Bu gün də sizə yazıçı-publisist, biologiya üzrə fəlsəfə doktoru Nübar xanım Həkimovanın araşdırması nəticəsində əldə edilmiş mənbəyə əsasən sarımsağın çoxumuza məlum olmayan kimyəvi və müalicəvi xüsusiyyətlərini təqdim edəcəyəm. Ümid edirəm ki, faydalanacaqsınız.
Sarımsağın tərkibi bioloji-aktiv maddələrlə zəngindir.Onun tərkibində 35%-ə qədər quru maddə, 27% sulukarbonlar, 8% zülal, inulin, fitonsid, yod, şəkər və s. maddələr tapılmışdır. Yaşıl yarpaqlarından isə karotin, B, PP, B, 140 mq% C vitamini aşkar edilmişdir. Sarımsaqda 0,23-0,74% efir yağı olur. Efir yağının əsas tərkibini allin təşkil edir. Bu, kükürd tərkibli amin turşusudur. Sarımsaq əzildikdə amilaza fermentinin təsirindən efir yağı parçalanaraq allisin, ammonyak və pirouzum turşusu əmələ gətirir. Bundan əlavə, soğanağından 3,25% kul (mq/q), 18,40 mq% K, 0,50 mq% Ca, 1,00 mq% Mg, Fe 0,04 mq% makroelementləri, Pb 0,02, B 0,90 mikroelementləri aşkar edilmişdir.
İtalyanlar sarımsağı insana qüvvət verən, onun yuxusunu artıran bir vasitə kimi tərənnüm etmişlər. Yunanlar isə sarımsağı ilan sancmasına qarşı bir vasitə kimi tətbiq edirdilər.
Sarımsağın kəskin iyli olmasında əsas rolu allisin maddəsi oynayır. O, bakterisid xassəli olmaqla sarımsağın əsas iyini təşkil edir. Sarımsaqda olan efir yağının 60%-ni allisin maddəsi təşkil edir. Sarımsağın müalicəvi xüsusiyyətləri haqqında ilk məlumatları tibb elminə Dioskorid vermişdir. Qədim zamanlardan sarımsaqdan iştahasızlıqda, dispresiyada, halsızlıqda, öskürəkdə, qarın ağrılarında, dəri və s. xəstəliklərin müalicəsində istifadə edilmişdir. Bitki Şərq təbabətində çox qədimdən faydalı dərman bitkisi kimi geniş təbliğ olunur. Təzə şirəsi və cövhəri (tinktura) qüvvətli bakterisid və funkisid kimi mədənin ifrazetmə fəaliyyətini artırır, bağırsaqlarda gedən qıcqırma və çürümə proseslərinin qarşısını alır. Nəfəs yollarının iltihabında, xroniki bronxitlərdə, bronxial astmada, aterosklerozun profilaktikasında və müalicəsində də yaxşı nəticə göstərir. Qurdqovucu təsirə malikdir. Sarımsaq qədim Misir və yunan xalqları tərəfindən ölüm gətirən simvol kimi təsvir edilmişdir.
Sarımsaq iştahı artırır, mədə-bağırsağın fəaliyyətini qaydaya salır, qidanın həzminə komək edir, bağırsaqlarda baş verən nasazlıqları aradan qaldırır. Böyrəklərdə olan daşların tökülməsində, yel xəstəliyi və podaqranın müalicəsində sarımsağın spirtli məhlulundan istifadə olunur. Sarımsaqdan hazırlanan preparatlar sarılıq, islah, kor bağırsaq iltihabına qarşı tətbiq edilir. Avropada və Kubada sarımsaq yağı ilə sarılıq xəstəliyini müalicə edirlər. Sarımsaqdan ən çox hipertoniya və aterosklerozun müalicəsində istifadə olunur. Bundan əlavə, baş gicəllənməsində, başağrısında, yuxusuzluqda işlədilir. Bunun üçün gündə 2-3 diş sarımsaq yemək məsləhət
görülür. Çin xalq təbabətində sarımsaqdan fiziki yorğunluğun aradan qaldırılmasında, Yaponiyada isə dəri xəstəlikləri və skleroz əleyhinə istifadə olunur. Rus xalq təbabətində sarımsaq sidikqovucu, qurdqovucu, sayıqlamaqla baş verən qızdırmalarda işlədilir.
Xalq təbabətində sarımsaqla bəzi yoluxucu xəstəliklərin qarşısı alır, qarın yatalağı, ishal xəstəlikləri müalicə edilir. Aparılan tədqiqatlar nəticəsində belə qərara gəlmişlər ki, ən güclü fitonsidlər sarımsaq bitkisindədir. Fitonsidlərin güclü bakterosid təsirə malik olduğu müəyyən edildikdən sonra onlardan müxtəlif dərman preparatları hazırlamaq mümkün olmuşdur. Sarımsaqda tapılan fitonsidlər strepkoku, stafilak çöpünü, yatalaq bakteriyalarını, vərəm çöplərini və başqa mikrobları məhv edir. Bu bitki mədə-bağırsaq üzvlərində
olan vəzilərin şirə ifrazetmə fəaliyyətini artırır. Sarımsağı çeynədikdə o, bir neçə dəqiqədən sonra ağız boşluğundakı bakteriyaları məhv edir.
Sarımsaq həm də qrip və angina xəstəliklərini sağaldır. Bunun üçün sarımsağı əzib tənzifdən keçirmək və burun nahiyəsinə bir neçə damcı damızdırmaq kifayətdir. Sarımsaq bitkisinin quru cövhərini öd kisəsinin iltihabında tətbiq edirlər. İnfakt, stenokardiya, skleroz, iflic xəstəliklərinin müalicəsində, müxtəlif şirələrin, başda əmələ gələn şişlərin yox edilməsində, görmə qabiliyyətinin artırılmasında sarımsaqdan istifadə olunur. Bundan başqa, sarımsaq orqanizmin müqavimətinin artırılmasında, qarın yatalağı, dizenteriya, vəba və s. xəstəliklərin müalicəsində işlədilir. Sarımsaqdan işlənib hazırlanan preparatlar nəticəsində bakterisid xəstəliklərin, eləcə də toxumaların bərpa olunmasına, soyuqdəymə xəstəliklərinə qarşı orqanizmdə immunitetin fəaliyyətinin güclənməsinə nail olunmuşdur. Sarımsaqdan alınan preparatların müxtəlif xərçəng xəstəliklərinə qarşı mexanizmini öyrənərək belə nəticəyə gəlmişik ki, bu preparatlar xərçəng çöplərinin inkişafını dayandırmağa qadirdirlər. Bir qrup yapon alimi sarımsaqdan yeni preparatlar hazırlayıb orqanizmdə inkişaf edən xərcəng çöplərinin inkişafını dayandırmaq əleyhinə immunitet
yaratmışdır.
Yuxarıda qeyd etdiyiniz xəstəlikləri müalicə etmək üçün: 350 q sarımsaq bitkisinin soğanağını yuyub həvəngdə əzir, əzilmiş sarımsağın şirəsindən 200 q götürüb, ona 200 ml 96% spirt əlavə edilir. Alınan məhlul gildən hazırlanmış qaba yığılır, qabın ağzı möhkəm bağlanıb qaranlıq və sərin yerdə 10 gün müddətində saxlanılır. 10 gündən sonra bu maye kətandan süzülür. 2-3 gündən sonra bu məhlulla müalicəyə başlamaq olar. Bundan 50 qram soyuq südə bir neçə damcı töküb gündə 3 dəfə yeməkdən 20-30 dəqiqə qabaq qəbul etmək məsləhət görülür. Sarımsaqdan alınan şirə ilə dəridə əmələ gələn ziyillərin, ekzema və səpgilərin, yaraların müalicəsində istifadə edilir. Şirəsini başın dərisinə sürtərək tükün tökülməsinin qarşısı alınır. Son iki ildə Amerikanın milli institutunda aparılan tibbi təcrübələr zamanı isbat olunmuşdur ki, hər gün qida ilə 5 qram sarımsaq yedikdə xərçəng xəstəliyinə tutulmağı 10% aşağı salır.
Qidalılıq və müalicə əhəmiyyətinə görə hər adam il ərzində 8-8,5 kiloqram sarımsaq və soğan yeməlidir. Sarımsağın soğanağından tamlı qatqı kimi bir çox soyuq, isti və müalicəvi xörəklərin, eləcə də müxtəlif salatların hazırlanmasında, kolbasa və konserv sənayesində istifadə olunur. Sarımsaqdan turşuya qoyulmuş tərəvəz məhsullarının tərkibinə qatılır və tamlı şorabalar qoyulur.
Çox dərdlərin dərmanıdır. Ağız boşluğunda əmələ gələn səpgiləri, dişdibi xəstəlikləri, mədə-bağırsaqda əmələ gələn səpgiləri, orqanizmin daxilində əmələ gələn yaman (xərcəng) şişləri yandırır və büzüşdürür. Sarımsağın iyi xoşa gəlməsə də, bağırsaqda olan butun qurdları tökür. Sarımsaq göz qişalarında olan qızartıları yox edir, görmə qabiliyyətini artırır, dırnaq qırılmasının qarşısını alır, qan təzyiqini aşağı salır.
XƏBƏR LENTİ
Dünyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü
Azərbaycan tarixi kitabı erməni bayrağı rəngində
Fərqli spaqettili maffinlər (foto resept)
Günün qoroskopu: bəzi məsələlərin çözümünü ertələmək olar
HAVA necə olacaq?-22 İyul
Miqrantlar rus ordusunda xidmət edəcək
Dünyanın ən hündür tonqalı - FOTO
Azərbaycanlı körpəni erməni gülləsindən möcüzə qurtardı
Hərəkətsiz qalmayın
Valideynlərin diqqətinə!
Qatillərin ən çox hansı bürcdən çıxdığı açıqlandı (2)
Mərcimək şorbası (foto resept) və video anlatım
Lady Qaqa
Qızardılmış balıq küftəsi (foto resept)
ÜST-dən qorxunc COVID-19 statistikası: Dünya üzrə yeni rekord
Kenan da Bereni sildi
İnsanı çürüdən xəstəlik
Ən gülməli heyvanlar
Facebook-a qarşı təhqiqat başlanıldı
“Qartal” ləqəbli cəngavərimiz: Onun adı gələndə düşmənin canına qorxu düşürdü - VİDEO
"Bir nömrəli məsələ Yanukoviçin istefasıdır, başkəsənlər və diktatorlarla kompromis olmaz"
Doğuşdan sonra qadın sağlamlığı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Hava XƏBƏRDARLIĞI
Jurnalistlərə mənzillər iyulun 20-də təqdim olunacaq, siyahı sabah açıqlanacaq
Sadəcə mütəxəssislərin bildiyi təmizlik hiylələri
İyun, İyul aylarının qalibləri!
Nur Yerlitaş bu müğənniləri həyatından sildi!-SƏBƏB
Karantin cərimələrini ödəməyənləri nə gözləyir?
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
Hava necə olacaq?!
Ayaqqabılar
Dünya mətbəxi - Yunanıstan
Bir sıra ölkələrdəki ermənilər döyüşmək üçün Dağlıq Qarabağa gəlib
Bu mahnı insanı ölümdən xilas edir - VİDEO
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Günün qoroskopu:Səbrli olun!
İnternet Explorer-in mövqeləri möhkəmlənir
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Dünyanın ən məşhur brauzeri
Dizaynlı isitmə sistemləri
Azərbaycanda qadın alimlərin sayı artır
Gələcəkdə ən çox tələb olunacaq peşələr
Yürüyüş zamanı meditasiyanın faydaları
Azərbaycanda varlı balalarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır
Məşhur cütlük Ayrıldı-FOTO
Nar salatı (foto resept)
Acun Baba olur-FOTO
Dünyanın ən bahalı gəlinliyi
DİM-dən imtahanlarla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR