Giriş
Bağla

Dünyadakı 10 müqəddəs yer

MÜXTƏLİF / Səyahət

Dünya tarixi boyunca fərqli inancların, fərqli bölgələrdə müqəddəs saydıqları bir çox yerlər var. İçində təbiət möcüzələri və insanlar tərəfindən inşa edilmiş strukturlar olan müqəddəs yerlər arasından 10-nun siyahısını sizlərə təqdim edirik.

Dünyadakı 10 müqəddəs yer
Qüds
Qüds tarix boyunca müsəlmanların, xristianların və yəhudilərin sahib olmaq üçün döyüşdükləri, üç din içində müqəddəs sayılan bir yerdir. Məscid-i Əqsa və Ağlama divarı ən məşhur yerlərindəndir.
Dünyadakı 10 müqəddəs yer
Məkkə
Məkkə Hz. Məhəmmədin (s.a.s) doğulduğu və Quran-i Kərimin nazil edildiyi yerdir. Hər il milyonlarla müsəlman Kəbənin ətrafını təvaf edib hacı olmaq üçün buraya gəlir.
Dünyadakı 10 müqəddəs yer
Vatikan
Papanın şəhəri, katoliklərin müqəddəs dövlətidir. İtalyanın içində hətta Romanın içində tam fərqli bir dövlətdir. 100 nəfərlik ordusunu tamamilə isveçrəli və katoliklər meydana gətirir.
Dünyadakı 10 müqəddəs yer
Kaylas dağı
Tibetdə olan bu dağ buddistlər, hindular, jainlər və bönlər üçün müqəddəs sayılır. Bura hacı olmağa gəlirlər və bu səfər 3 həftə davam edir. Şivanın evi kimi qəbul edilir. Dağın Asiyanın ən əhəmiyyətli çaylarından dördünün qaynağı olması da müqəddəsliyin bir başqa səbəbidir.
Dünyadakı 10 müqəddəs yer
Bodh Gaya
Bura Hindistanın ən müqəddəs yerlərindən biridir. Budda buradakı Bodhi ağacının altında meditasiya edərkən nirvanaya çatmışdır. Mahabodhi monastrı da bu bölgədədir.
Dünyadakı 10 müqəddəs yer
Sultan Əhməd məscidi
43 metr yüksəkliyində olan Sultan Əhməd məscidi ilk 6 minarəli məsciddir. Məscidin bəzənməsində daha çox mavi rəngdən istifadə edildiyi üçün xaricdə "Mavi məscid" kimi tanınır. Memar Sədəfkar Mehmet Ağa tərəfindən inşa edilən bu məscid içindəki bədii gözəllikləri də özündən əks etdirir.
Dünyadakı 10 müqəddəs yer
Notr Dam kilsəsi
Viktor Hüqonun "Paris Notr Dam kilsəsi" əsəriylə məhşurlaşsa da, kilsə həm arxitekturasıyla, həm də tarixiylə maraq çəkən bir yerdir. Katoliklər tərəfindən dini məqsədlər üçün istifadə edilir.
Dünyadakı 10 müqəddəs yer
Varanasi
Tanrı Şivanın şəhəridir. İnsanlar bura ölülərini yandırmağa, ayinlərdə iştirak etməyə və günahlarından təmizlənmək üçün yuyunmağa gəlirlər. Hindlilər üçün ölməyə gələcəkləri qədər müqəddəs bir yerdir.
Dünyadakı 10 müqəddəs yer
 Afon dağı
Yunanıstanda olan Afon dağı müqəddəs yer sayılır. Məryəm Anaya tanrı tərəfindən hədiyyə edilməsiylə başlayan dağın müqəddəsliyi dağa 20 monastır inşa edilməsiylə davam etmişdir. Dağdakı 20 monastırda yaşayan din adamları arasında heç bir qadın yoxdur, çünki oraya qadınların girməsi qəti qadağandır.
Dünyadakı 10 müqəddəs yer
Uluru - Ayers qayalığı
Aborigenlər üçün müqəddəs olan Uluru Avstraliyanın tam ortasında yerləşir. Aborigenlərin Uluru olaraq adlandırdıqları bu qayanın hal-hazırda istifadə edilən adı isə Ayers qayalığıdır. Gün ərzində günəşin mövqeyinə görə rəngi dəyişir, xüsusilə günəş batarkən aldığı qırmızı rəng çox gözəl görünür.


Şərhlər (31)

Sadəcə Azər Sadəcə Azər 24 June 2015 00:57 Cavab yaz

Allah her kese nesib etsin gedib gormeyi

Amin.
Pervane01 Pervane01 23 June 2015 18:27 Cavab yaz

Allah her kese nesib etsin gedib gormeyi
virtual dərslər virtual dərslər 7 April 2015 14:25 Cavab yaz

Bu yerler insanlarin en cox axisdigi yerlerdi.Allah bizede nesib etsin
rana969 rana969 18 February 2015 01:33 Cavab yaz

Werhleriniz ucun her birinize cox tewekkur edirem.
Pervane01 Pervane01 28 January 2015 16:27 Cavab yaz

Allah her kese nesib etsin gedib gormeyi
SS,, SS,, 7 January 2015 10:27 Cavab yaz

Məkkə
Məkkə Hz. Məhəmmədin (s.a.s)
doğulduğu və Quran-i Kərimin
nazil edildiyi yerdir. Hər il
milyonlarla müsəlman Kəbənin
ətrafını təvaf edib hacı olmaq üçün
buraya gəlir.
zuleyxa.aliyeva.10 zuleyxa.aliyeva.10 23 December 2014 20:02 Cavab yaz

Allah hamıya bu yerləri gedib görməyi nəsib etsin,amin
AYKAWIRINKA AYKAWIRINKA 28 November 2014 16:15 Cavab yaz

Müqəddəs abidələrin bəziləri haqqında məlumatım artdı. TəşəkkürLəR
Ryos Ryos 22 November 2014 11:28 Cavab yaz

Allah her kese nesib etsin gedib gormeyi.Gozel maraqli xebere gore coxsaqol canim give_ros
bayramova.aydan bayramova.aydan 5 August 2014 14:42 Cavab yaz

Men de gedib bu yerleri görmek isteyerdimmm,aaa...aaahh.Çox maraqlı melumatlardı,sağ olun! :)
gozel eliyeva gozel eliyeva 5 August 2014 13:26 Cavab yaz

Sultan Ahmet Mescidinde ve Mekkede olmusam dance1
lemaskam lemaskam 21 July 2014 14:16 Cavab yaz

Çox gozel yerlerdi getmek isterdim mende cox saolun xebere gore
ruzigar ruzigar 15 July 2014 12:11 Cavab yaz

Sabahiniz xeyi

Hər vaxtınız xeyir olsun,bacım.Xoş gəldiniz.
En boyuk arzum KEBENI,bir de Sultan Ahmed camisini gormekdi

inşaAllah arzuna çatasan canım bacım Amin.
Xəbərə görə çox sağ ol,Narınım.
QADIN.AZERI QADIN.AZERI 15 July 2014 12:04 Cavab yaz

En boyuk arzum KEBENI,bir de Sultan Ahmed camisini gormekdi
Songul Songul 15 July 2014 10:32 Cavab yaz

Narın, baxır kimin üçün müqəddəs yerdir də. Məkkədə, Mədinədə və Qüdsdə olmaq istərdim. Xəbərə görə təşəkkür edirəm.
zehra 2013 zehra 2013 15 July 2014 09:44 Cavab yaz

Sabahiniz xeyir cox gozel yerlerdei Allah bizede qismet elesin bele yerlere getmeyi esasda Mekkeye AMMIIIN
qeribe qeribe 15 July 2014 09:31 Cavab yaz

Canim cox gozel yerlerdi.Allah hamıya bu yerləri gedib görməyi nəsib etsin,gedib gormeyi,maraqlı xəbərdir,təşəkkür Narınım. give_ros
Deniz84 Deniz84 15 July 2014 02:18 Cavab yaz

Həmişəki kimi maraqlı xəbərdir Narinim. Məlumatım var idi bu yerər haqda. Sayəndə daha yaxından tanıdım)
lemo.lemo lemo.lemo 15 July 2014 02:15 Cavab yaz

Nə gözəl maraqlı xəbərdir,təşəkkür Narınım
NIGAR82 NIGAR82 15 July 2014 01:10 Cavab yaz

Cox tewekkur edirem,Narin xanim,bizi bele yerlerle taniw etdiyinizcun give_ros
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика