Giriş
Bağla

Ərəb mədəniyyəti-2

Həyat tərzi / Səyahət

Ərəb mədəniyyəti-2

Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı. XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir ərəb mədəniyyətinin təşəkkülü başlayır. Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də əlavə olundu. Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı. Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm rolu olmuşdur. 

Ərəb mədəniyyəti-2

Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafı başlandı. Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər.Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s. mineralogiyaya dair əsərlər yazdılar. Biruninin “Məsudun qanunu”, “Mineralogiya” və İbn Sinanın “Bilik kitabı”-da atmosfer fizikasına və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin “Optika” əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı. Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın "Tibb elminin qanunu" orta əsr Şərq aləmində və Qərbi Avropada uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur.

Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.

Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin, İmrəul-Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir. Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur. 

Ərəb mədəniyyəti-2

İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafında Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi. Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus idi. 

Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın “qızıl dövrü” adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün tələbinə uyğun olaraq yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli idi. Ancaq bu poeziyanın inkişafında Azərbaycan şairlərindən İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur. Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır.

İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika, cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi mədəniyyətinin inkişafında mühüm rol oynadı. Belə ki, yunan musiqi nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı, əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi, əsasən vokal musiqisi ilə təmsil olunur.

Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur.

Sədaqət Məmmədova



Şərhlər (16)

Sadəcə Azər Sadəcə Azər 9 May 2015 23:30 Cavab yaz

Fatma xanım
Qadına düşkün olublar.Tebii hal deyilmi
Ayka_m_ova Ayka_m_ova 27 September 2014 21:00 Cavab yaz

Təşəkkürlər give_ros
ruzigar ruzigar 20 September 2014 18:54 Cavab yaz

Xəbərə görə çox sağ ol Aida.
Maraqla oxudum,özüm üçün yeni-yeni məlumatlar öyrəndim.Qəsidə janrının nümayəndələrinin əsərlərindən ibarət olan külliyyat,Biruni,ibn Sina,Heysəmin ərəb mədəniyyətinə verdiyi töhfələr bu günümüzə qədər gəlib çıxmışdır
Fatma Fatma 19 September 2014 14:30 Cavab yaz

Qadına düşkün olublar.Tebii hal deyilmi
girl_1999,gunka girl_1999,gunka 19 September 2014 01:04 Cavab yaz

Ərəb medeniyyeti ile tanis tediyiniz ucun tesekkurler
aysun2013 aysun2013 18 September 2014 21:13 Cavab yaz

Cox maraqlidi xarici olkelerin medeniyyeti
imp imp 18 September 2014 19:43 Cavab yaz

Ərəblərin dünyaya böyük töhvələri olub.Gözəl xəbərdir.Təşəkkürlər
qeribe qeribe 18 September 2014 18:17 Cavab yaz

Təşəkkür edirəm.
nezis nezis 18 September 2014 17:51 Cavab yaz

Her zaman ki kimi cox maraqla oxudum tesekkur edirem bilmediklerimi oyrendim girl_smi
Milana.M Milana.M 18 September 2014 16:05 Cavab yaz

Ömər Xəyyam və İbn Sina kimi dahilər elmin inkişafında və Qərbə qədər yayılmasında mühüm rol oynasalar da, şəraba və qadına düşkün olublar.

Düzdür, Bu barədə bir rəssamın əl işində rastladım.

Çox maraqla oxudum Aida. Ərəb mədəniyyəti nəinki Şərqin, hətta qərbin də diqqətindən yayınmır.
Ceylan Mumoglu Ceylan Mumoglu 18 September 2014 15:52 Cavab yaz

Adları çəkilənlər arasında Ömər Xəyyam və İbn Sina kimi dahilər elmin inkişafında və Qərbə qədər yayılmasında mühüm rol oynasalar da, şəraba və qadına düşkün olublar.
Ayka_m_ova Ayka_m_ova 18 September 2014 15:42 Cavab yaz

ŞəriВ Babayeva
kiss
ElladaВ Babayeva,
air_kiss
Dəniz84,
Təşəkkür air_kiss
mira-kerim,
Hər yerin mənfisi müsbəti var çünki insanıq təşəkkürlər give_ros
raya-23 raya-23 18 September 2014 15:07 Cavab yaz

Ereblerin medeniyeti zengin olsada amma menfi medeniyyetleride var.. feel
Deniz84 Deniz84 18 September 2014 14:33 Cavab yaz

Sayəndə dünya ölkələrinin mədəniyyəti ilə tanış oluruq. Təşəkkürlər.
Ellada84 Ellada84 18 September 2014 14:25 Cavab yaz

Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini şifahi xalq yaradıcılığından götürmüşdür. İslama qədər yaradılmış ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.

Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur.

diablo
Shari Shari 18 September 2014 14:06 Cavab yaz

7 pərdəli 12 məqama əsaslanan ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi, əsasən vokal musiqisi ilə təmsil olunur.
Maraqlıdı scratch_ Təşəkkür give_ros

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика