Bakıda hava 10°
USD AZN
EUR AZN

Nə üçün "bismillah" kəlməsində "əlif" yoxdur?

Nə üçün "bismillah" kəlməsində "əlif" yoxdur?

 

Nə üçün “Bismillahir-rəhmanir-rəhim” kəlməsinin ərəbcəsində “ism” sözündəki “əlif” yazılmayıb?

-----------

“Bism” بسم kəlməsindəki həmzə vəsldir (yəni birləşdirici rolunu oynayır). Ərəb ədəbiyyatında bu həmzə – əgər sözün ortasında qərar tutsa, oxunulmur, amma yazılır. Bu isə “qət həmzəsi”nin əksinədir. Belə ki, “qət həmzəsi” həm yazılır, həm oxunur.

Deyilib ki, “Bism” kəlməsində istisna vardır. Odur ki, bu sözdə “əlif”in oxunmamasından əlavə, həm də yazı şəkildə belə, yazılmamışdır. Onun nə üçün belə olduğu barədə isə müxtəlif fikirlər qeyd edilmişdir:

1 – “Vəsl həmzəsi”ndən çoxlu şəkildə istifadə edildiyi üçün;

2 – “Bə” hərfinin “Bism”-dən ayrı olmadığı üçün;

3 – “Həmzə”nin “Bism” kəlməsinin tərkib hissəsi olmadığı üçün (Erabül-Quran, c.1, s.14) ;

4 – “Bism”in əsli “sim”, yaxud “sum” olmuşdur və “həmzə” hizf olunmamışdır. Bu məsələdə bu şeirə istinad edilmişdir (Şair Əbu Zeyd Ənsari Bəsridir. Ühüd döyüşündə şəhid olmuşdur. O, Allah Rəsulunun zamanında Quranı toplamış altı nəfərdən biridir: Seyid Möhsün Həkim, “Əyanüş-şiə”, c.4, s.12) :

بِاسْمِ الَّذِي فِي كُلِّ سُورَةٍ سُمُهْ

Yəni “bism” ki, hər bir surənin əvvəlində mövcuddur, “sim”, yaxud “sum”-dan götürülmüşdür. Odur ki, "bə” hərfinin ora əlavəsi nəticəsində “bism” olmuşdur. Bu nəzəriyyəyə əsasən, “həmzə” elə əvvəlcədən olmamışdır, odur ki, aradan getməmişdir” (Erabül-Quran, c.1, s.14).

Farid Abdullah

Səslərin sayı: 0
1
1499
Şərhlər
Offline
Iceberg
"bə” hərfinin ora əlavəsi nəticəsində “bism” olmuşdur.
20 sentyabr 2018 11:07
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış