Giriş
Bağla

Lobya şorbası (foto-resept)

MƏTBƏX / Duru yeməklər

 

Tərkibi:

2 st quru lobya

2 ədəd baş soğan

2 y/q kərə yağı 

1 y/q pomidor tomatı

1 y/q bibər tomatı 

5 st qaynadılmış su

Zövqə görə istəsəniz servis edərkən üzərinə keşniş doğraya bilərsiniz.

 

Hazırlanması:

Quru lobyanı axşamdan təmizləyib, yaxşıca yuyub isti suda islağa qoyuruq. Səhər isə suda tam bişənə qədər bişiririk. Soğanı xırda doğrayıb, yağda üzərinə duz, istiot əlavə edib qızarana qədər qovururuq.

 

Lobya şorbası (foto-resept)

 

Sonra tomatları əlavə edib 2-3 dəqiqə dadı çıxana qədər qarışdırıb suyu əlavə edirik. Su qaynayanda lobyanı əlavə edirik. Zövqə görə duz da qoyuruq. Bişdikdə isə üzərinə istiot əlavə edirik.

 

Lobya şorbası (foto-resept)

 



Şərhlər (1)

Halima Halima 8 April 2019 13:50 Cavab yaz

Turklerde gormusem bunu men gozune duyu vururam

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика