Qadin.NET / Qrip sizi tapınca...

Qrip sizi tapınca...

Qrip sizi tapınca...

Elə ki qış gəldi,havalar soyudu qrip yaxamızdan yapışır.Burun tutulur,nəfəs daralır.Aptekə baş çəkməkdən yoruluruq."Bircə bu xəstəliyin əlindən canım qurtarsaydı"-deyib,ovuc-ovuc dərman qəbul edirik.

Burnumun ucunda "Cavanlıq vidalaşmadan gedir,qocalıq isə xəbərsiz gəlir".Dahilərdən birinin dediyi bu fikir,canının qədrini bilməyənlərə tutarlı xəbərdarlıqdır.Qripi,boğaz ağrısını ciddi qəbul etməyənlər də var.Amma həkimlər qrip və boğaz ağrısını gəncliyə qənim kəsilən dəhşətli xəstəliklədən biri hesab edirlər.Çünki bu xəstəlikdən əziyyət çəkən insanlarda qocalıq prosesi sürətlənir.İmmunitet zəiflədikcə orqanizmin təsir gücü qüvvədən düşür və ağ ciyərlər normal oksigen qəbul etmədiyi üçün ürək döyüntüləri artır.Boğaz ağrıları zamanı isə iltihabın artması nəticəsində qidalanma düzgün getmir,dərmanlar da xəstəlik qarşısında aciz qalır.


Belə hallarda nənələrin məsləhəti köməyə gələ bilər.

Gözlərin yaşarması,ağır udqunma xəstəliyin ilkin əlamətləri sayılır.Nənələrimizin məsləhətinə əməl edib bir stəkan isti süd və bir kasa istiotlu umac içməklə sizi yaxalayan bəladan xilas ola bilərsiniz.Bu hələ hamısı deyil.

 

-Əvvəlcə yarpız çeynəyin.Bu zaman boğazda gedən iltihab dayanır.Müalicəni 4-5 gün davam etdirmək məsləhətdir.


-Adaçayını xırdalayıb 200 qr suda qaynadıb qarqara edin ki,boğaz ağrısı sizdən uzaq düşsün.


-Tez-tez ürək bulanmasından əziyyət çəkənlər 100 q.qızılgül ləçəyini 1 l.sirkənin içində 8 gün saxlayıb,məhlulu süzüb, bir stəkan qaynanmış suya salıb qarqara etməklə boğaz ağrısından xilas ola bilərsiz.Müalicə bir neçə gün aparılmalıdır.


-Boğaz ağrısı zamanı ağzı yara tökənlər üçün də çarə var.Mərcini qaynadın və suyunu süzün.Alınan həlimdən gündə bir neçə dəfə ilıq halda qarqara edin.

-Bir ədəd xırda doğranmış və döyülmüş baş soğanın üstünə 50 q.isti su töküb qarışdırın.Ona bir çay qaşığı bal əlavə edib yenidən qarışdırın.Yarım saat ərzində dərman hazır olur.Qarqara boğaz ağrısını daha tez aradan qaldırır.

-Boğaz və ağız nahiyələrində iltihabdan yaranan qoxuları yox etmək üçün 40 q.çökə çiçəyini,60 q.çobanyastığı çiçəyi ilə qarışdırıb,xırdalayın və bir xörək qaşığı miqdarında götürüb bir stəkan qaynar suda dəmləyin.Gündə bir neçə dəfə qarqara etməklə xoşagəlməz iydən xilas olmaq mümkündür.


Qrip sizi tapınca...
-Yuxarı tənəffüs yollarının xəstəliyi zamanı kartof qabığı dərman kimi işlədilir.Bir xeyli kartof qabığını su ilə dolu qazana töküb bişirin.Sonra başınıza dəsmal salıb onun buxarı ilə10 dəq. nəfəs alın.Bu çox yaxşı nəticə verəcək.


-Yatanda ayağınızın içinə xardal tozu səpilmiş corab geyinin.Bu zökəmə qarşı yaxşı vasitələrdən biri hesab olunur.


-Sarmısağı təmizləyib sürtgəcdən keçirin və eyni miqdarda balla yaxşıca qarışdırın.Gecə yatmazdan əvvəl ondan bir xörək qaşığı götürüb bir stəkan isti suda çalın.Həll olunan kimi için.Bir neçə gündən sonra sağlamlığınız bərpa olunacaq.


-Çuğundur suyu da zökəmə qarşı mübarizədə köməyinizə çata bilər.Onu qaynadıb şirəsini çıxardın və gündə 4-5 dəfə burun deşiklərinə damızdırın.

-Bərk zökəm olanda hər 2-3 saatdan sonra bir xörək qaşığı balla qarışdırılmış soğanı qəbul etməyi məsləhət görənlər səhv etmirlər.Çünki soğanın tərkibində doğrandığı zaman ayrılan xardal yağı var.O da antibiotik kimi təsir göstərir.

 

7 yanvar 2013
GO BACK