Giriş
Bağla

Yumurta dizaynlı muzey-Salvador Dali

MÜXTƏLİF / Səyahət

Əziz Qadin.Netlilər, bugün sizinlə İspaniyanın Friqas şəhərində yerləşən məşhur muzeyə səyahət edəcəyik.  Üzərində yumurtalar düzülmüş bu müzey kənardan keçən hər kəsin diqqətini çəkir. Bina rəssamlığın və memarlığın birləşməsindən yaranmış əl işidir.  

Bu muzey məşhur rəssam-sürrealist Salvador Dalinin yaradıcılığına həsr edilib. 

Torre Galatea adlanan bu muzeyin ideya müəllifi də məşhur rəssam özüdür. İlk zamanlar bu, muzey yox, teatr binası olub. Lakin vətəndaş müharibəsi zamanı teatr binası tamamilə yararsız hala düşmüşdür. Friqas şəhərinin meri 1960-cı ildə məşhur rəssam Dalidən şəhərə xatirə olaraq gözəl bir rəsm əsəri çəkməyini xahiş edir. Elə bu zaman Salvador Dali yanmış teatrın təmir edilərək muzey olmasını təklif edir.  

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali

Müzeyin təntənəli sürətdə açılışı 1974-cü ildə olur. Binanın qeyri-adili ilə yanaşı dairəvi şəffaf gümbəzi diqqəti cəlb edir. Məhz bu gümbəz Friqas şəhərinin əsas cazibəsi hesab edilir. Qısa müddətdən sonra muzeydə Dalinin eksponatlarını qoymağa yer olmur və məhz bu səbəbdən qala tikilir.  

Yumurta dizaynlı muzey-Salvador Dali

 Qalanın ilkin adı Casa Gorgot olsa da Dali bu adı dəyişərək öz mərhum xanımının adını qoyur. Xanımının adı Qali olsa da onun ləqəbi olaraq Qalateya adlandırır. Muzeyin məhz bu hissəsi o gündən Qalateya adlanmağa başlanır. Qala orta əsrlərin şəhər divarlarını xatırladır. Lakin içi 19-cu əsrin memarlıq üslubunda hazırlanıb. Xaricdən isə onu rəssam özü "bəzəyib".  

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali
Muzeyin bütün divaları başdan-başa qırmızı rəngə boyanıb. Üzərində bulka (çörək) təsvir edilib. Muzey divarlarının üstündə isə yumurtalar düzülüb. Salvador Dalinin fikrində yer üzündə yumurta və çörəkdən dadlı yemək yoxdur. Bütün bu muzey sayəsində biz rəssamın qəribə dünyasına səyahət etmiş oluruq. Məhz Torre Galatea müzeyi Salvador Dalinin qəribə dünyasının əksidir. 

Muzey başdan-başa Salvador Dalinin əsərləri ilə əhatə edilib. Rəsm əsərlərindən əlavə mebel, aksesuarlar və s. yerləşdirilib. Hətta məşhur kino ulduz Merlin Manronun dodaqlarına bənzər divan belə var. 

Yumurta dizaynlı muzey-Salvador Dali 
Yumurta dizaynlı muzey-Salvador Dali

İlk baxışdan məlum olmasa da, zərrəb vasitəsi ilə baxdıqda isə Merlin Manronun simasını da görə bilərsiniz. Divarda iki rəsm əsəri onun gözlərini əks etdirir. Hələ diqqətlə baxsanız, göz bəbəklərini belə seçə bilərsiniz. 

Muzeydə sərgilənən bütün əl işlərini olmasa da, ən azından yarısının şəkillərini sizə təqdim edə bilərəm.  

Yumurta dizaynlı muzey-Salvador Dali

Bu, girişə qoyulub. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

 

Bu  gördüyünüz tavandır. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Gümbəzin hər iki tərəfində müəyyən rəsm əsəri yerləşdirib. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Salvador Dali şəxsi əhəmiyyətini və öz işlərinin dəyərini vurğulamağı sevirdi. Məsələn, o alıcını aldada bilərdi ki, çəkdiyi şəkilə lazım olan rəngin alınması üçün eşşəkarısı zəhərindən istifadə edib. Bəli, bəli, bu səbəbdən şəkil $1 000 000 miqdarında dəyərləndirilir. O restoranların sahibləriylə daha hiyləgər keçinirdi. Dostları və tanışlarının böyük qrupunu yığaraq, restoranda menyudan istədiyi yeməyi sifariş edir və dostlarını qonaq edirdi. Hesab vaxtı gələndə isə o, qəbzi imzaladıqdan sonra onun arxa üzünü çevirib restoran sahibinə xoş sözlər yazardı. Hesablama sadə idi: canlı dahi öz şöhrətindən istifadə edirdi. O, çox gözəl bilirdi ki, restoran sahibi üzərində dahi rəssamın orijinal əlyazması olan qəbzi heç vaxt pula çevirməz. Adətən belə də olurdu. Çünki restoran sahibləri də bilirdi ki, zamanla bu qəbz rəssamın əlyazmasına görə özü böyük qiymət edəcək. Beləcə, dahi rəssam pullarına qənaət edirdi. Bu da rəssamın məşhur əsərlərindən bəziləri. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali

Sonda onu da qeyd edim ki, Salvador Dali ömrünün son gününə kimi Torre Galatea müzeyində yaşamışdı.



Şərhlər (23)

lemo.lemo lemo.lemo 5 June 2014 18:06 Cavab yaz

Maraqli xeberdir hem de geniw etrafli melumat yazmisiz çox sagolun
Milana.M Milana.M 5 June 2014 10:18 Cavab yaz

Bəyəndiyinizə sevindim
nilu nilu 29 May 2014 13:16 Cavab yaz

Çox gözəl xəbərdir give_ros air_kiss
Leman(wirniyyatci) Leman(wirniyyatci) 17 May 2014 23:54 Cavab yaz

Maraqlidir cox sagol bacim davamli olsun
Milana.M Milana.M 16 May 2014 19:38 Cavab yaz

Ay Xəyalə, belə xəbərləri bol elə, vaxt yoxdur incələyib oxumağa, elə öz saytımızdan oxuyum

Allah təki sağlıq versin, mən daha maraqlı yazı yazaram onun haqqında
qeribe qeribe 15 May 2014 23:38 Cavab yaz

Maraqlı xəbərə görə təşəkkür edirem Xəyalə xanim,cox sag olun. give_ros
aydasskaa aydasskaa 15 May 2014 22:43 Cavab yaz

Tewekkurler cooox maraqliydi
Aytac M-ca Aytac M-ca 15 May 2014 22:29 Cavab yaz

Sondaki sekkiler dahada maraqli idi.Xeyale xanim cox sagolun.
bay_gril89 bay_gril89 15 May 2014 21:09 Cavab yaz

Maraqlı xəbərdir.
ayka-0607 ayka-0607 15 May 2014 20:49 Cavab yaz

Coooox maraqlidir.men de bu muzeyde olmaq isterdim.
dostik 007 dostik 007 15 May 2014 20:30 Cavab yaz

Cox gozel xeber hazirlamisiz, Yorulmayasiz.inwallah davamli olar bele xeberleriniz.bele deyerli ressamlar hakkinda bilmek lazimdi. give_ros
Aqatkris Aqatkris 15 May 2014 20:23 Cavab yaz

Çek məsələsinə nə qədər gülmüşəme
a.quliyeva a.quliyeva 15 May 2014 18:39 Cavab yaz

Qeribedi goren bu muzeyi duzelderken ne fikirlesirmiscrying
ESNA_2012 ESNA_2012 15 May 2014 18:29 Cavab yaz

Superdi hamisi hele qulaqla burunun yerinin deyishdirilmesi,kitab resmi ela coooox xoshuma geldi teshekkurler Xeyale xanim
Ceylan Mumoglu Ceylan Mumoglu 15 May 2014 17:15 Cavab yaz

XəyaləВ Murad,
Nə gözəl mövzu seçmisən. Öz dəyərini bilən rəssam olub. Qiymətləndirib də. Elə sənəti də maraqlıdır.
Həm də ona dəli rəssam deyirlər. Dəlilik var idi hərəkətlərində. Sənətinə isə söz ola bilməz, istedadı hər rəsmindən bəllidir. Muzeyə isə valeh oldum. Ay Xəyalə, belə xəbərləri bol elə, vaxt yoxdur incələyib oxumağa, elə öz saytımızdan oxuyum kiss
Ryos Ryos 15 May 2014 15:58 Cavab yaz

Cox maraqlidi..En coxda Meerlin Monronun dodaqlarina benzer divan oldiu..VCoxsaql bacim.. give_ros
gumuska gumuska 15 May 2014 15:48 Cavab yaz

Ayaq olan sekil cox xosuma geldi
Milana.M Milana.M 15 May 2014 15:23 Cavab yaz

♥AynişkaВ Gülüm♥,
laraВ zaynallı,
pari,
Gulum,
Ruhəngiz,
Dəyməz xanımlar. Virtual da olsa səyahət edək. Dünyada maraqlı o qədər yer var ki, insan özü elə başdan ayağa möcüzədir.
ruzigar ruzigar 15 May 2014 15:13 Cavab yaz

Həmd olsun,daha nələr fikirləşmirlər?!Maraqlı xəbərə görə təşəkkürlər,Xəyalə bacım.Davamlı olsun.
sahil_13 sahil_13 15 May 2014 14:25 Cavab yaz

Ay cox maraqlı xəbərdi Xeyalecan Merlin Monronun dodaqlarına benzer divan ise lap eladır
Əvvəlki səhifə Növbəti səhifə

Add comment

  • reload, if the code cannot be seen


Qadin.Net

Яндекс.Метрика