Əgər bir insan deyirsə ki, həyatda heç vaxt yalan danışmayıb, elə ən böyük yalanı da odur. İnsanın həyatında yalan danışmaması mümkün deyil. Bəs biz azərbaycanlılar ən çox hansı yalanı danışırıq? Bu sualın cavabını öyrənmək üçün Facebook-da kiçik sorğu keçirdik. Sorğumuzda iştirak edənlər öz fikirlərini yazdılar.
Məlum olub ki, Azərbaycanda ən çox danışılan yalanlar bunlardır:
1. "Biz sizinlə əlaqə saxlayacağıq"
Bu yalanı iş axtaranlar tez-tez eşidirlər. Hər hansı bir vakansiya üçün CV göndərirlər və müsahibəyə dəvət alırlar. Müsahibədən sonra şirkətin əməkdaşı deyir ki, əlaqə saxlayacağıq. İş axtaran da bəzən aylarla həmin "əlaqənin" nə vaxt saxlanacağını gözləyir.
2. "Gələn aydan idmana başlayıram"
Bu yalanı isə adətən artıq çəkidən əziyyət çəkən kişilər deyirlər. Onlar hər dəfə planlarını növbəti aya qədər təxirə salırlar. Ancaq aylar-illər ötsə də eləmirlər.
3. "Daha bu qədər içməyəcəm".
Yığıncaqlarda, toylarda, bayramlarda spirtli içki həddini aşıb, səhəri gün baş ağrısından əziyyət çəkən adamlar daha belə içməyəcəklərinə söz verirlər. Ancaq növbəti yığıncaqda verilən söz unudulur.
4. "Sabahdan pəhriz saxlayacam, arıqlayacam"
Çəkisinin artıq olduğunu düşünən qızlar sabahdan pəhriz saxlayacaqlarını vəd verirlər. Həmin vədin müddəti isə növbəti dadlı şirniyyat süfrəsinə qədər olur.
5. "Sən məndən daha yaxşısına layiqsən".
Adətən oğlanlar qızlardan ayrılmaq üçün bu məşhur kəlmədən istifadə edirlər. Ayrılıqlarına bəraət qazandırmağa çalışırlar. Eyni zamanda ayrılıqla qızın qəlbini çox da qırmamağa çalışırlar. Ancaq anlamırlar ki, qızlar artıq bu cür yalanları bilirlər.
6. "Sənin barəndə fikrim ciddidir".
Əgər qızlar bu sözü oğlandan eşidirlərsə, deməli, işlər qəlizdir. Həmin oğlan qızı aldatmağa hazırlaşır. Ürəkdən sevən və ciddi fikirlə qıza yaxınlaşan oğlan daha kreativ və romantik sözlər deməyə qadirdir.
7. "Siz sağalacaqsınız, əminəm!"
Xəstələrin həkimlərdən eşitdikləri əsas yalandır. Həkimlər bəzən həqiqəti də bu cür deyirlər. Ancaq bu ifadədə həqiqətlə yalan arasında sərhəd o qədər itib ki, xəstə anlamır ki, ümid etsin, yoxsa o dünyaya getməyə hazırlaşsın. Ancaq yenə də ümid hər şeydən güclü olur və qalib gəlir.
8. "Burnumda çəpər əyriliyi var idi"
Qızlar burunlarının formasını plastik əməliyyatla dəyişirlər. Ancaq çox nadir hallarda qızlar bunu etiraf edirlər. Adətən çəpər əyriliyi olduğuna görə əməliyyat etdirmək məcburiyyətində qaldıqları barədə nağıllar danışırlar.
9. "Hər şey yaxşıdır".
Hər şeyin yaxşı və ya pis olmasından asılı olmayaraq, biz azərbaycanlılar bu yalana artıq vərdiş etmişik. Hər dəfə "Hər şey yaxşıdır", "yaxşıyam" kimi cavablar verirlər. Hətta xərçəngdən 3 gün sonra öləcəyi diaqnozu qoyulan ağır xəstə də "Necəsən?" sualına "yaxşıyam" cavabını verir.
10. "Məndə yalan yoxdur. Yalanı xoşlamıram"
Əgər adam bu sözləri dedisə, dabana tüpürüb qaçın həmin adamın yanından. Çünki onun ən böyük yalançı olduğunu sonda anlayacaqsınız və artıq gec olacaq.
Bəs siz nə düşünürsünüz bu barədə, əziz oxucular? Azərbaycanda ən çox danışılan yalanlar hansılardır? Fikirlərinizi aşağıdakı şərh bölməsində yaza bilərsiniz.
Mənbə: Milli.Az
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dərinin qocalmasına qarşı maskalar
İnsanlar irəlidə 200 il yaşaya bilərmi?
Ölkələrə görə gəlin və bəy
Mark Zukerberqin 2-ci qızı doğuldu - FOTO
Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”
Müəllimənin işdən çıxma səbəbi TƏƏCCÜBLƏNDİRDİ
Hava haqqında
Limon suyunun 10 faydası
Bakı Dövlət Universitetinin yaranmasından 94 il keçir
Təmiz suya tamarzıyıq
Qəribə tərz sahibləri
Məşəl Heydər Əliyev Mərkəzində
Təmizlik sağlamlıqdır
Çin sürətlə mobilləşir
Sovet işğalından 95 il ötür
Levanti mətbəxindən mərcili "Tabule" (foto resept)
Məşhur müğənni adını dəyişdirir-SƏBƏB
Uzun paltar modelləri
Ukraynada ölənlərin sayı iki dəfə artıb
Boşanmaya aparan kiçik problemlər
Cəbhədə silah səsləri
Di Kaprio məhkəmədə - Şok ittiham
İlham Əliyev: “Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı”
Ətli mini zapekanka (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-16 yanvar
Dəriniz yaz meyvələri ilə yenilənsin
Bu gün Xəyalə Muradın ad günüdür!
Pendirli-şokoladlı tort (foto resept)
Günün qoroskopu: yeni əlaqələrin bünövrəsini qoymaq olar
Ərdoğan Aya-Sofya məbədini ziyarət edib - FOTO
Kosmosa 2 saatlıq uçuş üçün xərcəlnəcək məbləğ açıqlandı
Hamiləlik şansını artırmaq üçün 5 tövsiyə!
Şəkidə şagirdlərə həblər paylanır
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
Ermənistanda qaça-qaçdır
Körpəniz xəstə olmadan həkimə aparın
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Arıqlamağa əngəl olan səbəblər
Turizm və növləri
Emin koronavirusa yoluxubmuş
Maykl Cordanın idman ayaqqabıları rekord məbləğə satıldı
Həm maus, həm kompüter
Microsoft-dan yeni smartfonlar
Gürcüstanda yaşıl rəngli küçük doğuldu - VİDEO
Toxuduqlarım
Xəyal qurun(2)
Ən çox satılan smartfon hansıdır?
Prezident Qarabağdan danışdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Yumurtanın qiymətini kim bahalaşdırır? - Quşçular Cəmiyyətindən CAVAB
- ŞƏRHLƏR