Çörək çəki problemi olanlarda ilk günahlandırılan qidadır. Əslində çörəyin kalorisi sanıldığı qədər yüksək deyil. Çörəkdən çox istifadə etməyimiz artıq çəkili olmağımızın ilk səbəbi deyil.
Üç növ yemək qrupu vardır: karbohidratlı yeməklər, zülallı yeməklər və yağ. Çörək, karbohidratlı yeməklərdəndir. Bədən enerjini karbohidratlı yeməklərdən alır. Karbohidrat bədənin enerji qaynağıdır. Xərclədiyimiz enerjinin, yəni əlimizi, qolumuzu, ayağımızı hərəkət etdirmək üçün ehtiyac duyduğumuz enerjini karbohidratlı yeməklərlə təmin edirik.
Orqanizm enerjini karbohidratdan ala bilməzsə, yağ və zülaldan almaq məcburiyyətində qalır. Zülal və yağ karbohidrata çevrilsə, əsl vəzifələrini yerinə yetirə bilməz və bu vəziyyətdə maddələr mübadiləsinin tarazlığı pozular. Böyrəklərimiz və qaraciyərimiz yorular. Damar tıxanmasına qədər aparan pis nəticələr ola bilər. Bu səbəbdən arıqlamaq üçün olan pəhrizlərdə çörək tamamilə çıxarılmamalıdır.
Sağlam arıqlama pəhrizində enerjinin 55-60 %-i karbohidratdan, 15 %-i zülaldan, 25 %-i yağdan təmin edilməlidir. Hər cür yeməkdən müəyyən nisbətlərdə istifadə etmək lazımdır. Gündəlik istifadə etdiyiniz bu üç cür yeməyin miqdarını azaltmaq və hərəkətinizi artırmaq sağlam arıqlamaq üçün kafidir. Uzun müddətdə yavaş-yavaş və səbrlə itirilən çəki hər zaman daha sağlamdır. Kəpəkli çörəyin kalorisi ağ çörəyə görə daha aşağıdır. Bu səbəblə arıqlama pəhrizlərində kəpəkli çörəkdən istifadə tövsiyə edilir. Ancaq kəpəkli çörəkdə olan bir maddə orqanizmə daxil olan dəmirin sorulmasına, yəni dəmirin bağırsaqlardan qana keçməsinə mane olur.
Kifayət qədər dəmir qəbul edilməzsə, qansızlıq əmələ gələ bilər. Bu səbəblə kəpəkli çörəyi həyatınızdan çıxarmadan ağ çörəyə də sağlam bir qidalanma üçün yer verməliyik. Karbohidratın azaldılmasını çörəkdən deyil, şirniyyat, xəmir işi və digər yeməklərdən etməklə kifayət qədər çörək yeməyiniz tövsiyə edilir. Hər gün ehtiyacınızdan 500 kalori az qəbul etsəniz və ya 500 kalorini idmanla yandırsanız, bir həftədə təxminən yarım kilo arıqlaya bilərsiniz. Bu da çox çətinlik çəkmədən və ən sağlam şəkildə istədiyimiz çəkiyə enib, onu qorumağımızı təmin edər.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu günün hava proqnozu
Karantinin sərtləşdirildiyi şəhər və rayonlarda 190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək - RƏSMİ
Dünyaca məşhur aktrisa öldü-FOTO
Koronavirusun asimptomatik gedişinin səbəbi bəlli oldu
Bəbiri ovlayan şəxs külli miqdarda cərimələndi
BÖYÜRTKƏN TORTU
Londonda Ermənistan səfirliyi qarşısında piket
ÜST nümayəndəsi kollektiv immunitetlə bağlı şübhələrini bölüşdü
Facebook-da YENİ FUNKSİYA
Diş sağlamlığını təhdid edən 5 yemək
“Prada” təbii xəzdən imtina etdi
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
"Pul tələb edən həkimin gözünü çıxarmaq lazımdır" - "5 nömrəli"nin baş həkimi
Gənclər üçün yeni xidmət yaradılır
Teylor Svift pərəstişkarlarına beş milyon dollar məbləğində yardım edib
217 kq arıqlayan insanın halı-FOTO
Evdə Lahmacun (foto resep)
Yuxu yozmaları - T
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan EHTİYATLI OLUN!
Alişan sevgilisinə 4 min xərclədi
Qızlar üçün məktəbli çantaları
Ronaldu PSJ klubuna keçə bilər
Münasibətlərə zərər verən vərdişlər
Sezar salatı (foto-resept)
Bosniya Azərbaycanla viza rejimini ləğv etdi
Türkiyənin yeni baş naziri bəlli oldu
İlham Əliyev məmurlara son xəbərdarlığını etdi
Dünyada milyonlarla insanın ölüm səbəbi açıqlandı
"Basketboll" qız
Alimlər iPhone-la məlumat toplayacaqlar
ÇÖKDÜRMƏ KABABI
Uşaq kitabı seçərkən nəyə diqqət etməli?
Azərbaycan ordusu Şuşa şəhərini atəşə tutmayıb - RƏSMİ
Zərərli görünməyən zərərli vərdişlər
Anar Eyvazov: “Döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var…”
Avtomatik yanacaqdoldurma məntəqələri yaradılır
Hind okeanındakı adadan
Azərbaycanda qəbiristanlığı parka çevirdilər
Bilmədiklərimizi bilək
Meqan Markl yenidən ana olacaq!-FOTO
Azərbaycandan Ermənistana çağırış
Yaşıl çay-gözəlliyinizin keşiyində
"Dərs vaxtı"nın 16 sentyabr cədvəli AÇIQLANDI
Uşağı "pis yetişdirməyin" yolları (I)
"Türkiyə parlamenti Xocalı faciəsini soyqırım kimi tanımalıdır"
Məktəblilərin payız tətili başa çatdı
Gənclər bu xəbəri çoxdan gözləyirdilər!
Gürcüstanda yaşayan azərbaycanlılar təbii fəlakətlə üz-üzə
Saçları yumşaldan maska
- ŞƏRHLƏR