1920-1991-ci illəri əhatə edən Sovet hakimiyyəti. Bu hakimiyyətin Azərbaycana vurduğu maddi və mənəvi zərbələr. Xalqımız öz milli tarixindən, mədəniyyətindən, çox əsrlik tarixindən, dinindən uzaqlaşdırıldı. Ən böyük bəla isə bir xalq kimi azad şəkildə düşünmənin qadağan olunması oldu. Bu 72 illik əsarət nəticəsində dövrünün qabaqcıl ziyalıları, elm və din xadimləri ya vətənlərindən didərgin salındı, ya da Vətən xaini, Xalq düşməni adı ilə damğalanaraq, sürgün olundu, öldürüldü. Doğma Azərbaycandan didərgin düşənlərin arasında gələcəkdə Egey Universitetinin professoru olacaq Dilşad xanım Elbrus Talıbxan və ailəsi də vardı.
Dilşad xanım Elbrus 1916-cı il may ayının 31-də milli mənəvi dəyərlərə sadiq bir ailədə – Qarabağ quberniyasında tanınmış Qarabağ xanlarından olan Talıb xanın ailəsində doğulmuşdur. Talıbxan Talıbxanbəyov Çar Rusiyası və Azərbaycan Xalq Cumhuriyyəti dövründə Qubada, Şamaxıda və digər rayonlarda polis rəisi vəzifəsində çalışmışdır. Lakin Sovet hakimiyyəti qurulduqdan sonra Talıbxan öldürülmüş, bütün əmlakı müsadirə olunmuşdur. Sovet hakimiyyətinin bəy-xan ailələrinə düşmən mövqedə olmasının nəticəsi kimi 1927-ci ildə Dilşad xanım, anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində Azərbaycanın tarixində şərəfli iz buraxmış, Parlamentdə Qanunvericilik şöbəsinin rəisi işləmiş, sonra isə Türkiyəyə mühacirət etmış dayısı Hüseyn bəy Mirzəcamalov – Hüseyn Camal Yanarın köməkliyi ilə Türkiyəyə pənah aparmışlar. Ailə İstanbula yerləşdikdən sonra Dilşad xanım qızlar liseyində təhsil almış, liseyin məzunu olduqdan sonra 1931-ci ildə İstanbul universitetinin fikiza-kimya bölümünə daxil olmuş və 1934-cü ildə bitirdiyi fakültənin Təcrübə Fizika İnstitutunda assistent kimi fəaliyyətə başlamışdır. 1949-cu ildə dissertasiya müdafiə etmiş və 1954-cü ildə dosent adı almışdır. 1957-ci ildə isə İzmirdə Egey Universitetinin tibb fakültəsinin Fizika İnstitutuna dəyişdirilmişdir. Dilşad xanımın İzmirə getməsinə səbəb kimi onun fizika professoru Adnan Sokullu ilə ailə qurub, bir müddət sonra ayrılması və keçmiş həyat yoldaşı ilə qarşılaşmaq istəməməsi güman olunur. Dilşad xanımın bundan sonrakı elmi fəaliyyəti Egey universiteti ilə bağlı olmuşdur. O, 1961-ci ildə İzmirdə həmin fakültədə professor olmuşdur və 3 ay sonra yeni qurulan Egey universiteti fənn fakültəsi təcrübi fizika kafedrasına və daha sonra isə 1969-cu ildə həmin universitetin mühəndislik elmləri fakültəsinə dəyişilmişdir. Dilşad xanım Elbrus Talıbxan 2 kitab və 6 məqalənin müəllifi, nüvə fizikası sahəsində elmlər doktoru elmi dərəcəsi almış ilk azərbaycanlı qadın professordur.
Seçdiyi ixtisasın aktuallığı ilə əlaqədar olaraq, Dilşad xanım müxtəlif illərdə elmi araşdırmalar aparmaq üçün Almaniya, İngiltərə və Amerikada uzunmüddətli yaşamışdır, bunun nəticəsidir ki, Dilşad xanım rus, alman və ingilis dillərini mükəmməl mənimsəmişdir. Bununla belə, Dilşad xanım türk-Azərbaycan dilinin incəliklərini bütün həyatı boyu qoruyub saxlamışdır. Dünyanın bir çox ölkələrində yaşaması, lakin doğma vətəni Azərbaycana qayıtmasının qeyri-mümkünlüyünü dərk etməsi onda Azərbaycana sonsuz məhəbbət yaratmış və onsuz da qəlbini parçalayan vətən həsrətini daha da alovlandırmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu bütün ömrü boyu acı bir xatirə kimi ürəyində yaşatmış və həyatı boyunca aprel ayını matəm yubileyi kimi qeyd etmişdir.
Dilşad xanım Elbrus səhhətində yaranan ciddi problemlərlə əlaqədar olaraq 1977-ci ildə təqaüdə çıxır və 1979-cu il aprelin 11-də uzun sürən ağır xəstəlikdən dünyasını dəyişmişdir və dayısı Hüseyn Camal Yanarın qəbrinin yanında dəfn edilmişdir. Onun vəfatı ilə əlaqədar türk mətbuatında belə bir xəbər dərc edilmişdir: ”Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərlərinin və elmi kəşflərin müəllifi, Egey universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus vəfat etmişdir ”.
Ən ağrılı hal isə fəxr ediləcək bir azərbaycanlının vəfatından Azərbaycanın xəbərsiz olması olmuşdur.
XƏBƏR LENTİ
Sibel Canın başına gözlənilməz hadisə gəldi-VİDEO
Sərdar Ortaç təzminatdan danışdı
Azərbaycan tarixindən yüz şəxsiyyət-30
Azərbaycanda 10 mehmanxanaya lisenziya verilib
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Neft ucuzlaşıb
Rənglərin həyatımızda rolu
Türkiyəli nazir koronavirusla bağlı sevindirici XƏBƏRİ AÇIQLADI
İlham Əliyev xalqı təbrik etdi
Rubl kəskin bahalaşdı
Uşaqlar üçün çətir modelləri
Sabahın HAVAsı
Dördqanadlı lələkli dinozavr
"Mucize doktor"u şikayət etdilər-SƏBƏB
Rusiya və Türkiyə müdafiə nazirləri Qarabağı müzakirə etdilər
Qırışların qarşısını alan qidalar
Paris moda həftəsindən yadda qalan geyimlər
Mehriban Əliyeva: "Atamın insani keyfiyyətləri mənim həyat amalımdır"
Türkiyədə kişilərə bu QADAДћAN EDİLDİ
Bonding nədir?
Düşmən ordu itki verdi
Gözəl köynək düymələri
Uzunömürlü evliliyin sirri
Google yeni servis hazırlayıb
MTN-nə görə işdən çıxarılma xəbəri yayılan nazir danışdı
Yıldız Tilbe sevənlərini təəccübləndirdi-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Gəlinlik donları
Şəhid generalımız Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək
Qucağa öyrəşən uşaqlara necə davranmalı?
Bakıda 2 mindən çox uşaq müsabiqə əsasında I sinfə qəbul edilib
"Eurovision"un qalibi özünü yandıracaq
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Böyük Bakının unikal planı
Gül açan 5 kaktus
Kılıçdaroğlu: "Xocalı faciəsi yaddaşlarımızdan silinməyəcək"
Yoldaşını müayinə edən həkim qızı haqqında Həqiqəti Öyrəndi-FOTO
Əmrah Çəlikəl: ""Qarabağ" üçün yenə transfer olmalıdır"
Qocalmadan qaralın
"Sabahdan işə gəlmirəm" dedi, pərt oldu - VİDEO
Göbələkli toyuq burması (foto resept)
Sağlam arıqladan 3 pəhriz
Məktəb çantaları uşaqlarınız üçün təhlükəlidir!
İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
Metrodan istifadə edənlərin nəzərinə: Gələn ilin fevralına qədər...
Fahriye Evcenlə Burak Özçivit BOŞANMA MƏRHƏLƏSİNDƏ
TEKBİR FİRMASININ GEYİM KOLLEKSİYASI
Xoşbəxtlik bizim içimizdədir
Azərbaycana 30 sm qalınlıqda qar yağdı
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
- ŞƏRHLƏR