Onaqra
(lat. Epilobium)
Azərbaycanda bu bitkinin 16 növü yayılıb. Dərman məqsədilə onaqranın çiçəkli hissələrini yay fəslində toplayaraq açıq havada qurudandan sonra xırdalayır və sulu dəmləmə hazırlayıb baş ağrılarında, yuxusuzluqda, eləcə də sidikqovucu dərman kimi istifadə edirlər. Yarpaqlarının toz halını açıq yaraların və kəsiklərin üstünə səpib sarıyırlar.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan 2 xörək qaşığı 1 stəkan qaynar suda 40 dəqiqə dəmləyib, sonra süzüb xörək qaşığı ilə gündə 3-4 dəfə daxilə qəbul edilir.
Ononis
(lat. Ononis)
Ononis izoflavon qlikozidi ononinlə və onoserolla zəngin bitkidir. Onun köklərindən istifadə olunur. Qurudulmuş köklərindən sulu bişirmə-dəmləmə hazırlayıb böyrək və sidik yolları xəstəliklərində sidikqovucu, babasildə isə iltihabı aradan qaldırıcı və qankəsici kimi istifadə edirlər.
İstifadə qaydası: babasil xəstəliyində bitkinin qurudulmuş və xırdalanmış köklərindən 10 qram götürüb yarım litr suda 1-2 saat dəmləyərək süzüb yeməkdən qabaq gündə 3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
Pıtraqotu
(lat. Xanthium)
Azərbaycanda pıtraq geniş yayılıb. Onun köklərindən istifadə olunur. Köklərini yay fəslində toplayır soyuq su ilə yuyub təmizləyir, sonra xırda-xırda doğrayıb açıq quru havada qurudurlar. Qurudulmuş köklərindən sulu dəmləmə hazırlayaraq mədə xorasında, şəkərli diabetdə, böyrək daşlarında, maddələr mübadiləsi pozğunluğunda istifadə edirlər.
İstifadə qaydası: pıtrağın qurudulmuş köklərindən 3-4 xörək qaşığı 400 ml suda 1-2 saat müddətində dəmləyib, isti halda süzürlər, üstünə 2-3 ç.q bal əlavə edib qarışdırandan sonra gündə 3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.
(lat. Symphytum)
Azərbaycanda bitkinin 3 növü yayılıb. Dərman məqsədilə xəndəkotunun köklərindən istifadə olunur. Qurudulmuş köklərindən dəmləmə-bişirmə formasında, mədə bağırsaq xəstəliklərinin müalicəsində, ishalda və dizenteriyaya qarşı qəbul edirlər.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış köklərindən 2 xörək qaşığı 2 stəkan qaynar suda 40-60 dəqiqə dəmləyib, gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
Sədo ağacı
(lat. Ruta graveolens)
Sədo efir yağlı bitkilərdəndir. Dərman məqsədilə yarpaqlarından istifadə edilir. Yarpağının dəmləməsini həzm prosesini yaxşılaşdıran və iştahartıran dərman kimi qəbul edirlər. Sədo yarpaqlarının çayı daxili orqanların qan dövranını tənzimləyir, ürəyin ritmini seyrəldir, başgicəllənməni aradan qaldırır və sinir sistemini sakitləşdirir.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı 2 stəkan qaynar suda 40-60 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Batil evlilik inancları
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Azərbaycan vikipediyaçılarının birinci milli forumu keçirildi - FOTO
İlham Əliyev: Avropa yeni enerji mənbəyi qazanacaq
"Bakı-2015"i Ermənistan televiziyası yayımlayacaq
Bu göldə çimənlərin saçları saralır
Eser Yenenler bal ayına 120 min xərclədi-FOTO
AŞPA-da Ermənistanın girov götürdüyü azərbaycanlılarla bağlı qərar
Ayaqların şişməsinə qarşı effektiv vasitə
Oqtay Əsədov imperatorla görüşdü
Yaz aylarındakı toya necə hazırlaşmalı?
Məşqlər və miflər: kimə nə olmaz?
Burak və Fahriyənin toyundan FOTO-lar
Köhnə-yeni prezident
Əsəbilik, yorğunluk və yuxusuzluq
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Mel Gibson evlənir
Putindən növbəti qadağa
ABŞ-da 10 nəfər soyuqdan öldü
Eminin geyimi diqqət çəkdi-FOTO
Azərbaycanda uşaqlara qadağa gələcək?
Rusiyanın Azərbaycan pomidor və almasına qadağa qoyması ilə bağlı AÇIQLAMA
Kişilər qadınlarda nə axtarır?
Yaralı əsgərimiz Şuşa qələbəsini xəstəxana pəncərəsində qeyd etdi - VİDEO
Maradona vəfat etdi
Qutunu açanda ölümcül infeksiyaya yoluxdu - FOTO
Faizlər ləğv olunacaq
Uşaqlar üçün paltolar
Dünyadakı ilklər
Gül dəstələri
Bir həftəyə 10 kq arıqladım
Yoqanın faydası nədir?
""McDonalds" Azərbaycan gənclərini məhv edir"
"Ufak Tefek Cinayetler" serialının rejisoru Bakıya gəlir-FOTO
Qadınların münasibətlərdə yaşadığı problemlər
Müsəlman xanımın modası
Xəzər dənizi sürətlə quruyur
2020 Yaz Kolleksiyası
Sərdar Ortaç qız atası olmağa qərar verib
Türkiyənin Milli Müdafiə naziri: “Azərbaycanda özümüzü həqiqətən vətənimizdə hiss edirik”
Sınaqdan çıxmış cavanlıq cövhəri
Hələ yaşamağa dəyər
Onların dərsi 30 dəqiqə olacaq
Ağız qoxusuna diqqət edin
Xaçmazın qalmaqallı “Telefonçu qız” abidəsi götürüldü
Azərbaycana yay havası gəlir
Bərdədə şəhid ailəsi daxmada yaşayır
Cəbhədə güllə səsi eşidilməyən bir saat da olmur
Müəllimlərin maaşlarının artma cədvəli
“Qarabağ” gedir
- ŞƏRHLƏR