Biz hazırda müstəqil bir dövlətdə yaşayırıq. Əlbətdə ki, bizim öz dilimiz, öz dinimiz, öz adət-ənənələrimiz vardır. Və biz əlimizdən gəldikcə onları qoruyur, dilimizə, dinimizə, adətlərimizə hörmət edirik. Məsələn, hər il öz milli bayramlarımızı qeyd edirik - Novruz bayramı, Bayraq bayramı və s. Həm də özümüzü “əsl” azərbaycanlı sayırıq. Bəli ”əsl” azərbaycanlı. Ancaq hansısa çatışmazlıq var axı?! Dilimiz... Niyə? Bir anlıq düşünün, biz azərbaycanlılar hər zaman Azərbaycan dilindəmi danışırıq? Hazırda demək olar ki, Bakı əhalisinin əksəriyyəti rus dilində danışır. Əlbəttə, başqa dil bilmək pis iş deyil. Əksinə, olduqca yaxşıdır. Amma biz, bu dili artıq öz ana dilimizə çevirmişik sanki. Əslində çoxlarını qınamaq olmaz. Çünki biz azərbaycalılar illərlə SSRİ-nin tərkibində yaşamışıq. Bu da bizim dilimizə, adət-ənənəmizə təsir edib. Valideynlərimiz, hətta nənə-babalarımız, qohum-əqrəbalarımızın əksəriyyəti rus dilini bilirlər.
Axı indi mustəqil dövlətik. Niyə hələ də rus dilində danışırıq? Hansısa bir mağazaya girsəniz, oradakı satıcıların əksəriyyəti rus dilində danışır. İçəri girənə rus dilində “salam”, çıxana rus dilində “sağ ol” deyir. Sanki bura Azərbaycan deyil. Hələ Azərbaycan dilində danışanlara yuxardan aşağı baxanlar da az deyil. Bütün bunlar yalnız satıcılara aid deyil, ümumilikdə xalqımıza adiddir. Bir də səviyyə məsələsi var əlbəttə. Hansısa bir məkan necə deyərlər “rusdilli” dirsə, orada Azərbaycan dilində danışanda insana elə baxırlar ki, elə bil nə isə pis bir hadisə baş verib. Cəmiyyət arasında insanlar var ki, tam bilmədiyi halda rus dilində danışır, bununla da özlərini daha səviyyəli, daha savadlı göstərməyə çalışırlar. Lakin anlamırlar ki, kənardan çox gülünc görünürlər.
Ulu öndərimiz Heydər Əliyev cənablarının bir kəlamı heç vaxt yadımızdan çıxmamalıdır: "Mən fəxr edirəm ki, azərbaycanlıyam." Əlbəttə, hər birimiz bununla fəxr etməli, dilimizi sevməli və qorumalıyıq. İnsan nə qədər çox dil bilərsə, bir o qədər yaxşıdır. Bununla biz dövlərimizə, xalqımıza xeyirli vətəndaş ola bilərik. Ancaq bu o demək deyil ki, başqa dili biliriksə, öz dilimizi unutmalıyıq. Əksinə, dilimizə hörmət etməli, bütün dillərdən uca tutmalıyıq. Çünki bu dildə analarımız bizə layla deyib, bu dildə sevib, bu dildə əzizləyib, bu dildə nağıllar söyləyib. Azərbaycan dili bizim ana dilimizdir.
Nə olur-olsun, kim nə deyir-desin, gəlin öz adət ənələrimizi və dilimizi qoruyaq! Əsl Azərbaycan vətəndaşı kimi də yaşayaq!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Adriana Limanın yeni FOTOsessiyası
I vitse-prezident və vitse-prezidentlər vəzifəsinin yaradılması təklif olunur
Qubadlının işğalından 27 il ötür
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
Vizasız gedə biləcəyimiz ölkələrin SİYAHIsı
Sıla hamilədir!
Krediti və borcu olanlar qurban kəsə bilərlərmi?
Vatsapda İNANILMAZ YENİLİK: göndərdiyiniz mesajlar...
Kadırov istefa verir
TRT Türk telekanalında Azərbaycanın müasir memarlığına dair proqram nümayiş etdiriləcək
Facebook-dan xəbər saytlarına "qara xəbər" - FOTO
Ziyafət geyimləri
Klipimiz “Eurovision TV”də yayımlanacaq
Körpə əmizdirməyin analara faydası
Ətirin qalıcı olması üçün nə etməli?
Məhərrəmlik mərsiyələrində nə deyilməlidir?
"Qarabağ"ın daha bir potensial rəqibi müəyyənləşdi
Ana südünü necə artırmalı?
Alma şirniyyatı (foto-resept)
Ronaldu daha bir mükafata layiq görüldü - FOTO
Azərbaycan milli uşaq oyunları-11
Yanvarın 1-dən müəllimlərin maaşı artacaq
Məşhurlar və onların oxşarları
Gözlənilməz bahalaşma
Ulduz falı saxtakarlığı haqqında
Tək qaş üzük modelləri
Daha sağlam yaşamaq üçün su için!
Whatsapp dəyişdi
Atasına oxşayan qızların - 10 əsas xüsusiyyəti
İspanaqlı keks ( foto resept)
“WhatsApp”dan yenilik - Telefonu silkələyərək...
Saç boyarkən diqqət edin
Dübəndidə yeni şəhər salınacaq
Ulduzlar Şahmarın gözüylə....
Dəb Dünyası Bakıda
Yaz üçün gözəl donlar
Hicablı xanımlar üçün geyimlər
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 396 yeni yoluxma
Təmizliyə kömək edən vasitələr
2050-ci ilə qədər dünya əhalisinin... - ŞOK STATİSTİKA
Piyadalar, diqqətli olun!
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Dadlı badımcan ikrası (foto resept)
Azərbaycan kitab bazarında rekord
Azərbaycanda zəlzələ oldu
QMİ müxtəlif Ramazan təqvimləri ilə bağlı məsələyə aydınlıq gətirdi
Bakıda bir sıra yollar bağlandı
Çin süni Ay hazırlayır-FOTO
Koronavirusa yoluxan 91 yaşlı şəxs SAДћALDI
Çimərlikdə istirahət ÖLÜMÜ TEZLƏŞDİRİR - Alim RƏYİ















- ŞƏRHLƏR