Bakıda hava
USD AZN
EUR AZN
09:20Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41594

Sosial şəbəkələrdə onlardan qorxurlar

 

Sosial şəbəkə istifadəçilərinin yalnız 40 faizi hakerlər tərəfindən törədilən təhdidlərdən və zərərli proqram təminatından ciddi narahatdır. Bu barədə Eset antivirus şirkətinin məlumatında deyilir. Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin sentyabrında ABŞ-ın iki mindən çox sakini arasında keçirilən sorğuya əsasən, rəyi soruşulanların 14 faizi internet təhdidləri ilə bağlı narahatlığını ifadə etməyib, 46 faizi ciddi olmasa da, öz informasiya təhlükəsizliyinə görə narahatlıq hissi keçirdiyini bildirib. Respondentlərin 64 faizi internetdə istifadəçi məlumatlarının təhlükəsizliyi üçün məsuliyyətə görə özləri məlumatlarını qorumalı olduğunu fikirləşir, lakin 17 faizi internetdə məlumatların təhlükəsizliyinə görə əsas məsuliyyətin internet provayderlər, sosial şəbəkələr (12 faiz), dövlət (3 faiz), işəgötürənlərin (2 faiz) üzərinə düşdüyünü hesab edir. Sorğu məlumatlarına görə, sosial şəbəkə istifadəçilərindən hər beş nəfəri səhifələrinin məxfilik funksiyalarını bir dəfə olsun belə dəyişməyib, parolu yeniləməyib, səhifənin baxılmasını məhdudlaşdırmayıb. Rəyi soruşulanların daha 15 faizində son dəfə təhlükəsizlik funksiyalarının bir il əvvəl dəyişdirilməsi müəyyən olunub (aktiv inkişaf edən sosial şəbəkələrdə funksiyalar mütəmadi olaraq yenilənir və əlavə olunur). Sorğuda iştirak edənlərin 45 faizi məxfilik funksiyalarını son dəfə bir neçə həftə əvvəldən bir ilədək müddət ərzində yeniləyib. Rəyi soruşulanların yalnız 21 faizi istifadə etdiyi sosial şəbəkənin funksiyalarını edilən dəyişikliklər üçün mütəmadi yoxlayır. Ekspertlər hesablayıblar ki, rəyi soruşulanların təxminən yarısı (49 faiz) ən azı iki sosial şəbəkədən fəal istifadə edir (13 faiz eyni vaxtda dörd və daha çox servisdə ünsiyyət qurur). İstifadəçilərin üçdə bir hissəsi bir səhifə ilə kifayətlənir və yalnız 18 faizi ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir.

 

Mənbə: Milli.Az
Səslərin sayı: 0
7
1542
Şərhlər
Offline
faikaska.quliyeva
Məndə istifadə etmirəm sosial şəbəkədən.
9 may 2015 22:27
Offline
Qəribə
İndi hami deyecek ki hec birinde yoxam eləmi???
9 dekabr 2014 14:57
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Shefa Ahmedova
HEÇ BİRİNDƏ YOXAM winked
20 oktyabr 2014 16:02
Offline
Minira Aslanzade
Məndə heç birində yoxam.
24 aprel 2014 00:01
Offline
♥NiLuFeR♥
Heş bir sosial şəbəkələrdən istifadə etmirəm yes
23 aprel 2014 23:55
Offline
Farida_Asadova
Hec birind' yoxam//////////
23 aprel 2014 23:45
Offline
Ayka S
Hec birində yoxam
11 dekabr 2013 23:59
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!