Qadin.NET / Dünyadakı 10 müqəddəs yer

Dünyadakı 10 müqəddəs yer

Dünya tarixi boyunca fərqli inancların, fərqli bölgələrdə müqəddəs saydıqları bir çox yerlər var. İçində təbiət möcüzələri və insanlar tərəfindən inşa edilmiş strukturlar olan müqəddəs yerlər arasından 10-nun siyahısını sizlərə təqdim edirik.

Dünyadakı 10 müqəddəs yer
Qüds
Qüds tarix boyunca müsəlmanların, xristianların və yəhudilərin sahib olmaq üçün döyüşdükləri, üç din içində müqəddəs sayılan bir yerdir. Məscid-i Əqsa və Ağlama divarı ən məşhur yerlərindəndir.
Dünyadakı 10 müqəddəs yer
Məkkə
Məkkə Hz. Məhəmmədin (s.a.s) doğulduğu və Quran-i Kərimin nazil edildiyi yerdir. Hər il milyonlarla müsəlman Kəbənin ətrafını təvaf edib hacı olmaq üçün buraya gəlir.
Dünyadakı 10 müqəddəs yer
Vatikan
Papanın şəhəri, katoliklərin müqəddəs dövlətidir. İtalyanın içində hətta Romanın içində tam fərqli bir dövlətdir. 100 nəfərlik ordusunu tamamilə isveçrəli və katoliklər meydana gətirir.
Dünyadakı 10 müqəddəs yer
Kaylas dağı
Tibetdə olan bu dağ buddistlər, hindular, jainlər və bönlər üçün müqəddəs sayılır. Bura hacı olmağa gəlirlər və bu səfər 3 həftə davam edir. Şivanın evi kimi qəbul edilir. Dağın Asiyanın ən əhəmiyyətli çaylarından dördünün qaynağı olması da müqəddəsliyin bir başqa səbəbidir.
Dünyadakı 10 müqəddəs yer
Bodh Gaya
Bura Hindistanın ən müqəddəs yerlərindən biridir. Budda buradakı Bodhi ağacının altında meditasiya edərkən nirvanaya çatmışdır. Mahabodhi monastrı da bu bölgədədir.
Dünyadakı 10 müqəddəs yer
Sultan Əhməd məscidi
43 metr yüksəkliyində olan Sultan Əhməd məscidi ilk 6 minarəli məsciddir. Məscidin bəzənməsində daha çox mavi rəngdən istifadə edildiyi üçün xaricdə "Mavi məscid" kimi tanınır. Memar Sədəfkar Mehmet Ağa tərəfindən inşa edilən bu məscid içindəki bədii gözəllikləri də özündən əks etdirir.
Dünyadakı 10 müqəddəs yer
Notr Dam kilsəsi
Viktor Hüqonun "Paris Notr Dam kilsəsi" əsəriylə məhşurlaşsa da, kilsə həm arxitekturasıyla, həm də tarixiylə maraq çəkən bir yerdir. Katoliklər tərəfindən dini məqsədlər üçün istifadə edilir.
Dünyadakı 10 müqəddəs yer
Varanasi
Tanrı Şivanın şəhəridir. İnsanlar bura ölülərini yandırmağa, ayinlərdə iştirak etməyə və günahlarından təmizlənmək üçün yuyunmağa gəlirlər. Hindlilər üçün ölməyə gələcəkləri qədər müqəddəs bir yerdir.
Dünyadakı 10 müqəddəs yer
 Afon dağı
Yunanıstanda olan Afon dağı müqəddəs yer sayılır. Məryəm Anaya tanrı tərəfindən hədiyyə edilməsiylə başlayan dağın müqəddəsliyi dağa 20 monastır inşa edilməsiylə davam etmişdir. Dağdakı 20 monastırda yaşayan din adamları arasında heç bir qadın yoxdur, çünki oraya qadınların girməsi qəti qadağandır.
Dünyadakı 10 müqəddəs yer
Uluru - Ayers qayalığı
Aborigenlər üçün müqəddəs olan Uluru Avstraliyanın tam ortasında yerləşir. Aborigenlərin Uluru olaraq adlandırdıqları bu qayanın hal-hazırda istifadə edilən adı isə Ayers qayalığıdır. Gün ərzində günəşin mövqeyinə görə rəngi dəyişir, xüsusilə günəş batarkən aldığı qırmızı rəng çox gözəl görünür.
14 iyul 2014
GO BACK