Soyuq bir qış günü idi. Ailəmizə gəlmə xəbərin evimizi ,qəlbimizi isitdi .Səni səbirsizliklə gözləyirdik .Çünki sən ailələrimizin ilk nəvəsi idin. İlk gündən sənə çox bağlandım, sevdim. Sən isə hər an məni səni itirmək qorxusu ilə yaşatdın. Bətnimdəki ilk tərpənişin həyatımda duyduğum ən gözəl hiss idi .Artıq sənə qovuşmağıma bir ay qalmışdı. Ancaq sən tez gəlmək istədin .Sentyabrın 28-i axsam saat 21.00 idi - həyatımın ən kədərli dəqiqələrinin başlayacağı an .Birdən özümdə qəribəliklər hiss etdim .Mənə dəhşətli ağrılar verdin. Haradan biləydim ki, sən gəlmək istəyirsən. Bunu çox gec anladım. Xəstəxanaya güclə çatdıq və hər şey yarım saat ərzində baş verdi. Sən bu dünyaya gəldin. Oğlum, səni ilk gördüyümdə "Bu balacadır, yaşamayacaq"- dedim. Bağırdım, ağladım. Həkimlər məni aldatmağa, sakit etməyə çalışsa da sənin məni qoyub gedəcəyinə əmin idim. Səni bir dəfə də qucağıma ala bilmədən, bir dəfə o gözəl qoxunu duymadan məndən alıb sənin kimi körpələrin olduğu xəstəxanaya apardılar. İki gün sənsiz məcburi yatdığım xəstəxana mənə cəhənnəm əzabı yaşatdı . 2 gün sonra mən də sənin yanına gəlməyə hazırlaşdım. Oradakı başqa analar əllərində gül,qucaqlarında körpə ilə çıxdı. Mən isə ağlayaraq, qucağı boş çıxdım .Və sənin yanına gəldim .Sən xüsusi bir küvəzdə yatırdın.Balaca əllərinə iynələr, sistemlər taxılmışdı. O an sanki dünya başıma yıxıldı .Həkimlər sənin üçün "3 gündən çıxarsa, yaşamaq ümidi var" demişdir . 3 günün saatlarını səbirsizliklə sayırdım. Birdən ürəyim yanmağa başladı, nəfəs ala bilmədim, həyətimizdən qışqırıq səsləri eşidildi.Nənən xəstəxanadan zəng vurmuşdu. Sənin vəziyyətinin ağırlaşdığını söyləmişdi. Atanla mən sənin yanına gəlməyə hazırlaşırdıq. Birdən telefon zəng çaldı, nənən sənin daha bu dünyada olmadığını söylədi. Dünya başıma uçdu, nəfəsim kəsildi və yalnız "Yox!"- deyə qışqıra bildim. Bütün yol boyu sənə çatana qədər yalnız Allahıma yalvardım ki, eşitdiyim söz yalan olsun .Amma yalan deyildi .Sən artıq həyatda deyildin. Məni öz yoxluğunla tək buraxmışdın .Atanı və ananı unuda bilməyəcəkləri dərdə salıb son mənzilə getmişdin.
Heç bir ananın belə bir vəziyyətə düşməməsini Allahdan arzu edirəm.
Allah övladlarınızı qorusun. Amin!
XƏBƏR LENTİ
Azərbaycanda “pinqvin” torbalar niyə qadağan edildi? - RƏSMİ AÇIQLAMA
Günün ulduz falı
Günün qoroskopu: Səhhətinizə diqqət edin
Asan peçenye (foto resept)
Fahriye Evcen və Burak Özçivit alış-veriş mərkəzində
Sobada peraşki
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Ving Çun
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
Azərbaycanda avtomobil krediti probleminə yeni həll tapıldı
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Məşhur futbolçular haqda maraqlı faktlar
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edildi
Məşhur cütlüyün toyuna İki Gün Qaldı-FOTO
Yaqut daşı
Hava haqqında
Anasına bənzəməmək üçün 200 əməliyyat keçirdi - FOTO
"Qızıl ştat"-Kaliforniya
Turşuların sümük əritdiyini bilirdiniz?
Pensiyalarla bağlı DAHA BİR YENİLİK
Boşandıqdan sonra əridi
Azərbaycanın ən bahalı futbolçuları
Dünən baş verən zəlzələ 6 rayonda dağıntı törədib
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Amerikalı həkimdən şok KORONA XƏBƏRDARLIДћI
Göz yaşları və ya Tanrının imzası
Qeyri-adi qalstuk bağlamağı öyrənək
Dondurma bazarında vəziyyət necədir?
Ərikli keks
Nəsiminin məzarı Hələbdən Azərbaycana gətirilsinmi?
Havadan ehtiyatlı olun!
Bu gün üçün: Sevgiyə aid mahnılar
Günün qoroskopu: nəyisə gizlədən insanlarla təmaslar istisna deyil
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Sarkisyanın səfəri Gürcüstanda qalmaqal yaradıb
18 yaşında göstərən maska
Bu gün Cenniferin toyudur - FOTO
Başqa musiqilər...
Hamiləlikdə baş ağrısı və miqren
Sabahın HAVA PROQNOZU
Peşmərgə Suriyaya keçdi
İshal və qusma zamanı ilk tibbi yardım(1)
Ukraynada fəlakət yaşanır
Bağçalar nə vaxt açılacaq?- RƏSMİ
Kürd lider PKK-ya yox, TSK-ya səsləndi: silahı yerə qoyun
ABŞ: "Əlimizdə Rusiyanı ifşa edən fotolar var"
Görmək istədiyinizi gözünüzün önünə gətirən linza
Birlikdə yaşaya biləcəyiniz romantik anlar
"Aslan Kral" cizgi filmindən 500 milyonluq gəlir
"Eurovision-2016"nın qalibinə xalq artisti adı verildi
- ŞƏRHLƏR