əksər oxcular mətni başa düşmədikləri, yaxud yorulduqları zaman qeyri-ixtiyari olaraq diqqətlərini yayındırıcı predmetə, məsələn, divardan asılmış şəklə yönəldir, pəncərədən baxır və ya kənar zəif səslərə qulaq asırlar. Belə bir anlıq diqqət yayınması gərgin əqli işdə müəyyən boşalma yaradır. Yayındırıcı diqqət cəmləşdirilməsi diqqətin lazımi predmet üzırində sonrakı cəmləşdirilməsinə gətirib çıxarır. Lakin bu yalnız o hallarda olur ki, kənar qıcıqlandırıcılar (məsələn, güclü səs-küy, ucadan danışıq, ildırım və şimşəkli tufan görüntüsü) diqqətin tam yaymmasına, yaxud süstlük və yuxuculluğa (uzun müddət ərzində davam edən ritmik, yeknəsəq zəif qıcıqlandırıcılar) səbəb olmur. Diqqətin düzgün təşkili insanın psixi fəaliyyətı ücün böyük əhəmiyyətə malikdir. Onun təlim prosesində hansı rolu oynadığını, məsələn, bilavasitə məşğələlər zamanı müəllimin nitqinin konspektləşdirilməsi zamanı diqqətin təşkilinin müxtəlif üsullarına nəzər yetirməklə öyrənmək olar.
Diqqətin təşkilinin üç üsulu mövcuddur. Birinci üsulda qavrayışı elə qurmaq olar ki, bütün diqqət konspekt tutulmasına yönələ bilər. Burada, əsasən, əməli yaddaş qüvvədədir və qeydlər, demək olar ki, diqtə altında edilir. Yoxlama zamanı aşkar edilir ki, şagird çox şeyi başa düşməyib.
İkinci üsul: materialı elə mənimsəmək də olar ki, diqqətin 50%-i konspekt tutulmasına, 50%-i isə yeni materialın qeydlər aparılmadan mənimsənilməsinə ayrılsın. Bu olduqca geniş yayılmış formadır.
Üçüncü variant Moskvada aparılmış təcrübələrdən birində həyata keçirilib. Burada dərsə qulaq asılan zaman qeydlər aparılmır. Diqqətin 100%-i yalnız başa düşməyin üzırindı cəmləşdirilib. Burada material izah edildikdən sonra anlamanın birinci səviyyəsinə nail olunur, olduqca qeyri-müəyyən suallar ortaya çıxır, bundan sonra başa düşülməmış material təkrar edilir, bir də suallar ortaya çıxır və qeyd etmək meyli yaranır. Bir müddətdən sonra yenidən sual verilir və nəhayət, mənimsəmə. İşimizin nəticəsi-mənimsədiklərimizin “öz fikirlərimizin dilində” qeyd edilməsi.
Bu cür alqoritm sxemi daha məhsuldardır. Aydındır ki, dərs materialının müstəqil şəkildə mənimsənilməsi zamanı da ona riayət etmək məqsədəuyğundur
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Ən çox bal toplayanlar bəlli oldu
İş yerini dəyişdirmək istəyən müəllimlər üçün YENİ QAYDALAR
Hamiləlikdə əsəb və stress
Mayın 13-ü PARK BULVAR-da “MÖCÜZƏ” yaşanacaq!
Köhnə köynəyinizi pul xərcləmədən yeniləyin
Prezident mahnı oxudu
Məşhurların makiyajsız şəkilləri
Ərimiş dondurmanı yenidən dondurmaq olmaz-SƏBƏB
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 148 yeni yoluxma
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Məşhur həkim özünü koronavirusdan necə qoruyur?
Dünyanın silah nəhəngləri (SİYAHI)
Düşmən PUA-sı məhv edilib
13-14 avqust tarixlərində 35 şəhər və rayonda imtahan keçiriləcək
Ali məktəblərə ərizə qəbulu uzadıldı
Dəridəki yağı təmizləyən 4 üsul
Bu ilin trend yeni il ağacları hansılardır?
Evelina Xromçenkodan stillə bağlı məsləhətlər (2)
Hülya Avşar ada aldı
"Brilyant oğlan" evlənir
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Əllə yemək yeməyin faydaları
Baş Prokurorluq düşmən atəşi nəticəsində Tərtərdə yaralanan mülki şəxsin kimliyini açıqladı
Rezin uzunboğaz çəkmələr
Milli Televiziya və Radio Şurası təəssüf edir
Rus ordusu Ukraynaya girdi
Gizli insan üzlərini tapın
Əlvan qızılgül
“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA
Bu insanları xoşbəxtlik duyğusu heç vaxt tərk etmir
İnsanlar sizi necə tanıyır?
Hamiləlik haqqında alimlərin tədqiqatları (1)
Kürd dili rəsmi dil oldu
Tatlısəs vəfat etdi - FOTO
Sadə saç yığımları(2)
"One Direction"
Evinə çıxarış almaq istəyənlər üçün mühüm xəbər
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Çörək(foto resept)
Hamamdakı böyük təhlükə
Rusiyada dəvəquşular zibil qabında yaşayır?
Bu yeməklər narkotikdən betərdir
Dəbli saç çubuqları
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Dəyərli xanımlar üçün möhtəşəm ayaqqabılar
Baş infeksionist əhaliyə müraciət etdi
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
Putin Ərdoğanın Qarabağ probleminin həlli ilə bağlı təklifini qəbul edib
Mobil operatorlar müştəriləri aldada bilməyəcək
Qan içmək istəyi oyadan xəstəlik
- ŞƏRHLƏR