Atamın xatirələrindən
O illəri xatırladıqca bu xəyanətlərin, camaatın başına gətirilən müsibətlərin, faciələrin haradan qaynaqlandığını hələ dəqiqliyi ilə, reallığı ilə bilmirdim.
Aydın məsələ idi ki, üzdə olan və gözə görünən o idi ki, hələ 20-ci əsrin əvvəllərindən ermənini qızışdırıb üstümüzə salan, kənd və şəhərlərimizi zaman-zaman xarabazara çevirtdirən, adamlarımızı amansızlıqla və xüsusi qəddarlıqla qətlə yetirən düşmənlər və onların başında duranlar olub. Bu məsələnin gün kimi aydın görünən tərəfidir.
Səxavəti həmişə xəyanətin bu tərəfi narahat edirdisə də, hələ də suallarının cavabını tapa bilmirdi.
Sonra o başını qaldırıb tut agacına baxdı. Bu ağacı onun ana babası Cəbrayıl kişi əkmişdi. Cəbrayıl kişi Səxavətin babası olsa da onu oğulluğa götürmüşdü. Öz oğlu kimi böyütmüşdü Səxavəti. Səxavət uzun illər hərbi zabit kimi Gürcüstanda xidmət etmişdi. Cəbrayıl kişi qocalanda onu evləndirmişdilər. Yoldaşı ali savadlı sinif müəlliməsi idi. Kənddə məktəbdə dərs deyirdi. Cəbrayıl kişi gəlini ilə birgə bu evdə yaşamışdı. Artıq qocalanda Səxavət kəndə qayıtmışdı. Bu evdə 5 qız böyütmüşdü. İndi o qızları buralardan aparmaq lazım idi. O, qizlarının həm atası, həm də qardaşları idi. Odur ki, onlar üçün tələsməli idi.
Səxavət əlləri ilə tut ağacının cod gövdəsini sığalladı. Bu tut ağacından neçə dəfə yıxıldığını xatırladı. Sanki nənəsi Zərnişan onun yaralarını sarıyırdı. Amma bu dəfə yara qabıq bağlamaq istəmirdi.
Kədər bütün varlığına hakim kəsilmişdi. Bu kədər yanaqlarından aşağı süzülürdü. Bəlkə də bu göz yaşı olmasaydı indi ürəyi dayanardı.
Qohumlar, qonşular onu çağırırdılar. Səxavət ağlaya-ağlaya son dəfə evinə baxdı. Əlvida mənə əziz olan evim-eşiyim, əlvida bal kimi tutuyla məni bəsləyən tut ağacı. Əlvida yurdum elim-obam-deyib həyətdən çıxdı.
Onun hər ayağından sanki bir pudluq daşlar asılmışdı. Həmişə məğrur, dik gəzən Səxavətin sanki beli bükülmüşdü. Doğma ocağından, əzizlərinin, xüsusilə də nənəsi Zərnişanın ruhu gəzən bu evi -eşiyi, bu torpağı necə tərk etsin?!
Səxavət dəsmalla göz yaşlarını silə-silə doqqaza çıxdı. Baxdı ki, hamının gözləri ağlamaqdan qan içindədir.
Onlar üzüaşağı yola düşdülər. Elə bil ki, yetim qalan evlər ah çəkdi...
Saqqa qoz deyilən yerə çatanda Səxavət dözmədi. Geri baxdı... Biz evlərimizi, ocağımızı, qəbirlərimizi qoyub hara gedirik, ay Allah- deyə ah çəkdi.
O, özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Hamı donub qalmışdı. Həmişə sərt, qaradinməz Səxavəti hələ heç kim ağlayan görməmişdi. Hamı Səxavətə qoşulub ağlayırdı.
Nəhayət qaynı onun qolundan tutub qaldırdı. Səxavət möhkəm durmağa məcbur idi. Çünki 5 qız balası onun yolunu gözləyirdi. Əyilməyə haqqı yox idi. Amma ürəyində bir az rahatlıq vardı. Özü sağ-salamat gedib çatmasa belə yoldaşı Südabə artıq Bakıya- qardaşıgilə çatmışdı. Ona görə də ailəsindən, qızlarından rahat idi.
Onlar Saqqa qozadan dikə qalxdılar. Təpədən baxanda doğma kəndləri, kəndin bəri başı görünürdü. Laçın yolunun kənarında olan Qəbristanlıq aydın görünürdü. Bu məzarlıqda rəhmətə getmiş Nəsil-nəcabəti, doğmaları, dünyasını vaxtsız dəyişmiş dostları uyuyurdu. Ona əziz olan nənəsi Zərnişan, babası Cəbrayılın uyuduğu məzarlıq da burada idi. Səxavət təpənin başında dayanıb son dəfə kəndə baxdı. Sanki kənd küsmüşdü onlardan.
İndi son dəfə nənəsinin uyuduğu məzarlıga baxdı. Səxavət nənəsini onu saxladıgı üçün deyil, həm də nənəsinin əzablı həyatını bildiyi üçün cox sevirdi.
Səxavətin ürəyi qan ağlayırdı. Rayon mərkəzindəki evinə heç köçə bilmədilər. Dərslərin bağlanmasını gözləyirdi. O cəmi bir gecə qalmışdı.Dərslərin baglanmasını gözləyirdi.Ailəsini bu şəhər mərkəzindəki evə köçürəcəydi.Amma dərslərin bağlanmasına az qalmış bu faciələr baş vermişdi....
İki ev de dolu qaldı.Sənədləri götürdülər.Çünki qayıdacaqlarına inanırdılar.
Nəhayət 4-6 gündən sonra Səxavət Bakıya çatdı. Əvvəllər ona çox çətin oldu hər şey. Həmişə vəzifədə işləmişdi. İndi kiminsə qapısında yük olmaq, kiməsə sığınmaq istəmirdi. Əziyyətlə də olsa tələbə yoldaşlarını tapdı. Onlar ona ailəsini yerləşdirməyə kömək etdilər.
Səxavət balalarını boya- başa çatdırdı. Qızlarının beşinə də ali savad verdi. İndi hər biri öz işi ilə məşğuldurlar. Övladlarını adətincə, namusuyla köçürdü. İndi hər birinin öz ailəsi var. Səxavət yoldaşı ilə birgə 21 il keçməsinə baxmayaraq Laçının quşqonmaz qayalarını, əvəzolunmaz gözəlliklərini, Həkərinin kükrəyən sularını, doğma kəndlərini tez-tez xatırlayır. Nə atası, nə anası, qaynatası, qaynanası dözmədilər yurd həsrətinə.
Atam ən böyük sarsıntını sputnikdə gedib evi tapanda gördü ki özünün yaşaya bilmədiyi evdə ermənilər yaşayir.İş yerinə çatanda ilk işi sputnikdə evinə kəndinə baxmaqdır.Bununla təskinlik tapır atam.Amma heç vaxt aglamayan atam bu baxışda qocalır.Qabıq baglamayan yarası qanayir...
Öz ev-eşiyini həmişə yuxularda görür. Amma inanır ki, gün gələcək, yenə də o torpaqlar geri qaytarılacaq. Səxavət yenə də binaların, evlərin çertyojunu çəkəcək. Hündür binalar ucaldacaq Laçında.
Sonda, əziz oxucu, bu mənim atamın danışdıqlarından bir səhnə idi. Ağız dolusu qaçqın deyənlərə isə bir sözüm var. Camaat yurdundan bu cür çıxıb, öz xoşu ilə deyil.
Allah erməni qəsbkarlarının bəlasını versin, insanları öz yurd-yuvalarından etdilər...
XƏBƏR LENTİ
Yeni ildə uşaqlarımızı hara aparaq?
"Əziz Novruzum" (I hissə)
Bakının ən böyük tonqalı qalanacaq
Soğanın faydaları
Bu il dəbdə olan saç düzümləri
Bakıda II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək
Gökçe Bahadır Makiyajsız FOTO paylaşdı
Bakıda zəif toz dumanı olacaq
Əsgərlər üçün də qurbanlar kəsilib
Melaniya Tramp "millət anası" obrazını sınayır - FOTO
"ABŞ-da Azərbaycanla bağlı dinləmələrin arxasında erməni lobbisi dayanır"
Dünyanı düzəltmək üçün
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Gecə növbəsində işləmək orqanizmi məhv edir
Azərbaycanda qızlar qəhətə çıxacaq?
İŞİD-lə mübarizəyə son?
İşğal altındakı abidələrimizə dəyən zərərin qiymətləndirilməsi başa çatır
Vətən Müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək - SƏRƏNCAM
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Dodağına Gel Vurdurdu Üzü Çürüdü-FOTO
Göz rənginə görə ənlik seçimi
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
İşgüzar adamlar üçün həftəlik ulduz falı
Şəhid generalın xanımı - VİDEO
TƏBİB rəsmisindən koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ
İdmançımız erməniyə qalib gələrək dünya çempion oldu
İŞİD tərəfindən zorlanan qız dünya liderlərini ağlatdı
Əsnəyən balacalar
Aslı Murata “yox” dedi - SƏBƏB
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
Oğlan özündən bir neçə yaş böyük qızla evlənə bilərmi?
Yuxu yozmaları - E
Günün ulduz falı
Mayk Tayson ağ köpək balığı ilə döyüşəcək - VİDEO
Hamiləlik dövründə necə qidalanmalı?
Bu gün İlaxır çərşənbədir
150 illik araşdırma tamamlandı
"Arsenal"ın baş məşqçisi: ""Napoli"yə yazığım gəldi"
Gənc blogger lüks villa aldı-FOTO
Dünyanın ən gözəl 20 qadını
Rusiyada İİV-QİÇS-ə qarşı vaksinlərin insanlarda sınaqdan keçirilməsi gözlənilir
Azərbaycana yeni heyvanlar gəlir
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Boşanmalar ən çox hansı yaşda qeydə alınır?
Almalı keks (foto resept)
Günün ulduz falı
Sertap Erener şəklini çəkənləri təhqir etdi-FOTO
Xoşbəxtlik zəif yaddaşdır...
Burak Özçivitin EKİZİ peyda oldu-FOTO
- ŞƏRHLƏR