Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamın icrasına başlanılıb.Trend-in məlumatına görə, Prezidentin imzaladığı əvf sərəncamına əsasən, bu gün səhər 6 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər məhkum azadlığa buraxılıb.
Onlardan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən, 9 illik azadlıqdan məhkum edilmiş, onun 5 il 10 aylıq hissəsinin cəzasını çəkmiş Quliyev Şirməmməd Məmməd oğlu əfv olunduğuna görə İlham Əliyevə təşəkkürünü bildirib: “Bayram günündə bizi ailəmizə qovuşdurduğuna görə Prezidentə minnətdarlıq edirik. Buradan çıxan kimi ailəmizin yanına gedəcəyik. Çalışacağıq ki, bir daha səhvlərə yol verməyək”.
Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə 7 il azadlıqdan məhrum edilmiş Sarıyev İman Hacı oğlu da Prezident İlham Əliyevə minnətdarlıq edib: “Bundan sonra qanunazidd əməllər törətməyəcəyəm. Bu səhvimi bir daha təkrarlamayacağam. Buradan çıxandan sonra işləmək, ailəmizi dolandırmaq lazımdır. Bunun üçün çalışacağam”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İdarə rəisi Musa Hümbətov bildirib ki, bu, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış sayca 3-cü əfv sərəncamıdır. Bu sərəncamlar nəticəsində 300-dən çox məhkum əfv olunub.
Sonuncu sərəncama əsasən isə 87 nəfər əfv edilib ki onların da biri Türkiyə vətəndaşıdır. Əfv edilənlərin ikisi qadındır. M.Hümbətov deyib ki, əfv edilənlərdən 79 nəfəri azadlıqdan məhrum etmə cəzasından, 3 nəfər islah işlərindən, 5 nəfər isə cərimələrdən azad edilib.
Trend-in məlumatına görə, əfv olunanlar arasında “Nida” Vətəndaş Hərəkatının iki üzvü - Üzeyir Məmmədli və Zaur Qurbanlı, jurnalistlər - Əvəz Zeynalov və Sərdar Əliyev, vəkil Qurban Məmmədov da var.
Sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
"Instagram"da 3 yeni funksiya
Kişilər üçün üz maskaları
Toyuq ətli salat (foto resept)
Avtomobil idxalı azalıb
"DUMANLI GÖZLƏR" MAKİYAJININ FOTODƏRSİ(2)
Qeyri-adi əşyalar
Bu müalicə beyni dağıdır
NASA tarixin ən nadir FOTOsunu yaydı
Google robot şirkəti aldı
Bakıda çoxdan gözlənilən yenilik
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Cüdoçularımız "Qran-Pri"nin ilk günü iki medal qazanıb
Aleyna Tilki dondurma reklamında
Putin Qarabağı bizə qaytarır
Robot kreslo növbəyə nəzarət edəcək
Kıvanç və Beren eyni serialda - FOTO
Münasibətə ziyan vuran vərdişlər
Məşhur aktyorun beşinci övladı öldü- FOTO
Kök və kök şirəsinin 10 faydası
Narahatlıq yaradan əşyalar
Günün qoroskopu: rasionunuzda ciddi dəyişikliklər etməyin
Azərbaycanda qəbir qadağası
Fahriyedən Buraka 16 minlik hədiyyə
Qışda yeyilməsi lazım olan ərzaqlar
Məsud Bərzanidən Türkiyə etirafı
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
2020-ci ildə Yer kürəsində..
Qadın olduğuna inanırsınızmı?
Soyaya tələbat niyə artır?
Koronavirus şahzadə Harri ilə Meqan Marklı ayrılıq təhlükəsi ilə üzləşdirdi
Şəhid atasından qürurverici sözlər - VİDEO
Karamelli tart (foto resept)
Bu gün nə bişirim?
Hardasan ay Cəbiş müəllim?!
Azərbaycanın bir gündə 8 medal qazandığı yarış
Prezident ailəsində xoş gün
Dünyanın ən çoС… qazanan klubları
Göz allergiyası və səbəbləri
Ziyafət geyimləri-1
Mən şəkil çəkirəm (dərs 8)
Unutqanlığın səbəbləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Televiziyalara bu reklamlarla bağlı xəbərdarlıq edildi
Almanlar ispanları darmadağın etdi, yığmamız xorvatlara uduzdu
İtalyan üsulu makaron (foto resept)
Həcci dərk edən və etməyənlərə
Goranboyda qədim dövrə aid əşyalar tapıldı
Viktor Hüqonun yeni əsəri tapıldı
Əsgərimiz şəhid oldu, 3 düşmən məhv edildi
Tailand kralı Azərbaycan prezidentini təbrik edib
- ŞƏRHLƏR