Elə ki qış gəldi,havalar soyudu qrip yaxamızdan yapışır.Burun tutulur,nəfəs daralır.Aptekə baş çəkməkdən yoruluruq."Bircə bu xəstəliyin əlindən canım qurtarsaydı"-deyib,ovuc-ovuc dərman qəbul edirik.
Burnumun ucunda "Cavanlıq vidalaşmadan gedir,qocalıq isə xəbərsiz gəlir".Dahilərdən birinin dediyi bu fikir,canının qədrini bilməyənlərə tutarlı xəbərdarlıqdır.Qripi,boğaz ağrısını ciddi qəbul etməyənlər də var.Amma həkimlər qrip və boğaz ağrısını gəncliyə qənim kəsilən dəhşətli xəstəliklədən biri hesab edirlər.Çünki bu xəstəlikdən əziyyət çəkən insanlarda qocalıq prosesi sürətlənir.İmmunitet zəiflədikcə orqanizmin təsir gücü qüvvədən düşür və ağ ciyərlər normal oksigen qəbul etmədiyi üçün ürək döyüntüləri artır.Boğaz ağrıları zamanı isə iltihabın artması nəticəsində qidalanma düzgün getmir,dərmanlar da xəstəlik qarşısında aciz qalır.
Belə hallarda nənələrin məsləhəti köməyə gələ bilər.
-Əvvəlcə yarpız çeynəyin.Bu zaman boğazda gedən iltihab dayanır.Müalicəni 4-5 gün davam etdirmək məsləhətdir.
-Adaçayını xırdalayıb 200 qr suda qaynadıb qarqara edin ki,boğaz ağrısı sizdən uzaq düşsün.
-Tez-tez ürək bulanmasından əziyyət çəkənlər 100 q.qızılgül ləçəyini 1 l.sirkənin içində 8 gün saxlayıb,məhlulu süzüb, bir stəkan qaynanmış suya salıb qarqara etməklə boğaz ağrısından xilas ola bilərsiz.Müalicə bir neçə gün aparılmalıdır.
-Boğaz ağrısı zamanı ağzı yara tökənlər üçün də çarə var.Mərcini qaynadın və suyunu süzün.Alınan həlimdən gündə bir neçə dəfə ilıq halda qarqara edin.
-Bir ədəd xırda doğranmış və döyülmüş baş soğanın üstünə 50 q.isti su töküb qarışdırın.Ona bir çay qaşığı bal əlavə edib yenidən qarışdırın.Yarım saat ərzində dərman hazır olur.Qarqara boğaz ağrısını daha tez aradan qaldırır.
-Boğaz və ağız nahiyələrində iltihabdan yaranan qoxuları yox etmək üçün 40 q.çökə çiçəyini,60 q.çobanyastığı çiçəyi ilə qarışdırıb,xırdalayın və bir xörək qaşığı miqdarında götürüb bir stəkan qaynar suda dəmləyin.Gündə bir neçə dəfə qarqara etməklə xoşagəlməz iydən xilas olmaq mümkündür.
-Yatanda ayağınızın içinə xardal tozu səpilmiş corab geyinin.Bu zökəmə qarşı yaxşı vasitələrdən biri hesab olunur.
-Sarmısağı təmizləyib sürtgəcdən keçirin və eyni miqdarda balla yaxşıca qarışdırın.Gecə yatmazdan əvvəl ondan bir xörək qaşığı götürüb bir stəkan isti suda çalın.Həll olunan kimi için.Bir neçə gündən sonra sağlamlığınız bərpa olunacaq.
-Çuğundur suyu da zökəmə qarşı mübarizədə köməyinizə çata bilər.Onu qaynadıb şirəsini çıxardın və gündə 4-5 dəfə burun deşiklərinə damızdırın.
-Bərk zökəm olanda hər 2-3 saatdan sonra bir xörək qaşığı balla qarışdırılmış soğanı qəbul etməyi məsləhət görənlər səhv etmirlər.Çünki soğanın tərkibində doğrandığı zaman ayrılan xardal yağı var.O da antibiotik kimi təsir göstərir.
XƏBƏR LENTİ
Azərbaycan futbolda Braziliyanı arxada qoydu
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Ölümcül virus İsrailə də çatdı
"Quş yuvası" salatı (foto resept)
Ningen-qeyri-adi varlıq!
Tələbələrin təqaüdləri artırıldı
Məşhurlar İrem Dericinin bank hesabına pul göndərdilər-SƏBƏB
Saç boyasının uzun müddət qalması üçün
Tank döyüşləri başladı
Ancelina Coli ərə gedir
FHN mühafizəni gücləndirdi
Məşhur atalar və oğulları
Qara rəngli geyim dəstləri
Kim ki yüz il yaşamırsa...
Azərbaycan tarixindən yüz şəxsiyyət-20
Uşağa süd vermək inadcıl mərəzdən qurtarır
"Ronaldu olmayan yerdə Beyl əla oynayır"
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Neft yenidən bahalaşıb
Rusiyada məktəblilər maska taxmaya bilər
Azərbaycanlı milyarder şirkətini Səudiyyə Ərəbistanından çıxarır
Sentyabr ayının qalibləri!
Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən uşaqların sayı gizli saxlanılır
Rihannadan qeyri-adi FOTOsessiya
Dövlət qulluğuna qəbul başladı
Türkiyə Ordusu Ermənistan sərhədində
“Taxt-tac oyunları”nın məşhur aktyoru vəfat edib
Deniz Çakıra 1il həbs cəzası!
Hamiləliyin uyğun dövrü müəyyənləşib
Aprel ayı üçün bayram və tarixi günlər
Əfv olunmadı, özünə divan tutdu
Necə xoşbəxt olmalı?
Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər - VİDEO
Xorultunun səbəbləri nədir?
Məşhur aktyoru oğruya oxşatdılar-FOTO
Buzlu yollardan qəzalardan necə qorunmalı?
Məşhur cütlüyün ayrılıq səbəbi bəlli oldu-FOTO
Xərçəngin düşməni olan quru meyvələr
Aleks ağlayaraq futbolla vidalaşdı
Məşhur aktyor özündən 30 yaş kiçik sevgilisi ilə-FOTO
Məhəmməd Əmin Rəsulzadənin məzarı Azərbaycana gətiriləcək?
Bakıdan Sarkisyanın şərtlərinə cavab
Yanacaq sərfiyyatını azaldan yeni aviamühərrik hazırlanır
Yaponlar tərcüməçi eynək hazırladılar
Çatları yox edən üsul
Davamlı qaçmağın bədəndə yaratdığı dəyişikliklər
Məşhur modelin bu addımı QALMAQAL yaratdı-FOTO
Böyük yazarların gizli həyatı
Oscar tarixinin ən ikonik tərz sahibləri
Kiçicik etirafım…
- ŞƏRHLƏR