“Bizə miras qoyub ərən babalar,
Dilimiz, Torpağımız, Qeyrətimiz!” (Şah İsmayıl Xətai)
1998-ci ildən etibarən Azərbaycan Respublikasında martın 31-i Azərbaycanlıların soyqırımı günü kimi qeyd edir. Bu gün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunduğunu özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması XX yüzilliyin faciəvi səhifələrindən biri hesab etmək olar. Bu faciələrin günahkarı "Böyük Ermənistan" yaradılması kimi sərsəm bir ideyanı həyata keçirmək üçün heç bir iyrənc vasitədən çəkinməyən erməni şovinizmidir.
Soyqırım xronikası
I mərhələ: 1813-1828-ci illər
Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış və Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.
Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılır. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edilir. Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalayır. Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. Türkiyə ilə aparılan müharibələrin (1828-1829, 1877-1878) sonunda tarixi mənbələrə əsasən 1829-1830-cu illərdə Qafqazda (Naxçıvan, Qarabağ, İrəvan) 40 min İran, 84 min 600 Türkiyə ermənisi yerləşdirilib.
Butün bunlara baxmayaraq XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə, Bakı və Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə, 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. XX əsrin başlanğıcında baş verən sonrakı hadisələr göstərdi ki, belə bir vəziyyət Azərbacan xalqının tarixində faciələrin davamına səbəb olub.
XIX əsrin ikinci yarısında Türkiyə, Gürcüstan və Azərbaycan ərazilərini tutmaqla "Böyük Ermənistan" kimi millətçi, şovinist ideyasını həyata keçirmək istəyində olan ermənilər təşkilati strukturlar yaratmağa başlayırlar. "Qnçaq" (1887, Cenevrə, "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər ittifaqı" (1895, Nyu-York) təşkilatı yaradılır.
II mərhələ: 1905-1907-ci illər
Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər 1905-1907-ci illərdə məqsədyönlü milli qırğın aktlarını, Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıların yurd-yuvalarından çıxarılması aksiyasını həyata keçiriblər. 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. Bu hadisələrin baş verməsini sübut edən faktlar M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" və s. kitablarda öz əksini tapıb. Həmin kitablarda bəhs olunan hadisələr o zamanın mətbu nəşrləri, şahidlərin ifadələri əsasında hazırlanıb. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılıb. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədən yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.
III mərhələ: 1918-1920-ci illər
Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən edilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilir. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məsçidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb. Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik". Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Güc hesabına bu əraziləri özlərinə birləşdirmək cəhdi Gürcüstanla müharibəyə (dekabr 1918), Azərbaycanla isə uzun müddətli qanlı mübarizəyə gətirib çıxarır. Hansı ki, nəticədə mübahisəli ərazilərdə əhalisinin sayı 10-30 faiz aşağı düşür.
Kütləvi qırğınlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan 575 min azərbaycanlıdan 567 mini öldürülmüş və yurddışı edilmişdir. 1920-ci il aprelin əvvəlində Tiflisdə Zaqafqaziya respublikalarının nümayəndələrinin iştirakı ilə "sovetləşmə təhlükəsindən birgə müdafiə" mövzusunda keçirilən konfransda ermənilər bəyan edirlər ki, onlar heç zaman mövcud ərazi ilə kifayətlənməyəcəklər və əməkdaşlıqdan imtina edirlər.
Buradan belə nəticə çıxır ki, 1920-ci ilin yazında ermənilərin Qarabağda, Zəngəzurda, Qazaxda, martın 22-də Novruz bayramı günü Şuşada, sonradan isə Əsgəran, Xankəndində aktiv çıxışları onların Moskva ilə əlaqəyə girərək Azərbaycanın milli hökumətini devirmək və burada sovet hakimiyyətini qurmaq istəyindən irəli gəlirmiş.
Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər.
IV mərhələ: 1948-1953 – cü illər
Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını, eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. 1943-cü ildə Tehranda keçirilən konfransda ermənilər İranda yaşayan ermənilərin Sovetlər Birliyinə köçürülməsinə icazə verilməsi xahişi ilə SSRİ xarici işlər naziri Molotova müraciət edirlər. Bu məsələdə Stalinin razılıq verməsi faktiki olaraq azərbaycanlıların 1948-53-cü illərdə kütləvi şəkildə Ermənistandan deportasiya olunmasının əsasını qoyur. 1945-ci ildə Ermənistan rəhbərliyi iqtisadi əlaqələrin bağlılığını əldə bayraq
edərək Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırırlar. Lakin həmin dövrdə bu cəhdlər öz məqsədinə çatmır. O zaman başqa bir taktika seçilir.
1941-45-ci il müharibəsi sona çatan kimi xaricdə yaşayan ermənilərin Ermənistana köçürülməsinə başlanılır. Belə ki, 1946-cı ildə Suriya, Yunanıstan, İran, Bolqarıstan və Rumıniyadan 59 min 900, 1947-ci ildə isə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni köçürülüb. 1947-ci ildə Ermənistan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi Q.Arutyunov köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edir və təklif edir ki, Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın pambıqçılıq rayonlarına köçürülsün. Guya bu köçürülmə həmin rayonlarda pambıq istehsalının artımına təsir göstərəcəkdi. İ.Stalin tərəfindən dəstəklənən bu ideya SSRİ Nazirlər Sovetinin iki qərarı ilə həyata vəsiqə qazandı. Həmin qərarlarda ( 1947-ci il) 1948-50-ci illərdə Ermənistan SSR-dən 100 min azərbaycanlının Kür-Araz düzənliyinə könüllü köçürülməsi nəzərdə tutulur. Heç bir səbəb, mexanizm və real şərait göstərilmədən... Statistik göstəricilərə əsasən 1948-ci ildə Azərbaycana 2 min 357 ailə (11046 nəfər), 1949-cu ildə 2 min 368 ailə (10 min 595 nəfər), 1950-ci ildə isə 14 min min 361 nəfər köçürülür.
1948-50-ci illərdə köçürülən 8 min 110 ailədən yalnız 4 min 878-i yaşayış yeri ilə təmin olunur. Ümumiyyətlə 1948-52-ci illər ərzində respublikamıza 100 mindən çox azərbaycanlı köçürülüb. Əsasən dağlıq ərazilərdə yaşamağa adət etmiş azərbaycanlılar düzənlik ərazisinin iqliminə uyğunlaşa bilmirdilər. Yaşayış yeri ilə təmin olunmamaq da öz təsirini göstərir. Köçürülənlər arasında yüzlərlə adam həyatla vidalaşır... Hətta belə şəraitdə "məngənə"də sıxılan azərbaycanlıların dağlıq ərazilərə, Qarabağa köçürülməsi barədə Azərbaycan rəhbərliyinə və Moskvaya dəfələrlə etdiyi müraciətlər mərkəzi orqanlar tərəfindən rədd edilir.
Bax, bu da pambıqçılığın inkişafı naminə könüllü köçürülmənin daha bir tərəfi... Bununla yanışı 1948-ci ildə Suriya, Livan, Fransa, ABŞ, Misir, Bolqarıstan və Rumıniyadan Ermənistana cəmi 10 min erməni köçürülür. Bu fakt göstərir ki, Sovet rəhbərliyinin müvafiq qərarı ilə azərbaycanlıların faktiki deportasiyasına nail olan ermənilər xarici ölkələrdən Ermənistana həmmillətlərinin köçürülməsində maraqlı olmayıblar.
1975-ci ilin yanvarında Ermənistan KP MK-nın plenumunda səslənən faktlardan biri o olur ki, 476-dan çox kənd istifadə edilməmiş qalır ("Kommunist" qəzeti (Yerevan), 20 yanvar 1975-ci il). 1990-cı ildə də erməni millətçiləri özləri açıqca bəyan edirlər ki, azərbaycanlıların köçürülməsindən sonra azad olmuş torpaq və yaşayış fondu xaricdən gəlmiş ermənilərin yerləşdirilməsi üçün istifadə olunmayıb ("Qolos Armenii" qəzeti, 11 noyabr 1990).
Yuxarıda göstərilənlərdən yeganə nəticəyə gəlmək olar: Ermənistandan azərbaycanlıların köçürülməsi nə xaricdə yaşayan ermənilərin yerləşdirilməsi, nə də Azərbaycanda pambıqçılığın inkişafı məqsədini daşımayıb. Bu hadisələr sadəcə daşnakların köhnə ideyaları və arzuları-monomillətçi dövlətin yaradılması siyasətinin elementi idi.
1953-cü ildə Stalinin ölümü azərbaycanlıların köçürülməsi prosesini dayandırır. Ev-eşiklə təmin edilməyən, mövcud şəraitə dözə bilməyən köçürülmüş azərbaycanlılar ermənilər tərəfindən onlara qarşı kin və diskriminasiyaya baxmayaraq özlərinin dədə-baba yurdlarına qayıtmaq məcburiyyətində qalırlar. Bu proses erməni şovinizminin yeni dalğasını alovlandırır - azərbaycanlılara qarşı mənəvi terrorun həyata keçirilməsinə "start" verilir.
Tədris müəssisələrinin bağlanması, azərbaycan təhsil bölmələrinin ləğvi, rəhbər vəzifədə çalışan azərilərin erməni kadrlarla əvəz olunması, azərbaycan kəndlərinin məişət və təsərrüfat ehtiyaclarına etinasız yanaşılması, antiazərbaycan kompaniyasının aparılması (xüsusilə 1965-ci ildə "erməni genosidi"nin 50-ci il dönümü zamanı) daşnak siyasətinin açıq təzahürü idi.
V mərhələ: 1988-ci ildə başlayır
1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fiziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından - Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur - qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur - İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. "Türksüz Ermənistan" kimi daşnak ideyası reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.
Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən ölüm doğan o gecədə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər xocalılı şəhid oldu. Onlardan ancaq 335 nəfərinin meyidini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil. Faciə nəticəsində 1000 nəfərdən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. Cinayət nəticəsində 27 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılıb, başları kəsilmiş, gözləri çıxarılmışdır.
Xocalıda doğrudan da o gecə yalnız ölülər qaldı. Və o qanlı fevral gecəsi Xocalı adlı bir şəhər yer üzündən silindi. Xocalı faciəsi millətin qan yaddaşına yazılan və əbədiyyətə qədər silinməyən kədər, möhürdür. 1992-ci ilin 26 fevral gecəsi erməni cəlladlarının əlləri ilə qətlinə fərman verilənlərin 160-dan çoxu qadın və azyaşlı uşaq idi. Qocaya, qadına, qarıya-qıza aman verməyən vəhşilər gözlərini qırpmadan əlinə keçənləri amansızcasına məhv etmişdilər.
XƏBƏR LENTİ
Dünya 100 il əvvəl
Binaların fasadları üçün “ağıllı” günəş stansiyası hazırlandı
İşə qəbul zamanı necə fırıldaqçılardan qorunmaq
Alina Boz koronavirusa yoluxdu
Pendirli qızartma (foto-resept)
"Qızıl Qlobus" 2012
Məşhur yazıçının məzarı 150 il sonra aşkar edildi
Bergüzarın başına gələnləri Burakla Fahriye də yaşadı
Xizək sürməyin 5 müsbət təsiri
Məşhur milyarder öldü
Termometr sınarsa nə etməli?
Uşaqları internetin zərərli təsirlərindən qoruyaq
Qış aylarında dəri baxımı
Bizimkilər də güldürürlər...
Unun qiymətinin qalxması xəbərinə nazirlikdən reaksiya
1005 smartfondan ibarət Yeni il ağacı hazırlandı
100 ildir ki, axtarılırdı, İngiltərədə tapıldı
Rusiya MN Qarabağda sülhməramlıların mühasirəyə alınması xəbərini təkzib etdi
Prezident: İran Suriya hökuməti və müxalifət arasında danışıqlara kömək etməyə hazırdır
Könüllü gənclərdən Bakıda maraqlı layihə
Yumurtanı yedikdən sonra qabığını atmayın
Qırmızı rəngi necə uyğunlaşdırmaq olar?
Kimlər sürücülük vəsiqəsi ala bilərlər?
Koronavirusa görə “onlayn evlilik dövrü” başlayıb - FOTO/VİDEO
Azərbaycana 40 sm qar yağdı, əlaqəni kəsdi
Çexiyada üç yerə bölünən UNO lentə aldılar – VİDEO
Məşhur ulduzlar dünən və bu gün
Məşhur serial FİNAL edir-FOTO
Vətənin qəhrəman oğlu
Britni Spirsin çəkdiyi şəkil 10 minə satıldı - FOTO
Abituriyentlər imtahana bəyannamə ilə buraxılacaq - RƏSMİ
Hamilə qadınların beynindəki 8 sual
Dünyanın ən kök futbolçuları
Azərbaycana gələn turistlərin sayı açıqlandı
HAVA necə olacaq?-11 dekabr
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
Günün qoroskopu: əgər iş axtarırsınızsa...
Qadın
Azərbaycan ilk dəfə olaraq Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsini göstərdi - VİDEO
Caparidze azərbaycanlı gənclərlə görüşdü
Havalar nə vaxt sərinləşəcək?
Nazirdən karantinin yenidən sərtləşdirilməsi ilə bağlı XƏBƏRDARLIQ
Gecikmiş qonaq
Qəbizlikdən xilas olmağın ən sürətli yolları
Azərbaycanda yenidən temperatur enəcək, hava yağıntılı olacaq
Yuxuya dalarkən yıxılma hissinə səbəb nədir?
Dünya Kubokunun simvolik yığması
Berkay yeni avtomobili ilə diqqət çəkdi
Geyimdə uyğunluqlar
Dekorativ bitkilər antidepressantların təsirini gücləndirməyə qadirdir
- ŞƏRHLƏR