Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir.
Qadin.Net bildirir ki, mövzu ilə bağlı ailem.az-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: "Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər".
Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.
A. İsmayılzadə qeyd edir ki, yod uşaqda allergiyaya da səbəb ola bilər: "Ona görə ilk istifadə dirsək büküşünün içəri səthinə çəkilməlidir. Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dövranına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə, yod çəkmək olmaz. Çünki bu, onların dərisində yanıq törədər. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərməməsi səbəbindən məsləhət deyil. Yod ürək nahiyəsinə çəkilməməlidir. Burada maddənin dəridən sovrularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var".
Pediatr söyləyir ki, yodu aşağıdakı qaydada istifadə etmək lazımdır: "Dəridə yaralar ucun 10 faizli yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1 faizli yod məhlulu tövsiyə edilir. Bir sözlə, yoddan necə gəldi istifadə etmək olmaz. Xüsusilə də uşaqlara yod çəkən zaman ehtiyatlı olmaq lazımdır".
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək