Qadin.NET / Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski

Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski

Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski

   Xalq Qəhrəmanı Abbasqulu Bəy Şadlinski Azərbaycan tarixində mühüm işləri ilə yadda qalan, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş tanınmış nəsillər olub. Həmin nəsilləri bu gün də insanlar böyük hörmət və ehtiramla xatırlayır. Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 1886-cı ildə Vedi kəndində  anadan olub. Anasının köməyi ilə 1894-cü ildə iki illik rus-tatar (Azərbaycan) məktəbində mühəndislik oxumuş.Lakin El Qəhrəmanı Abbasqulubəy maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdir. 1918-ci ilin əvvəllərində Naxçıvan, Irəvan, Dərələyəz, Zəngəzur və b. ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi - gələcək “Qırmızı tabor”u təşkil etmişdi.
Hər zaman qəhrəman kimi döyüşlərdə iştirak etmişdir.
   Vedibasar elinin böyük oğlu, xalq qəhrəmanı, ermənilərə qarşı mübarizədə ad çıxarmış Abasqulu bəy Şadlinski Aslan Sultanın nəvəsidir.
     1918-1920-ci illər Vedi rayonunda vəziyyət ağır idi. Hər həftə Vediyə daşnakların silahlı basqını olurdu. Xalq Qəhrəmanı Abbasqulu bəy Şadlinskinin silahlı mübarizə dəstəsinin müşayiəti altında minlərlə Azərbaycanlı ailəsi daşnakların qırğınlarından xilas olub.              

   Abbasqulu bəy xasiyyətcə bir az sərt və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə hər işlərinə yarayan bir insan olub.                                                                

   Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı qırğınlara başlayanda Abbasqulu bəyin başçılığı ilə Vedibasarda böyük silahlı dəstə yaradıldı. O, camaatı başına yığıb ermənilərə qarşı mübarizəyə başladı. Abbasqulunun ətrafında,  Bilas Şadlinski, Nəsrulla bəy Şadlinski, Xəlil bəy, Mehdi bəy, Mirzə Təhmasib var idi. Onlar il yarım ərzində torpaqlarımızı ermənilərdən qoruyublar.                   Bu nəsil Azərbaycana qəhrəman oğullar, tanınmış ziyalılar verib. Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Yaşadıqları (İrəvan quberniyası)nın (Vedibasar mahalı)nda Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında (İrəvan)a köçüblər.

   Abbasqulu bəy Şadlinski 1930-cu il Fevral ayında «Qaratorpaq» deyilən yerdə ermənlər tərəfindən öldürülüb. Abbasqulu bəy başının dəstəsilə gəlirmiş. Deyilən yerə çatanda görüb ki, yolun bir tərəfində ermənilər pusqu qurub, o biri tərəfdə isə onun gəlişini ermənilərə xəbər verən satqınlar. Orda atışma olub, Abbasqulu bəy, Xəlil və başqa bir nəfər vurulandan sonra sıldırım qayadan uçuruma yuvarlanıblar. Nə qədər ki, müsəlmanlar orda yaşayırdı, həmin uçurumun yanından keçən bütün maşınlar dayanardı, dağdan gələnlər də, dağa  gedənlər də həmin yerə gül atardılar.                                           

Nəsibə İsrafil qızı  Abbasqulu bəy Şadlinskiyə yazdığı poemadan bir sətir   

Abbasqulu Bəyin ölümünə
Ay ellər, obalar, dərdimi bilib,
Çiçəklər ağladı, güllər ağladı.
Bəd xəbər yayıldı -bəy oğlu ölüb,
Bəyin ölümünə dillər ağladı.

Daha tapammarıq dərdə çaranı,
Kimlər sarıyacaq qanlı yaranı.
Bu bayram yenə də geyib qaranı,
Bəyin ölümünə illər ağladı.

Ömrünü, gününü fəda eylədi,
“Millətçün, qeyrətçün” ölləm,- söylədi.
Getdi, arxasınca göylər göynədi,
Bəyin ölümünə sellər ağladı.

Bir məktəb yaratdı özülü özü,
Yarımçıq kəsildi ağzında sözü.
Arxadan vurdular, görmədi gözü,
Bəyin ölümünə yellər ağladı.

Qıymadı budağa ürkək qonana,
Hörmətlə yanaşdı haqqı qanana,
Dedi vurulmuşam nazlı sonana,
Bəyin ölümünə göllər ağladı.

Utandı dərələr, bağçalar, bağlar,
Sanki qürurunu itirdi dağlar.
Bir də çətin dönə o xoşbəxt çağlar,
Bəyin ölümünə yollar ağladı.

Namusu, şərəfi, ərliyi qaldı,
Kişiyə xas olan mərdliyi qaldı,
Baxışı, duruşu, sərtliyi qaldı,
              Bəyin ölümünə ellər ağladı.              

     Fərman Kərimzadənin yazdığı roman “Qarlı Aşırım” və onun süjeti əsasında çəkilən “Axırıncı aşırım”  Kino əsərindəki dramatik hadisələr Azərbaycanın dağ kəndlərinin birində sovet hakimiyyəti qurulduğu ilk illərdə baş verir. Bu filimdə Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir. Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır.Mən fəxr edirəmki, Azərbaycanın Xalq Qəhrəmanı Abbasqulu bəy Şadlinski kimi ulu babam olub!  

13 fevral 2013
GO BACK