İkinci fəsil
Baskervillər nəslinin bəlası
Doktor Ceyms Mortimer dedi:
– Mənim cibimdə qədim bir əlyazma var. Bu, çox qədim əlyazmadır, min yeddi yüz qırx ikinci ilə aiddir.
Doktor Mortimer pencəyinin yan cibindən əlyazmanı çıxartdı.
– Bu qiymətli ailə sənədini mənə saxlamaq üçün ser Çarlz Baskervil vermişdir. Onun üç ay bundan əvvəl qəfil, həm də faciəli surətdə ölümü bütün Devonşir vilayətini son dərəcə həyəcana gətirmişdi. Mən özümü ser Çarlzın sadəcə həkimi deyil, həm də şəxsi dostu hesab edirdim. O, zabitəli, ağıllı, çox işgüzar adamdı. Bu sənədə o, çox əhəmiyyət verirdi və taleyin onun üçün faciəli bir ölüm hazırladığına inanırdı.
Holms əlini uzadıb doktor Mortimerdən əlyazmanı aldı və dizləri üstünə qoyub açdı.
– Burda, yəqin ki, bir hadisə qələmə alınmışdır?
– Bəli, bu qısa əlyazma deyəcəyim məsələ ilə bilavasitə əlaqədardır. İcazənizlə mən bunu sizə oxuyum.
Holms kresloda yerini rahatlayıb gözlərini yumdu. Doktor Mortimer işığa sarı çevrildi, nazik, cırıltılı səslə qədim zamanlara aid olan maraqlı bir əhvalatı oxumağa başladı.
“Baskervillər itinin varlığı haqqında bir çox dəlillər vardır. Mən bu it haqqında öz atamdan, atam da babamdan eşitmişdir. Mənim övladlarım, bir vaxtlar Baskervil malikanəsinin sahibi Hüqo Baskervil imiş. Bu Hüqo azğın, dinsiz və allahsız bir adam olub. Elə olur ki, Hüqo bir fermerin qızını sevir. Bu fermerin torpağı Baskervil malikanəsinə yaxın bir yerdə imiş. Lakin təvazökar və abırlı qız Hüqonun adını eşidəndə dəhşətə gələr, ondan uzaq qaçarmış. Bir gün qız evdə tək olanda Hüqo bir neçə yoldaşı ilə bərabər giz licə fermaya soxulur, qızı götürüb qaçır. Baskervil-Holla qayıtdıqdan sonra öz əsirini yuxarı mərtəbədəki otaqlardan birində gizlədir, özü isə, adəti üzrə, yoldaşları ilə kefə başlayır. Yazıq qız onların aşağı mərtəbədən gələn oxumasını, çığırtısını və pis-pis sözlərini eşidərək az qalır ki, dəli olsun. Axırda qorxu qızı o yerə gətirir ki, o, çox cürətli bir işə əl atır: otağın pəncərəsini açır, qəsrin divarına sarılan qara sarmaşıqla aşağı enir, bataqlıqla öz evlərinə doğru qaçır. Bir müddətdən sonra Hüqo qonaqlarını qoyub yuxarıya qalxır. Lakin görür ki, qəfəsdəki quş uçub getmişdir. Bu zaman cin başına vurur, pilləkənlə aşağı yüyürərək qonaqlıq edilən zala girir, atılıb stolun üstünə çıxır, şüşələri, boşqabları vurub dağıdır, hamının qabağında and içir ki, ölsəm də, gərək gedib o qızı tutam. Bu zaman dostlarından biri çığıraraq deyir ki, itləri qızın izinə buraxmaq lazımdır. Hüqo cəld qəsrdən bayıra çıxır, qızın yerə düşmüş ləçəyini itlərə iylədir, özü isə ata minib itlərin ardınca bataqlığa doğru çapır.
Onun yoldaşları bir qədər özlərinə gəldikdən sonar atlanıb onun ardınca gedirlər. Çox keçmir ki, onlar Hüqo Baskervilin qara madyan atını görürlər. Ancaq atın sahibi onun üstündə deyildi. At cilovu sallana-sallana, köpüklənə-köpüklənə onların yanından sürətlə keçib gedir. Əxlaqsız dəstə yenə də bataqlığın içərilərinə getməkdə davam edir. Nəhayət, onlar Baskervilin itlərini görürlər. Bu itlər çox cins və sərt itlərdi, lakin indi onlar bir-birinə sıxılaraq yazıq-yazıq zingildəyirdi.
Atlılar dayanırlar, qabağa getməyə cürət etmirlər, lakin onlardan üç nəfəri atlarını dərənin içərilərinə sürürlər. Orada geniş bir çəmən görürlər, bu çəməndə lap qədim zamanlarda qoyulmuş iki böyük daş sütun var. Çəmən ay işığı ilə aydınca işıqlanıbmış. Bədbəxt
qız çəmənin ortasında yıxılıb qalmışdı, onun yanında isə Hüqo Baskervilin cəsədi görünürdü. Azğın atlıların tükləri biz-biz olur, lakin onları qorxudan cəsədlər deyildi. Yox! Hüqonun başı üstündə qara, iyrənc və çox yekə bir yırtıcı heyvan durubmuş; o zahirən itə oxşayırmış, lakin bu it insanların gördüyü bütün itlərdən ən hündürü və irisi imiş. Bu yırtıcı heyvan onların gözü qabağında Hüqo Baskervilin boğazını gəmirirmiş. Sonra o, qanlı ağzını atlılara sarı çevirir: onun gözləri od kimi parıldayırmış. Atlılar bunu görüb qorxudan çığırırlar və atlarını var qüvvələrilə bataqlığın içi ilə qovurlar. Deyilənə görə, onlardan biri şahidi olduğu bu mənzərədən elə qorxur ki, elə o gecə ölür, qalan iki nəfəri isə ömürlərinin axırına kimi bu ağır sarsıntıdan özlərinə gələ bilmirlər.
Bəli, övladlarım, o vaxtdan bəri bizim nəslə bu qədər bədbəxtliklər gətirən o it haqqındakı rəvayət budur! Siz bilirsiniz ki, bizim nəsildən olan adamların çoxu qəfildən, həm də sirli, dəhşətli şəkildə həyatdan köçmüşlər. Qoy tanrı öz mərhəmətini bizim üstümüzdən əskik eləməsin. Mənim övladlarım, mən sizi tanrıya tapşırır və sizə vəsiyyət edirəm: gecə vaxtı şər qüvvələrin hökmranlıq etdiyi bataqlığa getməkdən çəkinin!”
Doktor Mortimer bu qəribə əhvalatı oxuduqdan sonra gözlüyünü alnına qaldırıb gözlərini mister Şerlok Holmsa dikdi. Şerlok Holms isə əsnəyərək çəkdiyi papirosun kötüyünü buxarıya atdı. Qonaq dilləndi:
– Sizcə, bu, maraqlı deyilmi?
– Nağıl xoşlayanlar üçün maraqlıdır.
Doktor Mortimer cibindən dördqat bükülmüş bir qəzet çıxartdı.
– Yaxşı, mister Holms, indi mən Sizi daha bir materialla tanış edim. Bu “Devonşir xəbərləri” qəzetinin builki on dörd iyun tarixli nömrəsidir. Burada ser Çarlz Baskervilin ölümü ilə əlaqədar olaraq qısaca məlumat dərc edilmişdir.
Holms özünü bir az qabağa verdi və onun baxışları dərhal diqqətli oldu. Doktor Mortimer gözlüyünü düzəldərək qəzeti oxumağa başladı: “Qarşıdakı seçkilərdə liberal partiyası tərəfindən namizəd göstərilməsi nəzərdə tutulan ser Çarlz Baskervilin qəfil ölümü bütün Devonşirə çox ağır təsir bağışladı. Ser Çarlz nisbətən yaxın vaxtlarda gəlib Baskervil-Hollda yaşasa da, bu az vaxtda, öz mehribanlığı və səxavəti ilə adamların məhəbbət və hörmətini qazanmışdı. Məlum olduğu kimi ser Çarlz Cənubi Afrikada böyük qazanc əldə etdikdən sonra İngiltərəyə qayıtmış, şəxsi malikanəsi Baskervil-Hollda məskən salmışdı. Onun öz malikanəsini yenidən qurmaq və inkişaf etdirmək planına ancaq ölüm mane oldu. Ser Çarlzın övladı yox idi. Hələ sağlığında o, öz yerlilərinə xeyirxahlıq edirdi, buna görə də buradakı əhalinin onun vaxtsız ölümünə təəssüflənməsi səbəbsiz deyil.
Demək olmaz ki, təhqiqat ser Çarlz Baskervilin ölümü haqqında olan bütün vəziyyəti tamamilə aydınlaşdırmışdır. Lakin o, yerli mövhumatçılar tərəfindən söylənilən şayiələrə son qoymuşdu. Bu ölümün təbii bir səbəb nəticəsində baş verdiyinə şübhələnməyə bizim heç bir əsasımız yoxdur. Ser Çarlz dul idi, böyük bir sərvət sahibi olsa da, çox sadə yaşayırdı; onun Baskervil-Hollda olan ev qulluqçuları–ər-arvad Berrimorlar öz ifadələrində göstərirlər ki, ser Çarlzın səhhəti son vaxtlar pisləşmişdi; Mərhumun yaxın dostu və ev həkimi olan doctor Ceyms Mortimer də öz ifadələrində bunu təsdiq etmişdir.
İş zahiri cəhətdən çox adi bir işdir. İyunun dördündə Ser Çarlz hamıya bildirir ki, səhər Londona gedəcək və Berrimora tapşırır ki, yol hazırlığı görsün, axşam isə, adəti üzrə, xiyabana gəzməyə gedir. Berrimor gecə yarısı görür ki, evin qapısı hələ də açıqdır. Təşvişə düşür, fanarı yandırıb öz ağasını axtarmağa gedir. Xiyabanın orta tərəfində bir qapı var; buradan yol torf bataqlığına aparır. Bəzi dəlillər göstərir ki, ser Çarlz bir neçə dəqiqə bu qapının qabağında durmuş, sonra irəli getmişdir… Xiyabanın lap qurtaracağında onun cəsədi tapılmışdır.
Burada bir şey aydınlaşdırılmamış qalır. Berrimor deyir ki, ser Çarlz xiyaban qapısından uzaqlaşan kimi onun ləpiri dəyişir, görünür o, pəncəsi üstündə getmişdir. Ser Çarlzın bədənində heç bir zorakılıq izi tapılmayıb. Doğrudur, tibb ekspertizası mərhumun üzünün son dərəcə dəyişmiş olduğunu qeyd edir.
Həkimlərin dediyinə görə, təngnəfəslikdən və ürək fəaliyyətinin azlığından ölən adamlarda tez-tez belə hallar olur. Meyit yarılanda bunun doğru olduğu təsdiq edildi. Ser Çarlzın çoxdan bəri ürək xəstəliyinə tutulduğu tamamilə aydın göründü. Bizdə olan son məlumata görə, Baskervillərin yeganə varisi, ser Çarlzın qardaşı oğlu Henri Baskervil Amerikadadır. İndi onu tapmaq və ona böyük bir irsin çatmasını xəbər vermək üçün tədbir görülür”.
Doktor Mortimer qəzeti qatlayıb cibinə qoydu.
– Mister Holms, ser Çarlzın ölümü haqqında verilən məlumat budur.
Şerlok Holms dedi:
– Siz məni, şübhəsiz ki, maraqlı bir hadisə ilə tanış etdiniz, bunun üçün sizə çox minnətdaram. İndi isə xahiş edərdim ki, mətbuata düşməyən faktlar haqqında danışasınız.
Doktor Mortimer həyəcanla dedi:
– Mən hələ heç kəslə bu barədə danışmamışam. İstintaq zamanı bir çox şeyləri söyləmədim, çünki elm ilə məşğul olan bir adam mövhumatçıların şayiələrini müdafiə edə bilməz. Lakin sizinlə açıq danışa bilərəm. Mən ser Çarlz Baskervillə bir yerdə çox vaxt keçirirdim. Mister Frenklend və təbiətşünas mister Stepltonu nəzərə almasaq, bizim yerlərdə bir neçə mil məsafədə bir nəfər oxumuş adama rast gəlməzsən. Ser Çarlz təkliyi xoşlasa da, onun xəstəliyi bizi bir-birimizə yaxınlaşdırdı. Son vaxtlar ser Çarlzın əsəbləri həddindən artıq gərilmişdi. O indi sizə oxuduğum əfsanəyə inanırdı; öz mülkündə gəzərkən gecələr bataqlığa getməyə cürət etmirdi. Ser Çarlz əməlli-başlı inanırdı ki, onun mənsub olduğu nəsil dəhşətli bir bəlaya düçar olmuşdur, bu bataqlıqda qorxunc bir varlığın olması fikri ona dinclik vermirdi. O tez-tez məndən soruşurdu: siz xəstələrin yanına gedəndə belə bir qəribə şey görmüsünüzmü, bataqlıqda it səsi eşitmisinizmi? Bunu soruşarkən həyəcandan səsi titrəyərdi. O öz qorxusunun səbəbini mənə izah etdi və məndən xahiş etdi ki, bu əlyazmanı götürüb saxlayım. O zaman bütün bunlar mənə əhəmiyyətsiz bir şey kimi görünürdü. Onun ürəyi xəstə idi; qorxu isə səhhətini daha da xarablaşdırırdı. Nəhayət, bu dəhşətli fəlakət üz verdi. Lakey Berrimor gecə ser Çarlzın meyitini tapdıqdan sonar dərhal mehtər Perkinsi mənim dalımca göndərmişdi. Mən meyiti diqqətlə yoxladım. Ser Çarlz qollarını açaraq üzü üstə yerə sərilib qalmışdı, barmaqları yerə sancılmışdı; ölüm onun üzünü elə dəyişmişdi ki, mən əvvəl bunun kim olduğunu tanıya bilmədim. Onun bədənində heç bir zədə yox idi. Lakin Berrimor istintaq zamanı yanlış məlumat vermişdi. Onun dediyinə görə, meyitin ətrafında heç bir iz yox imiş. Bu izləri o görməmişdi, amma mən gördüm. Ser Çarlzdan bir qədər kənarda lap təzə və aydın…
– İzlər vardı?
– Bəli.
– Bu izlər qadın izləri idi, ya kişi?
Doktor Mortimer qəribə bir nəzərlə bizə baxıb lap yavaşca dedi:
– Mister Holms, bu izlər çox yekə bir itin izləri idi.
(Ardı var...)
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR