Qadin.NET / Bitkilər və təbabət (son)

Bitkilər və təbabət (son)

Bitkilər və təbabət (son)

Onaqra

(lat. Epilobium)

Azərbaycanda bu bitkinin 16 növü yayılıb. Dərman məqsədilə onaqranın çiçəkli hissələrini yay fəslində toplayaraq açıq havada qurudandan sonra xırdalayır və sulu dəmləmə hazırlayıb baş ağrılarında, yuxusuzluqda, eləcə də sidikqovucu dərman kimi istifadə edirlər. Yarpaqlarının toz halını açıq yaraların və kəsiklərin üstünə  səpib sarıyırlar.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış otundan 2 xörək qaşığı 1 stəkan qaynar suda 40 dəqiqə dəmləyib, sonra süzüb xörək qaşığı ilə gündə 3-4 dəfə daxilə qəbul edilir.

Bitkilər və təbabət (son)

Ononis

(lat. Ononis)

Ononis izoflavon qlikozidi ononinlə və onoserolla zəngin bitkidir. Onun köklərindən istifadə olunur. Qurudulmuş köklərindən sulu bişirmə-dəmləmə hazırlayıb böyrək və sidik yolları xəstəliklərində sidikqovucu, babasildə isə iltihabı aradan qaldırıcı və qankəsici kimi istifadə edirlər.
İstifadə qaydası: babasil xəstəliyində bitkinin qurudulmuş və xırdalanmış köklərindən 10 qram götürüb yarım litr suda 1-2 saat dəmləyərək süzüb yeməkdən qabaq gündə 3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.

Bitkilər və təbabət (son)

Pıtraqotu

(lat. Xanthium)

Azərbaycanda pıtraq geniş yayılıb. Onun köklərindən istifadə olunur. Köklərini yay fəslində toplayır soyuq su ilə yuyub təmizləyir, sonra xırda-xırda doğrayıb açıq quru havada qurudurlar. Qurudulmuş köklərindən sulu dəmləmə hazırlayaraq mədə xorasında, şəkərli diabetdə, böyrək daşlarında, maddələr mübadiləsi pozğunluğunda istifadə edirlər.
İstifadə qaydası: pıtrağın qurudulmuş köklərindən 3-4 xörək qaşığı 400 ml suda 1-2 saat müddətində dəmləyib, isti halda süzürlər, üstünə 2-3 ç.q bal əlavə edib qarışdırandan sonra gündə 3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edirlər.

Bitkilər və təbabət (son)
Xəndəkotu

(lat. Symphytum)

Azərbaycanda bitkinin 3 növü yayılıb. Dərman məqsədilə xəndəkotunun köklərindən istifadə olunur. Qurudulmuş köklərindən dəmləmə-bişirmə formasında, mədə bağırsaq xəstəliklərinin müalicəsində, ishalda və dizenteriyaya qarşı qəbul edirlər.

İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış köklərindən 2 xörək qaşığı 2 stəkan qaynar suda 40-60 dəqiqə dəmləyib, gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.

Bitkilər və təbabət (son)

Sədo ağacı

(lat. Ruta graveolens)

Sədo efir yağlı bitkilərdəndir. Dərman məqsədilə yarpaqlarından istifadə edilir. Yarpağının dəmləməsini həzm prosesini yaxşılaşdıran və iştahartıran dərman kimi qəbul edirlər. Sədo yarpaqlarının çayı daxili orqanların qan dövranını tənzimləyir, ürəyin ritmini seyrəldir, başgicəllənməni aradan qaldırır və sinir sistemini sakitləşdirir.
İstifadə qaydası: bitkinin qurudulmuş və xırdalanmış yarpaqlarından 1 xörək qaşığı 2 stəkan qaynar suda 40-60 dəqiqə dəmləyib gündə 4 dəfə, hər dəfə 1/2 stəkan içirlər.

12 iyun 2014
GO BACK