Hərarət termometr adlanan cihazla ölçülür. Termometrlər müxtəlif cür olur. Termometr havanın, suyun, insanın temperaturunun isti və soyuqluğunu təyin etmək üçündür. Sağlam adamın bədənində temperatur sabit olur, səhər və axşam temperaturları arasında az fərq olur. Belə hesab edilir ki, normal temperatur 37 dərəcədən yuxarı qalxmamalıdır.
Uşaqlarda bədənin temperaturu bir qədər yuxarı, yaşlılarda isə bir qədər aşağı olur. Düz bağırsaqda və uşaqlıq yolunda temperatur qoltuq və qasıq nahiyələrində olduğundan 1 dərəcə yüksək olur. Xəstə insanın bədəninin temperaturunu ölçmək və ona nəzarət etmək lazımdır. Çünki bədənin temperaturunun dəyişməsi, onun qalxıb-enməsi, xüsusən də qalxması qıcolmaya və başqa mənfi nəticələrə gətirib çıxara bilər. Bədənin temperaturu ancaq tibb termometri ilə ölçülməlidir.
Tibb termometri şüşə kapillyar borucuq şəklində olub, ucunda civə ilə dolmuş rezervuar vardır. Borucuq Selsi ilə 34 dərəcədən 42 dərəcəyə qədər bölgüləri olan şkalaya bərkidilmişdir.
Tibb termometri maksimal termometrdir, belə ki, kapilyarlarının üzərindəki damarla civəyə istilik təsiri qurtardıqda onun geriyə-rezervuara axmasına mane olur. Civənin rezervuara qayıtması üçün onu bir neçə dəfə silkələmək lazımdır.
Termometri yerə salmaq olmaz, yaxınlıqdakı əşyalara dəyməməsi üçün ehtiyatlı olmaq lazımdır. Onu dibinə pambıq qoyulmuş və üstündən dezinfeksiyaedici məhlul tökülmüş bankada və ya stəkanda saxlayırlar.
Hər xəstənin temperaturunu ölçdükdən sonra məhlul olan qaba salıb çıxarmaq və yaxşıca silmək, sonra silkəliyərək civəni 35 dərəcədən aşağı salıb başqa xəstənin temperaturunu ölçmək olar. Termometri xəstəyə verməzdən qabaq qoltuq çuxurunu yoxlayır və yaxşıca silirlər. Termometri elə qoymaq lazımdır ki, civəli hissəsinin hər tərəfi qoltuq çuxurunun ən dərin yerində bədənə toxunsun.Termometr ən azı 10 dəqiqə qalmalıdır. Termometrlə bədənin arasına paltar girməməlidir. Zəif xəstələrin qolunu kip tutmaq lazımdır ki, termometr düşməsin.
Çox zəif və ağır xəstələrdə temperaturu düz bağırsaqdan ölçmək olar, lakin burada istilik 0,5 ya da 1 dərəcə yuxarı olacaq. Termometri bağırsağa salmamışdan qadaq vazelin, ya da hər hansı yağla yağlamaq lazımdır. Xəstə böyrü üstə uzanmalı və qəti tərpənməməlidir. Termometrdən istifadə etdikdən sonra onu təmiz yumaq, spirtlə silmək, yaxud hər hansı dezinfeksiyaedici məhlulla dezinfeksiya etmək lazımdır.
Uşaqların temperaturu qasıq büküşündən ölçülür. Bunun üçün uşağın ayaqlarını çanaq-bud oynağında qatlayıb əmələ gələn büküşə termometri qoyurlar.
Temperatur 37 dərəcədən yuxarı olduqda bu, hər hansı bir xəstəliyin başlanğıcına işarədir. Əgər temperatur 38 dərəcədən yuxarı olarsa, mütləq həkimə müraciət etməli və qızdırma salıcı dərmanlardan istifadə olunmalıdır.
Civəli termometrlərdən başqa elektrotermometrlərdən də istifadə edirlər. Bunlar kütləvi müayinələr aparmaq, müəyyən bir nahiyədə dərinin və selikli qişaların ölçülməsi üçün əlverişlidir.
XƏBƏR LENTİ
Bakıda ev tikərkən sənəd, yoxsa "uçastkovunun payı"?
Diplomatik korpusun nümayəndələri urbisidə məruz qalmış Ağdamda
Azərbaycanda boşanmaların sayı açıqlandı
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Bu gündən 17 marşrutun hərəkət sxemi dəyişdirilib
Kosmetik vasitələrdən istifadə qaydaları
Yeni Türkiyə gözəli odur - FOTO
Mehriban Əliyevaya BMT-nın Əhali Fondunun xatirə diplomu və hədiyyəsi təqdim edilib
Günün ulduz falı
20 Yanvar günü onun da qiymətini qaldırarlarmı?
Aqillərin inamına görə...(3)
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
“Ələkbər əmi”nin nağılı
Bu gündən payız başlayır
Padşahlar da sevərmiş...
Giləmeyvəli sufle
Günəş tutulması başladı
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 106 yeni yoluxma faktı - RƏSMİ
Sarkisyanla bağlı şok etiraf
Gürcüstanda COVID-19-a görə fövqəladə vəziyyət elan olundu
Tavada gümüşü daban balığı (foto-resept)
Soğanın faydaları
Azərbaycan dili - XI dərs
Peris Hiltonun səs-küylü AD GÜNÜ-FOTO
Dikkensdən Qoqola ədəbiyyatda yeni il ənənəsi
Labirint (3)
Türk kəndində "cəhənnəmə qapı" yarandı
Ərdoğanı güldürən uşaq
400 il işləyəcək batareya yaradıldı
Azərbaycanda siqaretlərin yeni qiymətləri - SİYAHI
Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Sırğalar
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
71 yaşlı Ajda Pekkan ana olmaq istəyir
Bakı 4-cü yerdədir
Marsda yadplanetlilər üçün ideal yer aşkarlandı – 2020-ci ildə…
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Nazirlik boya sexini məhkəməyə verdi
Azərbaycana ərə gələn Xəzər Xaqanının qızının cehiz SİYAHISI
Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ
Dünya qaranlığa qərq oldu
İndoneziyalı dizayner hər kəsi şoka saldı-FOTO
Rəqəmləri birləşdir-3
Souslu kələm salatı (foto resept)
Berlin “soyqırım” deməyibmiş
Erməni xisləti: nankorluq!
Kubilay karantin günlərindən danışdı
Tükənmişlik sindromu nədir? - Əlamətlər
Məşhur atalar və oğulları
- ŞƏRHLƏR