Giriş
Bağla

Körpələr və dəniz

Hamiləlik və analıq / Körpə və ona qulluq

 Körpələr və dəniz

1-yaşına qədər uşaqlara mavi dənizin duzlu sularında çimmək və günəş şüası qəbul etmək olar?

Və bu zaman körpəyə necə qulluq etmək lazımdır?  Bunu sualların cavabını öyrənmək üçün uşaq həkimi və dermotoloqlarının bu barədə dediklərini araşdırdıq. 6 ayından 1yaşa qədər uşaqların dərisi anadan olduğu gün kimi nazik və köməksiz olmur, ancaq böyük insanların dərisi kimi də ətrafdakı ziyanlı maddələr üçün dözümlü də olmur. 6 ayına qədər körpələrimizi dəniz suyuna salmışıqsa evə gətirdikdən sonra hər gün çimizdirməliyik. Dənizdən gəldikdən sonra körpənizi çimizdirərkən maçalkadan və başqa maddələrdən istifadə etməyin. Sadəcə əlinizə bir qədər şampun tökün və körpənizin bədəninə çəkin. Körpənizə istifadə etdiyiniz şampun və bədən üçün gellər antialerqiya və spirtsiz olmalıdır. Sağlam körpə bədəni yalnız yuyulmağa ehtiyac duyur. Şampunu 10 gündə bir dəfə körpənizin başına istifadə edin. Bədən gelindən isə yalnız həftədə bir dəfə istifadə edə bilərsiniz. Çünki bu cür maddələr körpənin zərif dərisini zədələyə bilər. Adi su ilə yumaq daha məsləhətlidir. 

Körpələr və dəniz

Bəs 1 yaşına qədər olan uşaqlara günəşdə nə qədər qalmaq məsləhətdir? Və onların dərisinin qaralması nə dərəcədə məsləhətdir? 

Körpələrdə ultrabənövşəyi şüalanmaya qarşı dərinin qoruyucu reaksiyası yoxdur. Məsələ bundadır ki, körpənin dərisində ona rəng verən melanin piqmenti zəif işləyir.  Bu müdafiə mexanizmi orqanizmdə yalnız tam üç il ərzində formalaşır. Üç yaşadək uşaqlara uşaq dərisinin bu xüsusiyyəti ilə əlaqədar, qaralmaq məsləhət deyil. Çoxlarınız deyəcəksiniz ki, bəs onda körpə D vitaminini günəşdən necə alsın? Bunun üçün 3 yaşına qədər uşaqlar hər hansı ağacın altında, çətirin altında və s. yerdə kölgədə də oynayaraq günəşin bu ultrabənövşəyi şüalarını qəbul edəcək və D vitamini ilə zəngin olacaq.

Körpələr və dəniz

Əgər siz dənizdə istirahət etmək istəyirsinizsə bu zaman  balaca uşaqla çimərlikdə bəzi davranış qaydalarına riayət etmək lazımdır:

*Dəniz kənarına yalnız səhər saat 10- a qədər, axşam isə 17:00-dan sonra getmək lazımdır.

*Mütləq hər hansı kölgədə olmaq lazımdır. Bu fərq etməz ağacın kölgəsi və ya çətirin kölgəsi.

*Körpənizə tez-tez təmiz su verin.

*Çalışın körpənizi dəniz kənarında tam soyundurmayın.

*Körpənin başına mütləq papaq qoyun

*Körpənin açıqda qalan dərisinə günəşdən qorumaq üçün krem çəkin. Bu kremi çölə çıxmamışdan 20-30 dəqiqə öncə çəkin. Və hər 2 saatdan bir təzələyin. Ancaq bu günəşdən qoruyucu kremin mütləq körpə dərisi üçün olmasına diqqət yetirin.

Körpələr və dəniz

*Dənizin duzlu suyunu mütləq şirin su ilə yumaq sonra isə körpəni qupquru silmək lazımdır. Çünki dənizin 1 damcı belə duzlu suyu günəş şüaları qarşısında linza rolunu oynayacaq və bu da körpənizin bədənində yanıqlara səbəb olacaq. 

1 yaşına qədər olan körpə ilə xarici ölkələrə istirahətə getmək olarmı? Əgər olarsa dermatoloqlar bu barədə nə tövsiyə edir?

Bu sualı nənələrimizə versək xorla "yox" deyərdilər. Amma doğurdanmı bu qədər dəhşətli və çətindir? İndi valideynlər daha müasirdirlər və uşaqlarında hər mühitə asanlıqla öyrəşməyini istəyirlər. Həm də körpələr üçün əsas odur ki, anasının qayğısını həmişə hiss etsinlər. Harda olacaqları isə onlar üçün 2-ci dərəcəlidir. Bununla belə həsas uşaqlar üçün yer və hava dəyişməsi ilk günlər çətin olur. Körpənin yeni mühitə öyrəşməsi ən az 7-10 gün çəkir. Ona görə də istirahət günlərinizin ən az bir ay olmasını təmin edin.

Körpələr və dəniz

Bəs uşaqlarla xarici ölkələrdə necə davranmaq lazımdır?

*Əgər körpə ana südü ilə qidalanırsa bu zaman ilk növbədə ananın sağlam qidalanmasını təmin etmək lazımdır.

*Əgər körpəniz süd qarışıqlı yeməklər yeyirsə getməzdən əvvəl həmin qidalardan ehtiyat üçün götürmək lazımdır. Çünki orda bu qidaları tapmamaq ehtimalı ola bilər.

*Körpənin təmizliyi üçün lazım olan bütün ləvazimatları götürün. Buna aptek çantası da daxildir.

* İsti olan ölkələrə isə Sentyabr və Mart ayları getmək daha məqsədə uyğundur.

Körpələr və dəniz

Sonda isə hər kəsə gözəl istirahətlər arzu edirəm. 



Şərhlər (21)

Sadəcə Azər Sadəcə Azər 8 June 2015 00:11 Cavab yaz

Denizlede usaq tanis olmalidir
qeribe qeribe 27 January 2015 20:52 Cavab yaz

Çox gözəl faydalı xəbərdir. Təşəkkürlər
Deniz84 Deniz84 6 December 2014 19:31 Cavab yaz

Menim yoldasimin ise hecarasi yoxdu usaqlari denize aparmaga,sag olsun atam aparir hemise

Dəniz canım bu dəniz baş bəlamdıreeee,Azərbaycanda olanda yoldaşıma gülən olmasa uşaqlarla butun gününü dənizdə keçirəcək,hardasa hər gün 4-5 saat oluruq dənizdə

Baci boyuk oqlum ushaqliqdan Denizi cox sevir

Heyf o cure gozel denizden.Cox heyf..

Hər birinizə fikirlərinizi bildirdiyiniz üçün minətdaram. Tə.əkkürlər xanımlar. give_ros
ayan_ ayan_ 30 June 2014 18:28 Cavab yaz

[quote=42442]
Razıyam Milli sərvətimiz olan Xəzər dənizinin suyunu çox çirkləndiriblər. scratch_
Ryos Ryos 30 June 2014 16:32 Cavab yaz

Baci boyuk oqlum ushaqliqdan Denizi cox sevir .tez tezde gedir bu gune kimi.Amma balacam od vurur mene.Umumiyetle suyu sevmir.Denize getmey gelendede butun binamiz cixir tamashaya.amma xeyirli terefi de coxdu bilirem.Coxsaqol bacim melumatlandirdin.
R.G.AL-SU R.G.AL-SU 30 June 2014 10:44 Cavab yaz

Dəniz canım bu dəniz baş bəlamdıreeee,Azərbaycanda olanda yoldaşıma gülən olmasa uşaqlarla butun gününü dənizdə keçirəcək,hardasa hər gün 4-5 saat oluruq dənizdə uşaqlarda sevir,atamız da,mən heç girmirəm suya 1 dəfə girmişəm amma o qədər qışqırdım kişi məni atdı sahilə biggrin amma sevirəm uşaqlarım dəniz suyu və qumunda olsun
QADIN.AZERI QADIN.AZERI 30 June 2014 00:56 Cavab yaz

Menim yoldasimin ise hecarasi yoxdu usaqlari denize aparmaga,sag olsun atam aparir hemise
Deniz84 Deniz84 29 June 2014 19:27 Cavab yaz

Qaynimin balaca qizi denizde ele sakit durmusduki denizin havasi sanki usagi bihus elemisdi.

Dəniz havası körpələrə xeyirdir.
dənizi suya baxmağı cox sevirəm inşaallah nə vaxtsa ağıllanar aparar.

İnşallah canım.
.Deniz suyu çox faydalıdır,ancaq day bizimki kimi "mikrob yuvasının"ne faydası?

Razıyam Milli sərvətimiz olan Xəzər dənizinin suyunu çox çirkləndiriblər. Admın heyfi gəlir.
ayan_ ayan_ 28 June 2014 23:49 Cavab yaz

Hele bu gün getmişdik denize.Ancaq çime bilmedik,su kirli idi,deyesen külek ucbatından bütün yosun-palçıq idi deniz.
lara 2008 lara 2008 28 June 2014 23:45 Cavab yaz

Çox sağ ol Dəniz bacım cox gözəl xəbərdir mənim yoldaşım da hər il özü ya səhər durub gedir ya da axşamgedir dənizə uşaqları ildə 1ya da 2 dəfə aparır məni isə aparmaz ancaq dənizi suya baxmağı cox sevirəm inşaallah nə vaxtsa ağıllanar aparar.
melek87 melek87 28 June 2014 22:22 Cavab yaz

Ele indi denizden gelirik.Qaynimin balaca qizi denizde ele sakit durmusduki denizin havasi sanki usagi bihus elemisdi.Menim decellerim ise balacaliqdan denize gedmeyi cox sevirler cunki ele oyresibler.Men ve baci qardasim ise balaca olanda ise nenelerimin evezine atam yox deyib deye denize hesret qalmisiq.
Tesekkur canim maragli xebere gore
Deniz84 Deniz84 28 June 2014 21:42 Cavab yaz

Deniz xanim maraqli meslehetler ucun cox sag olun bezilerini bilirdim bilmediklerimide sayenizde oyrendim tesekkurler.

Faydam oldusa çox sevindim.
Q
Dənizim,sen ne gozel xeber hazırlamısan,tesekkur edirem meleyim,esl vaxtinda cixib xeberin,analar ucun,cox gozel meslehetlerdi,təşəkkür edirem.

Sağ ol canım. Özüm üçün araşdırıram. Deyirəm qoy paylaşım saytımızın xanımıarı da faydalansın.
qeribe qeribe 28 June 2014 20:53 Cavab yaz

Dənizim,sen ne gozel xeber hazırlamısan,tesekkur edirem meleyim,esl vaxtinda cixib xeberin,analar ucun,cox gozel meslehetlerdi,təşəkkür edirem. kiss
ESNA_2012 ESNA_2012 28 June 2014 20:39 Cavab yaz

Oglum balaca vaxti hemishe aparirdiq,esasende atasiynan gedirdi her gun,qizim yaziq hele deniz gormuyub bulvardaki denizi saymasaq,bu gunde atasi denize aparmaliyi alinmadi inshallah sabah aparacaq.Deniz xanim maraqli meslehetler ucun cox sag olun bezilerini bilirdim bilmediklerimide sayenizde oyrendim tesekkurler.
Deniz84 Deniz84 28 June 2014 18:40 Cavab yaz

Maraqla, başdan axra qədər oxudum.Lazımlı məsləhətlərdir körpəsi olan analar üçün.

İnşallah sənə də gələcəkdə lazım olacaq.
Dənizim gözəl xəbər hazırlamısan,təşəkkür

Dəyməz gözəlim sənə də lazım olacaq yaxşı-yaxşı oxu))
sora men boyudum getmedim
Sizdə böyüklərə dənizə getməyə icazə yoxdur)))shok
Ay lap denize getmek istedim
Gəl mən aparım biz 1-2 günə gedəcəyik 1 aylıq. yahoo
Elə addımımızı atmışıq ki, götürüb çantaları qarışdırıb plastik qabda qarpız dilimləyib götürmüşdük,

Bəs neyləməliydi yazıq uşaq siz dənizdə keyf edəndə o da oturub sizə tamaşa etməliydi? O da sizsiz keyf edib.lol
Bizim usaqlar da cox sevir denizi balaca oglm 3 ayliq idi 1ci defe denize girende! Tovsiyyelere men de emel edirem

Allah saxlasın hər birimizin balalarını. Bəli ilk öncə onların rahatçılığın düşünməliyik.
ulka-894 ulka-894 28 June 2014 18:22 Cavab yaz

Bizim usaqlar da cox sevir denizi balaca oglm 3 ayliq idi 1ci defe denize girende! Tovsiyyelere men de emel edirem
Ceylan Mumoglu Ceylan Mumoglu 28 June 2014 18:05 Cavab yaz

Bir dəfə qaqaşımın uşaqları ilə getmişdik dənizə, onda hələ subay vaxtlarım idi ) Deməli, ən balacası qız ağladı ki, mən dəniz istəmiyəm, qumda otuyacam. Biz də dedik otur ağıllı-ağıllı bizə bax, dənizə girib gəlirik. Elə addımımızı atmışıq ki, götürüb çantaları qarışdırıb plastik qabda qarpız dilimləyib götürmüşdük, bağ evinə yaxın idi dəniz. Uşaqdakı fərasətə bax da, qəşəngcənə açıb qabı, bir də gəldik gördük qarpızı qumqarışıq yeyir, yarısın töküb yerə, üzü-gözü nə gündə idi man_in_l İndi böyüyüyb . Maşallah, məktəbə gedir )
aysun2013 aysun2013 28 June 2014 18:04 Cavab yaz

Ay lap denize getmek istedim girl_cray
Agats_fan Agats_fan 28 June 2014 17:52 Cavab yaz

Əla xeberdi girl_ten bizde bacimin usaglarin aparirdiq denize sora men boyudum getmedim wacko
nilu nilu 28 June 2014 17:13 Cavab yaz

Dənizim gözəl xəbər hazırlamısan,təşəkkür
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика