
Fyodor Dostoyevskinin “Yolka şənliyindəki uşaq” hekayəsində soyuqdan donub dodaqlarında təbəssümlə ölən körpəni, yaxud Leonid Andreyevin hekayəsindəki “pis” uşaq Sankanın çırağının istisindən əriyən mələyi xatırlayın. Müqəddəslərlə bağlı hekayələrə bir çox yazıçıda rast gəlirik – Bunin, Çexov, Kuprin və s.-də. Müasir dövrdə isə bu ənənəni davam etdirənlərdən biri Olesya Nikolayevadır.
Amma Nikolay Qoqolun “Miladdan öncəki gecə” əsəri hekayə deyil, folklor əsasında yazılmış nağıldır. Bu nağılda biz bütpərəstlik ənənələrinin xristian bayramı ilə necə uzlaşdığını görürük. Əlbəttə ki, bütün xalq nağılları və süjetləri qədim inancları əks etdirir. Çap ədəbiyyatında ilk dəfə 1840-cı ildə V.Odoyevskinin “İriney babanın nağılları” toplusunda meydana çıxan, qış soyuğu və şaxtanın sahibi olan Şaxta Baba da bütpərəstlik ənənələrindən irəli gəlirdi. Onu da qeyd etmək lazımdır ki, Şaxta babanın nə Milada, nə də Yeni ilə aidiyyəti vardı. 24 dekabrdan 25 dekabra keçən gecə yeni günəş – Kolyadanın doğulması qeyd olunurdu. Şaxta babanın Miladla əlaqələndirilməsi isə yalnız XIX əsrin sonlarında, II Aleksandr rus torpağında Avropanın Santa-Klausunu dəbə sala bilmədikdə baş verdi.
İnqilabdan sonra Şaxta Baba Milad bayramı ilə birlikdə yoxa çıxdı, 1930-cu illərdən etibarən isə “reabilitasiya” olundu. Həmçinin sovet ədəbiyyatında Avropa ədəbiyyatında heç bir zaman baş verməyən hal – milad nağıllarının yoxa çıxması baş verdi. Rus nağılları yeni il nağıllarına çevrildilər, məsələn, Samuil Marşakın “On iki ay”ında olduğu kimi.
Maraqlıdır ki, cürbəcür xalqlarda nağıl süjetləri təkrarlanır: Qrimm qardaşlarının “Fırtına nənə” nağılı rusların ögey qızın yaxşılıqlara görə mükafatlandırılması, ögey ana və qızlarının isə pisliklərinə görə cəzalandırılmasından bəhs edən “Morozko” nağılına bənzəyir.
Santa Klausun da taleyi ağır olub. Çoxları bilir ki, Santa Klaus obrazı öz pullarını kasıb ailələr və uşaqlara paylayan Müqəddəs Nikolaydan götürülüb. Ona görə də Avropada rahiblər onun anım günündə, sonradan isə Milad günündə də uşaqlara hədiyyələr – şirniyyatlar verməyə başladılar. Lakin Santanın bugünkü obrazı Amerikalı Klement Murun 1823-cü ildə yazdığı “Müqəddəs Nikolayın gəlişi” adlı uşaq şeirindən sonra yaradıldı. Bu şeirdə onun xizəyi və maralları vardı, o, bacadan içəri girərək qurumaq üçün sobanın ətrafına sərilmiş corabların içinə hədiyyələr qoyurdu.
Milli ənənələrə gəlincə, qış gün dönümünü qeyd edən bir sıra xalqlar olub. Almanlar bu bayramı “Yol” (“Йоль”) adlandırırdılar, “yolka” sözü və onu bəzəmək adəti öz başlanğıcını məhz bu bayramdan götürür. Bundan başqa onların taxta parçasını yandırmaq kimi adətləri də vardı ki, bu da yeni günəşin yanmasına kömək mənasını daşıyırdı. İspaniyada indiyədək evə kötük qoyub ona təpik ilişdirmək adəti var, bu da onun qış bayramında hədiyyələr gətirəcəyi inancından irəli gəlir. Pirotexnika isə Çindən gəlmişdir, orada bundan cinləri qovmaq üçün istifadə olunurdu. Yaponiyada isə bayram zamanı məbəddə 108 dəfə zəng çalınır və hər bir zəng hansısa günahı bildirir, bu zəngləri eşitdikcə insanlar bütün mümkün günahları xatırlayırlar ki, onları yeni ildə etməsinlər.
Mənbə: Lent.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu gün “Son zəng” qeyd olunur
İnstagram-da şəkil paylaşdı, ölümlə hədələndi - FOTO
Yeni rekord vuruldu
Şəkər uşaqların hisləri ilə oynayır
Paltaryuyan maşını necə təmizləməli?
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
"Fənərbaxça"dan şok addım
"Onlar geri qaytarılacaq"
Sabah da yağış yağacaq
Bu qadın 20 ildi yaşıl geyinir - FOTO
BÜRCLƏR bizə nə vəd edir?-20 noyabr
Prezident İbrahim Məmmədovla bağlı sərəncam verdi
Övladlarınız haqda bilmədikləriniz şok faktlar: bir şəkil yetər
Uşaqların istedadını üzə çıxarmaq üçün...
Kate Middletondan gözəl saçlar üçün tövsiyyələr
Hava haqqında
Azərbaycanlı boksçu erməninin "çənəsini oynatdı"
Koronavirusla qripi ayırd edən test hazırlanır - Nazirlik hərəkətə keçdi
Toy günü gözəl görünmək üçün tövsiyələr
Azərbaycanda kolleclərə qəbulda yenilik
“Qanlı alma” ilə bağlı optik illüziya görənləri çaş-baş qoydu - VİDEO
Sabirabad "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb
Kukla teatrı balacaları sevindirəcək
Oktyabr ayının qalibləri!
Boliviya ilk peykini buraxdı
Prezident Davosda görüş keçirdi
"Müharibəyə hazır olun"
ŞOK iddia: "Qızıl top"un qalibi artıq seçilib
Hansı meyvə suları ürək üçün faydalıdır?
Azərbaycanda sümük iliyinin transplantasıyasına başlanıldı
Azərbaycan qızıl və gümüş istehsalını artırdı
Barış Arduç avtomobilini satdı-SƏBƏB
Yağış suyunun dəri və saçlara faydası
TƏBİB-dən Azərbaycanda koronavirusa yoluxan şəxslərlə bağlı AÇIQLAMA
Krediti və borcu olanlar qurban kəsə bilərlərmi?
Ceyda qızı haqqında yazdı-FOTO
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Toyuq və kəvərli börek (foto resept)
Bu günün hava proqnozu
Enerjimizi boş yerə xərclədiyimiz 3 hal
Psixoloji xəstəliklər - 2
Bu şəxslərə müavinət veriləcək - ÖZƏL
Məşhur aktyor Evlənir-FOTO
Zibilliyə atılan uşaq böyüyüb milyonçu oldu
Doğum sonrası psixoz: çarəsi yoxdur?
Günün ulduz falı - 06.03.2014
Bakıda "Röya adası" gerçək olur
Halloween kostyumları
Bibər sousu (foto resept)















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]