Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı ildə Vedi kəndində anadan olub. Anasının köməyi ilə 1894-cü ildə iki illik rus-tatar (Azərbaycan) məktəbində mühəndislik oxumuş.Lakin El Qəhrəmanı Abbasqulubəy maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir. 1918-ci ilin əvvəllərində Naxçıvan, Irəvan, Dərələyəz, Zəngəzur və b. ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək “Qırmızı tabor”u təşkil etmişdi.
Hər zaman qəhrəman kimi döyüşlərdə iştirak etmişdir.
Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski Aslan Sultanın nəvəsidir.
1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağır idi. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Xalq Qəhrəmanı Abbasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə Azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub.
Abbasqulu bəy xasiyyətcə bir az sərt və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə hər işlərinə yarayan bir insan olub.
Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abbasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abbasqulunun ətrafında, Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar il yarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar. Bu nəsil Azərbaycana qəhrəman oğullar, tanınmış ziyalılar verib. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları (İrəvan quberniyası)nın (Vedibasar mahalı)nda Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında (İrəvan)a köçüblər.
Abbasqulu bəy Şadlinski 1930-cu il Fevral ayında «Qaratorpaq» deyilən yerdə ermənlər tərəfindən öldürülüb. Abbasqulu bəy başının dəstəsilə gəlirmiş. Deyilən yerə çatanda görüb ki, yolun bir tərəfində ermənilər pusqu qurub, o biri tərəfdə isə onun gəlişini ermənilərə xəbər verən satqınlar. Orda atışma olub, Abbasqulu bəy, Xəlil və başqa bir nəfər vurulandan sonra sıldırım qayadan uçuruma yuvarlanıblar. Nə qədər ki, müsəlmanlar orda yaşayırdı, həmin uçurumun yanından keçən bütün maşınlar dayanardı, dağdan gələnlər də, dağa gedənlər də həmin yerə gül atardılar.
Nəsibə İsrafil qızı Abbasqulu bəy Şadlinskiyə yazdığı poemadan bir sətir
Abbasqulu Bəyin ölümünə
Ay ellər, obalar, dərdimi bilib,
Çiçəklər ağladı, güllər ağladı.
Bəd xəbər yayıldı -bəy oğlu ölüb,
Bəyin ölümünə dillər ağladı.
Daha tapammarıq dərdə çaranı,
Kimlər sarıyacaq qanlı yaranı.
Bu bayram yenə də geyib qaranı,
Bəyin ölümünə illər ağladı.
Ömrünü, gününü fəda eylədi,
“Millətçün, qeyrətçün” ölləm,- söylədi.
Getdi, arxasınca göylər göynədi,
Bəyin ölümünə sellər ağladı.
Bir məktəb yaratdı özülü özü,
Yarımçıq kəsildi ağzında sözü.
Arxadan vurdular, görmədi gözü,
Bəyin ölümünə yellər ağladı.
Qıymadı budağa ürkək qonana,
Hörmətlə yanaşdı haqqı qanana,
Dedi vurulmuşam nazlı sonana,
Bəyin ölümünə göllər ağladı.
Utandı dərələr, bağçalar, bağlar,
Sanki qürurunu itirdi dağlar.
Bir də çətin dönə o xoşbəxt çağlar,
Bəyin ölümünə yollar ağladı.
Namusu, şərəfi, ərliyi qaldı,
Kişiyə xas olan mərdliyi qaldı,
Baxışı, duruşu, sərtliyi qaldı,
Bəyin ölümünə ellər ağladı.
Fərman Kərimzadənin yazdığı roman “Qarlı Aşırım” və onun süjeti əsasında çəkilən “Axırıncı aşırım” Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Bu filimdə Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir. Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.Mən fəxr edirəmki, Azərbaycanın Xalq Qəhrəmanı Abbasqulu bəy Şadlinski kimi ulu babam olub!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda bayram tədbirlərinin ÜNVANLARI
Professor İlham Rəhimovun kitabı təqdim olunub
Xiyar salatı (foto resept)
Bəsdir oturdun: işçiləri ayaq üstə işləyən ofis
Ermənilər cəbhəyə yerləşdirmək üçün kamera düzəltdilər
Doğumdan sonra edilməsi lazım olanlar
Mobil telefon savadsızlığa qarşı
Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin növbəti mübadiləsi baş tutub
Bakıya düman gələcək, külək əsəcək
HAVA necə olacaq?- 9 MART
Süd qaymağı maskası
Geni dəyişdirilmiş uşaqlar doğulub
ATƏT nazirləri Azərbaycan və Ermənistan arasında ikitərəfli dialoqu bəyəniblər
Çin süni Ay hazırlayır-FOTO
Britni Spirs sənətdən gedir
Qubalıların zəfər sevinci - VİDEO
Cem Yılmaz ilə 2 milyon qazanır
2020-ci ilin bürclər üzrə PROQNOZU
Pensiyaçıların nəzərinə!
İdman geyimləri
Brusketta
Putin Don çayına qan axıdır
Heydər Əliyev Mərkəzində ümummilli liderin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib
"Qarabağ" Salvador millisinin üzvünü istəyir
Gələn həftəsonu da evdən çıxmaq qadağan olacaq? - RƏSMİ AÇIQLAMA
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı
“Nuhun gəmisi” yenidən qurulur
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Conni Deppin keçmiş xanımından ETİRAF
Atəşi kəsilməyən atəşkəs sazişindən 20 il ötür
Mavi gözlü şəxsiyyət testi
Bakının yaşıllıq ərazisi artırılacaq
Bəşər Əsəd dürüstlük testindən keçdi
Analar, siz səhv bilirdiniz?
Pendirli, ispanaqlı makaron (foto resept)
Təhlükəli kosmetik məhsullar
Qadın.Netlilər 2013-cü ili necə keçirib? (2)
Günün ulduz falı - 27.12.2013
BÜRCLƏR bizə nə vəd edir? -15 İyun
Tramp əhalinin 98 %-ni vergidən azad edir
İnsan burnu, bir trilyon qoxunu qəbul edə bilir
Cəbhədə gərgin vəziyyət
Bakı metrosunda tətbiq olunacaq QAYDALAR - VİDEO
Dəbdən düşmüş ev dekorasiyası
Disney qəhrəmanları real həyatda
"Dərs vaxtı"nın 22 sentyabr cədvəli AÇIQLANDI
500 kq-lıq qadını müalicəyə yolladılar - Yük təyyarəsiylə - Foto
Qan tərsinə dövran edəndə...
"Rusiya Azərbaycan və Türkiyəyə açıq mesaj verir"
Körpəniz də musiqi dinləsin















- ŞƏRHLƏR