Giriş
Bağla

Brokolili orecchiette (foto resept)

MƏTBƏX / Quru yeməklər

 

Tərkibi:

500 qram brokoli

250 qram orecchiette makaron

1 diş sarımsaq

2 ç/q kapari (toxum)

1/2 ç/q qırmızı istiot (toz halında)

Qızartmaq üçün zeytun yağı

Parmezan peniri

Duz, istiot 

 

Hazırlanması:

Brokolini yarpaqlarından ayırıb, kəsin. Sarımsağı doğrayın.

 

Brokolili orecchiette (foto resept)

 

 

Qazana su və duz əlavə edib qaynadın. Sonra brokoli çubuqlarını əlavə edib 1-2 dəqiqə bişirin.

 

Brokolili orecchiette (foto resept)

 

 

Qazana orecchiette makoronunu əlavə edin. 8-10 dəqiqə bişirin sonra brokolinin güllərini əlavə edib 1-2 dəqiqə bişirin. Makaron və brokoli çubuqlarını süzün.

 

Brokolili orecchiette (foto resept)

 

 

Tavaya zeytun yağı əlavə edin və sarımsaqları qovurun.

 

Brokolili orecchiette (foto resept)

 

 

Makaron və brokoliləri sarımsağın üzərinə əlavə edin 2-3 dəqiqə qovurun.

 

Brokolili orecchiette (foto resept)

 

 

Üzərinə qırmızı istiot, duz, kapari toxumu, istiot və parmezan pendiri əlavə edib servis edin.

 

Brokolili orecchiette (foto resept)

 

 

Nuş olsun!



Şərhlər (1)

Milana.M Milana.M 2 September 2017 10:38 Cavab yaz

Dadlı görünüşü var, doyumlu tərkibi. Resept üçün təşəkkür edirəm

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика