Bəzən əlimizə həvəslə aldığımız işin nəticəsi istədiyimiz kimi alınmır. Bu zaman "Onsuz da alınmayacaq, mənim əlimdən heç nə gəlmir" deyib bir daha cəhd etmirik. Bunun yalnış olduğunu yəqin ki, öz valideynlərinizdən də eşitmisiniz, öz övladlarınıza da deyirsiniz. Lakin unutmayın ki, heç zaman təslim olmaq olmaz. Çalışın ki, zəhmətinizin bəhrəsini də görəsiniz. İnanmırsınız ki, hər işdə bir xeyir var? O zaman bu xəbəri diqqətlə oxuyun və hər təqdim etdiyim şəxsdən nümunə götürün.
Məşhur bəstəkar Bethovenin müəllimi onu tamamilə istedadsız hesab edirdi, lakin bu, ona dünya şöhrətli bəstəkar olmağa mane olmadı.
Darvinin atası "Səni it və siçovul tutmaqdan başqa heç nə maraqlandırmır" deyirdi. Bu gün bütün dünya Darvinin evolyusiya nəzəriyyəsini qəbul edib və onu dahi adlandırır.
Uolt Disney qəzetdən ideya azlığı səbəbindən işdən azad edilir. Bu gün hər bir uşaq və böyük onun adını bilir və onun cizgi filmlərinə həvəslə baxır.
Tomas Edisonun tərbiyəçisinin sözünə görə, "o kütdür və heç nə öyrənə bilmir". Lakin hamımız axşam hava qaralanda onun ixtira etdiyi elektrik lampalarından istifadə edirik. Hələ nənələrimizin ona rəhmət oxuduğunu demirəm.
Albert Eynşteyn 4 yaşına qədər danışa bilmirdi. Onun müəllimi onu ağıldankəm kimi xarakterizə edirdi. Yəqin ki, Eynşteynin sonrakı taleyi haqqında deməyim artıqdır, çünki bu gün biz həddindən artıq savadlı insan görəndə bəzən "lap Eynşteyndir" deyə müqayisə edirik.
Rodenin atası oğlunu axmaq sayırdı. Çünki o, 3 dəfə cəhd etsə də, incəsənət məktəbinə daxil ola bilməmişdi. Bu, Rodenin məhşur memar olmasına maneçilik törətmədi.
Ən dahi bəstəkarlardan biri olan Motsartın "Fiqaronun evliliyi"nə qulaq asdıqdan sonra imperator Ferdinand "Səs-küy azdır, not isə çoxdur" demişdir. Halbuki, bütün dünya Motsartın əsərlərinə böyük istəklə qulaq asır.
Mendeleyev kimyadan "3" alırdı. Onun "Kimyəvi elementlərin periodik sistemi" bu gün bütün dünyanın kimya kabinetlərində və elmi laboratoriyalarında asılıb.
"Ford" avtomobilinə baxanda adama elə gəlir ki, Henri Ford həmişə varlı biznesmen olub. Əslində çox az insan bilir ki, Ford bir neçə dəfə müflisləşib. Lakin onun böyük imperiyasının artıq 100-ə yaxın yaşı var.
Markoni radionu fikirləşəndə dostlarına hava ilə uzaqlara sözləri çatdıracağını demişdi. Dostları isə onu dəli sanmış və psixiatra müraciət etmişdilər. Amma bir neçə aydan sonra onun radiosu çoxlu dənizçinin ömrünü xilas etmişdir.
Heç nə alınmayanda bunları yadınıza salın. Bəlkə siz də onlar kimi sonunda dahi olacaqsınız. Kim bilir...
XƏBƏR LENTİ
Azərbaycan ağır atletika üzrə dünya rekordunu yenilədi
Adam başına düşən mənzil sahəsi genişləndiriləcək
Davudoğlunun Ermənistana səfərdədir
Özünüzü yuxularınızla tanıyın: qırmızı enerjili, güclü insanların rəngidir...
Azərbaycana 94 milyonluq təklif
Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Marinara pizza (foto-resept)
Azad söz( 2 -ci hissə)
Lexus-dan eksklüziv
Hande Erçelin FOTOsu səs-küy yaratdı
Facebook Messenger-dən MÖHTƏŞƏM YENİLİK
Dünyanın fərqli yerlərində makiyaj trendi
10 dəqiqəlik milyoner oldu
Günün qoroskopu:Bədxərclik etməyin!
Sabahın HAVAsı
Alma ağacları kütləvi şəkildə kəsirlir
Dünya tibb elmində ilk
Quru dərilər üçün təbii maska
Azərbaycanda ən çox yayılan xəstəliklər hansılardır?
İçdiyimiz su təhlükə mənbəyidir
Şəkidə ilkə imza atıldı
Milli mətbəximizi unuduruqmu?
Başqasına etibarnamə verənlərin nəzərinə - VİDEO
Qısqanclıq sizi bitirməsin!
Sabahın hava proqnozu
6 min insan sülh üçün soyundu
Avropa Liqası: hansı oyun hansı kanalda?
Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif olundu
İspanaqlı keks ( foto resept)
Əndamıyla Cennifer Lopesə MEYDAN OXUDU - FOTO
Dənizdə ölən şəxs xəstəxanada ayıldı - Azərbaycanda MÖCÜZƏVİ HADİSƏ
Çarlz Dikkens haqqında maraqlı faktlar
Ən çox hansı mobil telefonlar alınır? - REYTİNQ
Neon dırnaqlar
Xaricdə təhsil almaq istəyənlərə ŞAD XƏBƏR
Dünyanın gözlədiyi XƏBƏR: PEYVƏND hazırdır
Qeyri-adilik üçün 13 ideya
Doğum günü tortları
Məhbuslarla görüş və sovqat verilməsi bərpa edildi
Kosmetik vəsaitlərin saxlanma müddəti nə qədərdir?
Heç belə bina görmüsünüz?
Qadın.Netlilərlə bir az gülək-2
Enrikenin yeni doğulan körpəsi - FOTO
Bakıda taekvondo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi keçirilib
Novruz adətləri
Yataq otağı dizaynı
Hikmət Hacıyevdən koronavirus vaksinləri ilə bağlı VACİB AÇIQLAMA
Azərbaycanda 10 il uşağı olmayan ailələrə müjdə
Akula sörf taxtasındakı uşağa hücum etdi-VİDEO
- ŞƏRHLƏR