Əsəb narahatlığı müxtəlif amillər və səbəblərlə bağlıdır. Bu narahatlığın aradan qalxmasında əsas şərtlərdən biri, insanın iradəli olmasıdır. Belə olduqda bədənin müqaviməti artır, o, xəstəliyə üstün gəlir. Bununla yanaşı, əsəb zəifliyi törədən amillərə qarşı müalicə aparmaq lazımdır. Həssas adamlar əsəb xəstəliyinə daha tez tuturlar.
Bir sıra qidalar əsəblərin möhkəmlənməsində mühüm rol oynayır. Bu baxımdan armud, yumurta, süd, düyü, lobya, noxud, kartof, kələm, kahı, çörək, alma, zeytun yağı, təzə xama, pendir, badam içi kimi qida məhsulları mühüm əhəmiyyət daşıyır.
Əsəb zəifliyi olan şəxslərdə adətən yuxusuzluq halları da müşahidə edilir. Belə şəxslər ilk növbədə yuxusuzluğa qarşı mübarizə aparmalıdır. Təsirli müalicə üsullarından biri açıq havada gəzinti, çimmək, müxtəlif əyləncə ilə məşğul olmaqdır. Əsəb xəstəliyi zamanı xüsusilə ürəyin qayğısını çəkmək lazımdır.
Bir sıra mənfi amillər,nigarançılıq, təngə gəlmək və s. yorğunluqa və nəticə etibarilə əsəblərin zəifləməsinə səbəb olur. Həddindən çox yorğunluq əsəbləri qıcıqlandırır, yuxusuzluq baş verir, qan təzyiqi yüksəlir, ürək zəifləyir. Bu cür zəif adamlar yemək rejimini gözləməli, özünü çox yormamalı, yuxu rejimini saxlamalıdırlar.
Əsəbi yorğunluq və narahatlıq hallarında, bir sıra bitki mənşəli dərmanların işlədilməsi müsbət təsir göstərir. Çobanyastığı çiçəyi yorğunluq, əsəb ağrıları və başağrıları zamanı faydalıdır. Bunun üçün 1 xörək qaşığı quru çiçəyi 100q qaynayan suda 1 saat dəmə qoyur, sonra süzərək bir azca şirin edir və işlədirlər.
Əsəb pozğunluğunda 15,30q quru razyananı xırdalayıb 1L soyuq suya tökür, od üzərində 1 dəq qaynadırlar. Sonra onu 10 dəq ərzində dəmə qoyur, süzüb bir az bal əlavə edərək yeməkdən sonra 1fincan işlədirlər. Bu zaman baş ağrısı dayanır, yuxu gəlir və əsəblər sakitləşir. Bu baxımdan 10q pişikotu kökünün 1L suda qaynamasından alınan məhlul da faydalı sayılır.
Əsəbi hallardan sonra, çox fikirli və qəmli olarkən, 50 q-dək reyhanı (çiçək və yarpağı ilə birlikdə) 1L qaynanmış suda bir müddət dəmə qoyub süzür, bal ilə şirinləşdirib, yeməkdən sonra 1 fincan içirlər. Əsəbləri möhkəmləndirmək üçün badamı suda isladaraq qabığını soyub yemək məsləhətdir. Hər dəfə 10 ədəd badam yemək tövsiyə edilir.
Zehni əməklə məşğul olan şəxslər yorğun və əsəbi olurlar. Onlar üçün yemək zamanı mərcimək və ərik işlətmək məsləhət görülür. Kahı əsəbilik, yuxusuzluq, əsəbdən olan üz ağrıları, ürək döyüntüsü, əsəbi qıcıqlar və öskürək zamanı məsləhət görülür.
Çox yorğun olan və əsəbi narahatlıq keçirən adamlar üçün bal ən yaxşı qidalardan biridir. Alma, ərik və limon şərbəti də əsəbləri möhkəmləndirir, zehni fəaliyyəti gücləndirir. Əsəbi böhran və gərginlik hallarında portağal və naringi yemək əsəbi amilləri tənzimləməyə kömək edir.
Əsəb xəstəliyi olanlar dağətəyi yerlərdə, yaxşı abhavası olan yaylaqlarda, sakitlik şəraitində istirahət etməlidirlər.
Yuxusuzluğu törədən səbəblər müxtəlif ola bilər. Bundan asılı olaraq, yuxusuzluğu aradan qaldırmaq üçün müvafiq tədbirlərdən istifadə olunur.
Bəzi hallarda yuxusuzluq həzm prosesinin pozulmasından irəli gəlir. Belə olduqda ürəyin fəaliyyəti pisləşir, qan dövranının normal davam etməsi pozulur. Bu zaman həzm prosesini gücləndirən tədbirlər görmək lazımdır.
Yataq yeri rahat, otağın havası təmiz, qış zamanı yatarkən ayaqlar isti olmalıdır. 25q təzə dərilmiş və ya quru itburnu meyvəsini 1L soyuq suda 3 saat isladırlar. Sonra mülayim od üzərində 5 dəq qaynadır, 15 dəq dəm aldıqdan sonra süzüb bir azca şirin edərək, gün ərzində bir neçə dəfə içirlər.
Yuxusuzluq və əsəbi narahatlığı olan adamlar, şam yeməyi zamanı kahı yeməlidirlər. Axşamlar yatmazdan əvvəl alma yemək də bu baxımdan faydalıdır. Belə adamlar özlərinin yemək rejimlərini elə tərzdə tənzim etməlidirlər ki, ardıcıl sürətdə çox ət, yumurta və tərkibində nişasta olan başqa yeməklərdən bir növ pəhriz saxlamış olsunlar. Bunun əvəzində yemək zamanı daha çox göyərti və turş meyvələr, o cümlədən limon işlətmək məsləhətdir.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR