Təbriz dünya şəhərləri arasında elə şəhərlərdəndir ki, hər daşının, hər kərpicinin altında bütöv bir tarix yaşayır.Öz tarixi məhəllələri, Ərk qalası, Göy məscid, Rəbe-Rəşidi Universiteti ilə dünya tarixinin qızıl səhifələrini yazan Təbriz şəhəri bəlkə də tarixin özü ilə yaşıddır.
Təbrizin gözəlliklərinə gözəllik qatan yerlərdən biri də El gölü və ya bir zamanlar adlandırıldığı kimi Şah gölüdür.
El gölü göz oxşayan mənzərəsi, ətrafında salınmış yaşıllıqları, təmiz ab-havası ilə təkcə təbrizlilərin deyil, həm də şəhərə gələn qonaqların ən sevdiyi məkandır.Təsadüfi deyil ki, yay aylarının isti günlərində burada turist əlindən tərpənmək mümkün olmur.
Öz qədimliyi, böyüklüyü və gözəlliyi ilə seçilən El gölünün eni 200 metr, uzunluğu isə 317 metrdir.Gölün dibi daş-çınqılla dolu olduğu üçün dərinliyini dəqiq ölçmək mümkün deyil.Lakin gölün dərinliyinin 4 metr olduğunu söyləyənlər də az deyil.
Qədim zamanlardan ta İslam inqilabına qədər göl “Şah gölü” adı ilə tanınardı.İslam inqilabının qələbəsindən sonra xalq gölün adını əvəzləyib “El gölü” qoydu.
Gölün yaranma tarixi haqqında dəqiq məlumat yoxdur.Söylənilən bütün fikirlər yalnız fərziyyələrə əsaslanır.
Adının "Şah gölü" olması göl haqqında, onun banisi haqqında bir sıra fikirlərin meydana çıxmasına səbəb olub.Belə ki, onun hansısa şahın hakimiyyəti zamanı, onun əmrilə və yaxud birbaşa şahın özü üçün yaradıldığı söylənilir.
Gölün 15-ci əsrdə Ağqoyunluların hakimiyyəti zamanı yaradıldığı haqqında fikirər çoxluq təşkil edir.
Deyilənə görə yarandığı zamanlar göl indiki böyüklüyündə olmamış, daha sonralar Səfəvilərin hakimiyyəti zamanı bir qədər də böyüdülərək təqribən indiki böyüklüyünə qovuşmuşdur.
Göl barəsində əldə olan qaynaqlardan ən maraqlısı Nadir Mirzənin yazdığı “Təbriz tarixi və coğrafiyası” kitabıdır.Bu kitabda Nadir Mirzənin göl haqqında verdiyi məlumatlar bundan ibarətdir:
“Bu göl Qacarların hakimiyyətnin ilk dövründə Seyid tayfasının mülkü olmuş və daş-çınqılla dolmuşdur.
Abbas Mirzə Əlsəltənətinin səkkinci oğlu Qəhrəman Mirzə Azərbaycan hakimi olduğu zaman gölün mülkünü o zamankı sahibi olan Mirzə Hüseyndən almış və göl üçün ona hər il 35 xalvar buğda vermişdir.
Gölü aldıqdan sonra Qəhrəman Mirzə onu təmizlətmiş və uçulmuş yerlərini təmir etdirmişdir.Qəhrəman Mirzənin əmri ilə gölün aşağı hissəsində əhəng, kərpic və daşdan enli bir divar çəkilmişdir.Gölün suyu aşağı axdığı üçün bu divar möhkəm bir bənd kimi suyun qabağını almışdır.
Sonra o, gölün ortasında gözəl bir bina tikdirmişdir.Binaya getmək üçün cənubdan enli bir yol salınmışdır.Eyni zamanda yuxarıdan keçən çaydan gölə bir qol ayrılmış və buradan gölə su axıdılmışdır.Göl 6 ay ardı-arası kəsilmədən 2 daş dəyirmanı vasitəsilə doldurulmuşdur.Buranın tikintisinə 50 min tümən qızıl pul xərclənmişdir.
Təəssüf ki, Qəhrəman Mirzənin vəfatından sonra binanın tikintisi yarımçıq qalmış, tikilib başa çatdırılmamışdır.
Mən özüm o gölün ortasında tikilmiş imarəti dəfələrlə görmüşəm.O, dövrəsi mərmərdən, alt mərtəbəsi böyük eyvandan, üst mərtəbəsi isə güzgülü salondan ibarət bir imarət idi..."
Nadir Mirzənin də yazdığı kimi Qəhrəman Mirzənin ölümündən sonra göldə aparılan tikinti və abadlıq işləri yarımçıq qalmış, hətta gölün ortasında tikilən bina da dağıdılmışdır.Kərpic və kaşıları söküldüyündən gölün dibi daş-çınqılla dolmuşdur.
Binanın yalnız alt qatı 1930-cu ilə kimi qalmışdır.Təbriz bələdiyyəsi tərəfindən təmir olunan bina restoran kimi fəaliyyət göstərmişdir.
Düz 37 il restoran kimi fəaliyyət göstərən bina baxımsızlıq ucbatından tədricən dağıdılmış və 1970-ci ildə bina bütünlüklə uçurulmuş və Təbriz bələdiyyə sədirinin göstərişi ilə yerində yeni, bir mərtəbəli bina tikilmişdir.Yeni bina da restoran kimi fəaliyyət göstərmişdir.
İslam inqilabı günlərində bu restoran dağıdılmış və yalnız 1986-cı ildə dağılmış yerləri bərpa edilərək istifadəyə verilmişdir.
Bu günə qədər də gölün ortasında tikilmiş binadan restoran kimi istifadə edilir.
Gölün ortasında tikilmiş binaya gedən yol haqqında da bəzi fərziyyələr var.Bəzilərinin dediklərinə görə Qacarlar zamanı binaya getmək üçün açılıb-bağlanan bir körpüdən istifadə edilərmiş.Qacar şahzadələri burada dincəldikləri zaman heç kəs onlara mane olmasın deyə onlar gəldikdən sonra körpü qaldırılar və beləliklə də binaya gedən bütün yollar bağlanardı.
Təbrizin gözəllikləri sırasında adı çəkilən El gölü haqqında çox danışmaq olar.Bu gölün hələ açılmamış sirlərlə dolu olan tarixi isə qaranlıq qalan səhifələrin açılacağı günü gözləyir...
XƏBƏR LENTİ
Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi
Gündəlik həyat tərzimiz necədir?
Əhali bu vergilərdən azad edilir - SİYAHI
Tək barmaqla göyə qalxan daşın sirri-FOTO
Ayaqqabı təmizliyi üçün praktik üsullar
“Twitter” satışda - Kim alacaq?
Bu ölkənin qadınlarının 1/3-ü qarımış qızlardır
Düşmənin canlı qüvvəsini və avtomobil texnikasını məhv edən Azərbaycan əsgərini siz də tanıyın - VİDEO
Azərbaycanda zəlzələ olub
Azərbaycan ilk dəfə Çikaqo Səyahət və Sərgüzəştlər sərgisində təmsil olunacaq
Britni Spirs 25-ci ətrini təqdim etdi-FOTO
Ağciyər xərçəngi müalicəsində EBUS üsulu
Klassik gəlinlik geyinməyən gəlinlər
Azərbaycanda zəlzələ baş verib
Soyuq da gözəllik yaradır
Permdə doğulan Ömər Xəyyam
İrem Derici keçmiş əri ilə olan münasibətlərindən danışdı
Bu gün Aşura günüdür
Azərbaycan iqtisadiyyatı il ərzində 5 faiz artıb
Bakıda 37 metrlik yolka
Mumiyalarla bağlı yeni kəşf
Malyariya
İllər sonra etiraf etdi: Mən uşaqkən anam məni 80 yaşlı ... - FOTO
Bülənt Ərsoy koronavirusa yoluxub?
Azərbaycan teatrının 140 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Bəyəndim (Like)
"Real"ın ulduzuna 7 milyon qiymət qoyulub
TƏBİB sədri: “Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…”
Qarındakı yağları əridən detoks
Şamaxıda yollar buz bağladı
Hər kəsi təəccübləndirən cütlüklər
''İlan'' salatı
İş axtaranların nəzirənə
Uşaqların uğuruna mane olan 3 valideyn xətası
İlham Əliyev xalqı əmin etdi
Türkiyədə yeni dərs ili onlayn başlayacaq
Tokyonun ən qəribə 5 restoranı
Əliyev: Əgər bir də belə olacaqsa...
Bu şəhərdə internet pulsuz olacaq
Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edildi
Hava xəbərdarlığı
Virtual autizm yayılır
Qiyməli pide (foto resept)
İlin ən yaxşı serialı seçildi - FOTO
Kitab"sevər"lər
Avropa su altında qaldı
Azərbaycan dili - III dərs
40 otaqlı mağara satışa çıxarıldı - FOTO
Kedlərini təmizləyib sosial şəbəkə ulduzu oldu - FOTO
Günün ən xoşbəxt anı
- ŞƏRHLƏR