Hər birimiz “Ac başım, dinc başım” və ya “Məni sancmayan ilan, 1000 il yaşasın” prinsipi, daha doğrusu “prinsipsizliyi” ilə yaşaya bilərik və çox zaman da yaşayırıq. Boş-boş tənqid edirik, özümüzün cürəti belə çatmayacağını edən şəxsləri lağa qoymaqla, ələ salmaqla və ya öz aləmində “tənqid” etməklə hansısa üç-beş ağılsızın gözündə qəhrəmanlara dönmək istəyirik. Yaxşı, bəs bu özümüzə nə verir? Özümüz öz gözümüzdə kimik? Utanmırıqmı sakitliyə çəkiləndə? Ya özümüzə qarşı da kor və cahilik?! Bədbəxtikmi bu dərəcədə?
Dostlar, ictimai ağrı nədir, bilirik mi? İctimai ağrı bütün insanları əhatə edən ağrıdır, sən də bu ağrının içindəsən, lakin bəlkə də hələ səni yaralamayıb. Nə qədər gözün yumulu yanından keçsən də, küçədə haqqsız yerə döyülən adamın və ya pulu oğrulanan ailənin, və ya küçədə axmaqlar tərəfindən təhqir edilən qızın, avtobusda çirkin əməllərə məruz qalanların, kimisə alçaldanların, evində döyülən qadının, evindən qovulan fağır kişinin yerində bir gün sən olacaqsan. Mütləq olacaqsan. Nə qədər gözünü yuma biləcəksən ki? Qapın, pəncərən bağlı, soyuducun dolu, maşının həyətdə də olsa, səni bu ağrılar bir gün tapacaq. Səni tapmasa da, yaxının boğazından yapışacaq. Bax onda anlayacaqsan ki, sənin laqeydliyin və lağa qoyma həvəsin, öz qınına çəkilib, başqalarını şərləmə həvəsin sənin öz boğazını sıxır.
Sənin şərlədiyin, kömək etmədiyin, yanından gözüyumulu keçdiyin insanlar bəlkə yenə də sənə kömək edəcək, əlindən tutacaq, ayağa qaldıracaq.. Bax onda sənin 20, 30, 40, ən pis halda 50dən çox yaşın ola bilər və onda sən anlayacaqsan ki, bu həyatı boş yerə yaşayırmışsan, sən yalançı qəhrəmanısan öz həyatının, sən heç kimin qəhrəmanı deyilsən… Sən qorxaqsan, boşboğazsan. Nə qədər ki, başqalarını müdafiə etmirsən, sən bir şəxsiyyət kimi mövcud deyilsən..
İctimai ağrılara biganə qalmayın, ən azı ona görə ki, bir gün bu ağrıları siz də hiss edə bilərsiniz. Çünki, biz insan olaraq doğuluruq, sonra nələrsə bizi dəyişir, bəlkə də ititirik insanlığımızı, amma yenidən insan olmağa çalışmaq lazımdır, əsl insan.. Bəlkə də fövqəlinsan olmağın vaxtı çatıb..
Ülviyyə
XƏBƏR LENTİ
“Çölçü” filmi yenidən mükafata layiq görülüb.
NASA kosmosda “robot otel” qurur
Bakını toz bürüyəcək
Ayaqqabınızın ömrünü uzadın
O bir ilə 620 milyon qazandı
Məşhur aşbaz Sıla haqqında
Övladlarımıza rəhbər olaq, yoxsa dost?
Fahriyə Buraka qadağa qoydu
İnsan bədəni qüsursuzdur
Yeni serial başlayır-"Kızım"-VİDEO
Kəsmikli, peçenyeli piroq (foto resept)
Evli cütlüklərin eyni iş yerində işləməsi düzgündür?
Təmizlik xəstəliyi
Qozun faydaları
Dəbli şalvar modelləri
Cinsi həyatınızın qayğısına qalın
Bananlı keks (foto-resept)
Nazirlik bahalığı "ucuzlaşdırmağa" çalışır
İranda QİÇS-ə yoluxma halları artıb
İtaliya nəşri Füzulidən reprotaj hazırladı - VİDEO
Ziynet Salı ərə gedir-FOTO
Bakıda dünya çempionatı olacaq
Yeni toy "adətləri"
Bacılar da bir-birini qısqanır...
Bakı Metropoliteni yeni iş rejiminə keçəcək
Amerikalılar Milli Şirniyyatlarımızı yeyəndə...
Yaponiya pilotsuz poçt maşınının sınağına başlayıb
MakSim ərə gedir-FOTO
21 Fevral-Ana dili günüdür!
Qızının ev tapşırığı atanın həyatını xilas etdi - FOTO
Hicablı makiyaj ustası
"Erkenci Kuş" un məşhur cütlüyü evlənir-FOTO
Hindistanda koronavirusa qarşı üç peyvənd sınaqdan keçirilir
Bakı ABŞ, Rusiya, Fransya səsləndi
Möcüzə enerji-2
Planşetə çevrilə bilən xrombuk
Vətən Müharibəsində kəşfiyyatçı meşədə övladını itirib: “Oğlum gözümün qabağında vuruldu” - VİDEO
Əliyev, Putin və Sarkisyan sambo yarışında
Çində matəm elan edildi
Bu gün milli mətbuatın 143-cü ildönümüdür
Həccin vaxtı açıqlandı
Azərbaycan atletlərindən möhtəşəm qələbə!
Tramp: “Seçki günündən sonra daxil olan bülletenlər sayılmayacaq”
Təmizlik zamanı edilən səhvlər
Allahşükür Paşazadə 40-cı anım günündə Tovuz şəhidlərinin məzarlarını ziyarət edib
Maşınlar (Pazl)
Murat Yıldırım çəkiliş vaxtı zədələndi
Ayaqqabı modelləri
Dəniz Çakır bir çox saytların bloklanmasını tələb edib
WhatsApp-da daha bir yenilik
- ŞƏRHLƏR