Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
Milli.Az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamladılar.Görüşdə Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirdi. Birinci xanım Mehriban Əliyeva qeyd etdi ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Azərbaycanın birinci xanımı vurğuladı ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar."Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib", - deyən Heydər Əliyev Fondunun prezidenti bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirdi. Müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyini vurğulayan birinci xanım Mehriban Əliyeva məişət zorakılığına son qoymaq sahəsində ölkəmizdə görülən işlərdən danışdı. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söylədi.Azərbaycanın birinci xanımı BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğuladı və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu dedi.Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söylədi. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğuladı.Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nın Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...

XƏBƏR LENTİ
“TikTok” rəhbərliyindən Trampa cavab
İlham Əliyev Dövlət Agentliyini ləğv etdi
Pərvin Dinçərdən üz maskaları (2)
"Vetnamka" tortu (foto resept)
Arıqladan pomidor suyu
"Avropalı gənc öz toyunda "Vağzalı çaldırırmı? Xeyr!"-Millət vəkili
Bu günün tarixi (21.09.2014)
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Məhkəmə Nərminin qatilinə həbs QƏRARI VERDİ
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
Sobada gül kələmi (video-resept)
Spirtli içkilərin orqanizm üçün faydası mifdir
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Dünyanın ən ağır müsəlman uşağı doğuldu
Şokoladlı tort (foto resept)
Kişilərin cəlbedici hesab etdiyi qəribə davranışlar
Ahmet Kural evlənir - FOTO
Günün ulduz falı
Yeni təhlükəli virus yayılıb - Meymun qripi
Qeyri-adi mebellər
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Hakerlər “Eurovision”un yayımına müdaxilə ediblər
Sara Sampaionun gözəllik sirləri
Siqaret tərgitmək üçün.
Hayde Bruneder: "Azərbaycan gimnastları böyük irəliləyişlərə nail olublar"
Bu şəxs oyuncaqla evləndi-FOTO
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Piroq
Gürcüstanda həyat yenidən dayandı
Günün ulduz falı
İnsanı gəncləşdirən ərzaqlar
Uşaqlar niyə oğurluq edirlər?
Demet Akalın 3 milyon qazanacaq-FOTO
Porsche Macan 4 silindrli olacaq - FOTO
Həzm sistemini gücləndirən üsullar
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi - VİDEO
Bakının mərkəzində "ayı" peyda oldu
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Əl və ayaqlara qulluq
Azərbaycanda havanın temperaturu xeyli yüksələcək
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Sadə ziyafət donları
Günün qoroskopu: vədlər çox, əməllər isə...
Bakının bir hissəsində internet çökdü
Azərbaycanda ödənişli yollar: haradan başlayacaq?
Putin: Azərbaycanın dünya arenasında nüfuzu artır
2018-ci il bu telefonların ili olacaq - FOTO
Leçolu-toyuqlu pide (foto resept)
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
"Ağıllı" texnologiyalar insana qarşı
