21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Bu qənaət tarixin bütün dövrlərində bəşər övladlarının qeyd-şərtsiz qəbul etdiyi, sübuta ehtiyac duyulmayan aksiomadır. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. İnsanın doğumu ilə bərabər bəxş olunmuş bu nemətin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana dili günü hamını bu cinayətə qarşı birləşməyə səsləyir. Millətin dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Və əgər nəzərə alsaq ki, bu gün planetimizdə yaşayan minlərlə millət və etnik qrup sayı heç iki yüzə çatmayan dövlətlərin bayrağı altında cəmləşib və sayı 200-ə yaxın olan bu dövlətlərin rəsmi dövlət dillərinin sayı 70-i keçmir, onda hər hansı bir millətin öz dilinin öz dövlətində dövlət dili olmasının əhəmiyyətini dərk etmək o qədər də çətin olmaz. Bu mənada, dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb....
Və bu gün dilimizin dövlət statuslu dillər arasında olmasına görə dilimizin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş, “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub: Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində Ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. ...Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.
XƏBƏR LENTİ
Məzəli portağal
Bakıda güclü şimal küləyi əsəcək, ölkənin bəzi ərazilərinə qar yağacaq
Diqqət! Gmail.com poçtunda virus
Döş xərçəngindən qorunun!
"Sovetski"dəki kiçik sahəli evlərlə bağlı qərarda yenilik
Erməni əsgərləri geyinməyə forma tapmır - FOTO
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Dövlət Neft Şirkətinin işçiləri təltif edildilər
3 günə sürətli arıqladan pəhriz
Sevgi psixoloji sərmayədir
Şəki-Zaqatala bölgəsində böyük təhlükə
NASA etiraf etdi: 9-cu planet var, amma...
Siçan balasını ilanın ağzından xilas etdi-FOTO
Qadın öz bacısını dünyaya gətirdi
Qonşuları Corc Kluninin əlindən bezar olub - FOTO
“Ufak Tefek Cinayetler”in diqqət çəkən döyüş səhnəsi-VİDEO
Azərbaycanda koronavirusla bağlı vəziyyət pisləşir - Əhaliyə XƏBƏRDARLIQ
Azərbaycanda bələdiyyə seçkilərinə ayrılan dövlət vəsaiti məlum oldu
Demetin əri ilə qızı dalaşdı-SƏBƏB/FOTO
Aprel döyüşlərindən Vətən Müharibəsinə: Qardaşlar düşmənin canına qorxu salıb - VİDEO
Milli geyimlərimizi bəyənirsinizmi?
Messi, yoxsa Ronaldo: Hansı güclüdür? - Alimlər açıqladı
AİB-in Rəhbərlər Şurası 2015-ci ildə Bakıda keçiriləcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
"Beşiktaş"ın fanat qrupunun erməni lideri və çoxlu sayda azarkeş həbs edilib
Miqren xəstələri necə qidalanmalı?
“Instagram”da YENİLİK
Toyuq suyuna şorba
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO
WhatsApp: 2 ayda 50 milyon
Ətli makaronlu yemək (foto resept)
Əgər falçıya aldandınsa...
Sevgilinizi necə təbrik edə bilərsiniz?
Ulduz aktyor öldü-FOTO
Azərbaycanda yaşayış minimumu artırıldı
Ermənistanın baş naziri: “Razılaşmanın bəndlərinin dəyişdirilməsi mümkün deyil”
2000 telefonun istifadəsinə qadağa qoyulub
Xəstəlikləri sağaldan təbii daşlar
İnsan vücudu haqqında 16 fövqəladə gerçək
Ailə üçün təhdid: yuxuda danışmaq
Məşhur aktyor ata olacaq!
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər
Ən paxıl və qısqanc bürclər hansılardır?
Ağdamın Çuxurməhlə kəndinin görüntüləri - VİDEO
Bakıda avtobus qəza şəraiti yaratdı
Hava haqqında - 28.12.2013
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Hadise 1 milyon itirdi
Bloklanan “Email”i açmaq üçün mütəxəssisdən tövsiyə
Bu da 2015-ci ilin Volkswagen Polo-su















- ŞƏRHLƏR