Mədəni həyatın bütün nemətlərindən istifadə edən müasir insan çox zəifləmişdir.Onun təbii qoruyucu mexanizmləri get-gedə zəifləyir.Rahat mənzil,isti paltar orqanizmin temperatur və rütübətin dəyişməsinə uyğunlaşma qabiliyyətini azaldır.
Ona görə də müntəzəm olaraq bədəni möhkəmləndirmək lazımdır ki,sinir sistemi ətraf mühitin dəyişməsinə tez cavab verə bilsin.
Bədəni möhkəm olan adamlar nəinki soyuqdəyməyə,həmçinin müxtəlif cür yoluxucu xəstəliklərə də davamlı olurlar,çünki
bədəni möhkəmləndirmək orqanizmin qoruyucu qüvvələrinin inkişafına zəmin yaradır.
Bədəni möhkəmləndirmə müntəzəm aparılmalıdır.Külək,günəş,soyuq su kimi qıcıqlandırıcılar insanlara müxtəlif cür təsir edir.Bədən möhkəmləndikcə orqanizm güclü qıcıqlara alışır və lazım gəldikdə uyğunlaşır.Ona görə də bu reaksiyanı saxlamaq üçün bədəni daima möhkəmləndirmək lazımdır.
Bədəni möhkəmləndirməyə zəif qıcıqlardan başlamaq və bunları o dərəcəyə çatdırmaq lazımdır ki,bu qıcıqlara yaxşı dözüm yaransın.Yaşlı adamlar və xəstəlikdən sonra qüvvəsini bərpa edənlər daha ehtiyatlı olmalıdırlar.Onlar bədəni möhkəmləndirməmişdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Bədəni möhkəmləndirməyə yayda,isti havalarda günəş vannası qəbul eləməkdən başlamaq olar.
Sonra hava vannasını daha sərin havalarda da qəbul eləməyə keçmək məsləhət görülür.
Hava vannası, yüyürmək
Və gimnastika terminləri ilə əlaqələndirmək yaxşıdır.
Bədəni soyuq su ilə silməyə,ya da soyuq duş qəbul etməyə ilıq(otaq havası temperaturunda) sudan başlayır,sonra get-gedə suyun temperaturunu azaldırlar.3-4 günlük hazırlıqdan sonra səhhətdən,yaşdan və fərdi xüsusiyyətlərdən asılı olaraq dəniz,göl və hovuzda çimməyə və günəş vannası qəbul eləməyə keçmək olar.
Açıq su hovuzlarında çimərkən yadda saxlamaq lazımdır ki,bədən çox isti ikən (müəyyən oyundan və ya idmandan sonra) soyuq suya girmək olmaz,bədən əvvəlcə soyumalıdır.Temperaturun kəskin dəyişməsi orqanizmin xəstəliktörədici
mikroblara qarşı müqavimətini azaldır.Bu ən çox ürək damar xəstəlikləri olan adamlar üçün qorxuludur.Bundan başqa,
temperaturun kəskin dəyişməsi dodaqlarda və üzdə uçuq törədən virus xəstəliklərinin də əmələ gəlməsinə şərait yaradır.Dəniz,ya da çay kənarında sifətində uçuq olan nə qədər adama rast gəldiyinizi xatırlayın.
Hovuza girməmişdən əvvəl ilıq duş altında yaxalanın,bununla siz bədəninizdə qan axınını tənzimləyərsiniz.Bədəndən xlorlu suyun qalıqlarını yumaq və onun dəriyə qıcıqlandırıcı təsirini yox etmək üçün hovuzdan çıxandan sonra da duş altında yaxalanın.Dənizdə çimmək orqanizmə bir çox cəhətdən müsbət təsir göstərir.Buraya həm suda həll olmuş duzlar,həm dəriyə və əzələlərə massaj kimi təsir göstərən dalğalar,həm də tənəffüs yollarına aerazol kimi nüfuz edən havadakı xırda dəniz suyu damlaları aiddir.
Sobereya ,sızanaqlar və civzələr kimi dəri xəstəliklərinin birinci və əvəzedilməz dərmanı günəşdir.
Yaydakı hazırlıqdan sonra bədəni möhkəmləndirməni payızda və qışda da davam etdirmək lazımdır.Bundan sonrakı möhkəmləndirmə tədbirlərinə bədənin soyuq su ilə silinməsi,soyuq duş qəbulu,açıq pəncərə qarşısında gimnastika etmək və yatmaq aiddir.Bundan başqa,hər gün havanı nəzərə almadan gəzintiyə çıxmaq da yaxşı təsir göstərir.
Əgər siz gələn yaza qədər bu proqrama riayət etsəniz nəticəsini görəcəksiniz.Görəcəksiniz ki,yuxunuz yaxşılaşıb,baş
ağrınız keçib,iş qabiliyyətiniz artıb.
Daima sağlam və gümrah olmaq diləyi ilə.
XƏBƏR LENTİ
"Xalq boş vədlərdən yorulub"
BALLI TORT (foto resept)
Qozlu keks (foto resept)
45 dəqiqədə aşiq edə bilərsiniz
Sərt karantin günlərində növbətçi apteklər işləyəcək? - RƏSMİ
Gözəl qarına sahib olaq
Ziya Məmmədov mükafat verdi
Ukraynadakı azsaylı xalqlar millətlərarası münasibətlərin siyasiləşdirilməsinin əleyhinə qətnamə qəbul edib
Hər şeyinlə əzizsən!
Binalara baxış keçirilir
Çəhrayı maska nədir?
Facebook-a çoxdan gözlənilən funksiya gəlir
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
ETİRAFLAR:"Yeməyə nifrət etmək istəyirəm!"
Saçınızı düzləşdirmək üçün fenə ehtiyac yoxdur!
Moskva Qarabağdan gətirilən "Artsax" arağının satışına icazə verib
Bu ölkədə pulsuz evlər paylanacaq
Keyt Middlton və Meqan Markl arasındakı "mübahisə" filmə çevrildi-VİDEO
Duzun keyfiyyətini necə yoxlayaq?
Dəb dünyasının yeni rəngi: Neon
Qəhramanların qeyri adi qorxuları...
Kosmetika məhsullarını alarkən nəyə diqqət etməlisiniz?
Zirəddin Rzayev koronavirusla bağlı danışdı - VİDEO
Badamın faydaları
Əzələ yığmaq istəyənlər üçün tövsiyələr
Əliyev Avropaya dərs keçdi
Günün ulduz falı
Bakının 26%-i təhlükədədir
Günün ulduz falı
HAVA necə olacaq?-31 dekabr
Acundan "O səs Türkiyə" ilə bağlı açıqlama
“UNESCO ilə münasibətlər yeni mərhələyə qədəm qoyub”
Kim hansı vitamini qəbul etməlidir?
Serialların dillər əzbəri olan sevgiləri
Bakının böyük təhlükəsi
Əliyev-Sarkisyan görüşünün vaxtı bilindi
Estetik əməliyyatsız qala bilməyən qız-FOTO
Tatlısəs 118 min təzminat istəyir
Çeçələ barmağının sirləri
Gündə 22 saat oruc tutur
HAVA necə olacaq?- 7 MAY
Göz makiyajı
Sia iki gənci övladlığa götürüb - VİDEO
İsti havada məşqlərə diqqət
Ayaqqabı modelləri
"Yeşilçam"ın məşhur aktyoru öldü
Gündəlik yaz-yay geyimləri
2013-cü il ən isti illərin onluğuna düşəcək
Sizi arıqladan 25 qida (1-ci hissə)
Aleynanın evdən köçmə səbəbi hər kəsi təəccübləndirdi-FOTO
- ŞƏRHLƏR