Qadin.NET / Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Əziz Qadin.Netlilər, bugün sizinlə İspaniyanın Friqas şəhərində yerləşən məşhur muzeyə səyahət edəcəyik.  Üzərində yumurtalar düzülmüş bu müzey kənardan keçən hər kəsin diqqətini çəkir. Bina rəssamlığın və memarlığın birləşməsindən yaranmış əl işidir.  

Bu muzey məşhur rəssam-sürrealist Salvador Dalinin yaradıcılığına həsr edilib. 

Torre Galatea adlanan bu muzeyin ideya müəllifi də məşhur rəssam özüdür. İlk zamanlar bu, muzey yox, teatr binası olub. Lakin vətəndaş müharibəsi zamanı teatr binası tamamilə yararsız hala düşmüşdür. Friqas şəhərinin meri 1960-cı ildə məşhur rəssam Dalidən şəhərə xatirə olaraq gözəl bir rəsm əsəri çəkməyini xahiş edir. Elə bu zaman Salvador Dali yanmış teatrın təmir edilərək muzey olmasını təklif edir.  

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali

Müzeyin təntənəli sürətdə açılışı 1974-cü ildə olur. Binanın qeyri-adili ilə yanaşı dairəvi şəffaf gümbəzi diqqəti cəlb edir. Məhz bu gümbəz Friqas şəhərinin əsas cazibəsi hesab edilir. Qısa müddətdən sonra muzeydə Dalinin eksponatlarını qoymağa yer olmur və məhz bu səbəbdən qala tikilir.  

Yumurta dizaynlı muzey-Salvador Dali

 Qalanın ilkin adı Casa Gorgot olsa da Dali bu adı dəyişərək öz mərhum xanımının adını qoyur. Xanımının adı Qali olsa da onun ləqəbi olaraq Qalateya adlandırır. Muzeyin məhz bu hissəsi o gündən Qalateya adlanmağa başlanır. Qala orta əsrlərin şəhər divarlarını xatırladır. Lakin içi 19-cu əsrin memarlıq üslubunda hazırlanıb. Xaricdən isə onu rəssam özü "bəzəyib".  

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali
Muzeyin bütün divaları başdan-başa qırmızı rəngə boyanıb. Üzərində bulka (çörək) təsvir edilib. Muzey divarlarının üstündə isə yumurtalar düzülüb. Salvador Dalinin fikrində yer üzündə yumurta və çörəkdən dadlı yemək yoxdur. Bütün bu muzey sayəsində biz rəssamın qəribə dünyasına səyahət etmiş oluruq. Məhz Torre Galatea müzeyi Salvador Dalinin qəribə dünyasının əksidir. 

Muzey başdan-başa Salvador Dalinin əsərləri ilə əhatə edilib. Rəsm əsərlərindən əlavə mebel, aksesuarlar və s. yerləşdirilib. Hətta məşhur kino ulduz Merlin Manronun dodaqlarına bənzər divan belə var. 

Yumurta dizaynlı muzey-Salvador Dali 
Yumurta dizaynlı muzey-Salvador Dali

İlk baxışdan məlum olmasa da, zərrəb vasitəsi ilə baxdıqda isə Merlin Manronun simasını da görə bilərsiniz. Divarda iki rəsm əsəri onun gözlərini əks etdirir. Hələ diqqətlə baxsanız, göz bəbəklərini belə seçə bilərsiniz. 

Muzeydə sərgilənən bütün əl işlərini olmasa da, ən azından yarısının şəkillərini sizə təqdim edə bilərəm.  

Yumurta dizaynlı muzey-Salvador Dali

Bu, girişə qoyulub. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

 

Bu  gördüyünüz tavandır. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Gümbəzin hər iki tərəfində müəyyən rəsm əsəri yerləşdirib. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Salvador Dali şəxsi əhəmiyyətini və öz işlərinin dəyərini vurğulamağı sevirdi. Məsələn, o alıcını aldada bilərdi ki, çəkdiyi şəkilə lazım olan rəngin alınması üçün eşşəkarısı zəhərindən istifadə edib. Bəli, bəli, bu səbəbdən şəkil $1 000 000 miqdarında dəyərləndirilir. O restoranların sahibləriylə daha hiyləgər keçinirdi. Dostları və tanışlarının böyük qrupunu yığaraq, restoranda menyudan istədiyi yeməyi sifariş edir və dostlarını qonaq edirdi. Hesab vaxtı gələndə isə o, qəbzi imzaladıqdan sonra onun arxa üzünü çevirib restoran sahibinə xoş sözlər yazardı. Hesablama sadə idi: canlı dahi öz şöhrətindən istifadə edirdi. O, çox gözəl bilirdi ki, restoran sahibi üzərində dahi rəssamın orijinal əlyazması olan qəbzi heç vaxt pula çevirməz. Adətən belə də olurdu. Çünki restoran sahibləri də bilirdi ki, zamanla bu qəbz rəssamın əlyazmasına görə özü böyük qiymət edəcək. Beləcə, dahi rəssam pullarına qənaət edirdi. Bu da rəssamın məşhur əsərlərindən bəziləri. 

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali

Yumurta dizaynlı muzey-Salvador Dali
Yumurta dizaynlı muzey-Salvador Dali

Sonda onu da qeyd edim ki, Salvador Dali ömrünün son gününə kimi Torre Galatea müzeyində yaşamışdı.

15 may 2014
GO BACK