Qadin.NET / "Uğursuz" dahilər

"Uğursuz" dahilər

Bəzən əlimizə həvəslə aldığımız işin nəticəsi istədiyimiz kimi alınmır. Bu zaman "Onsuz da alınmayacaq, mənim əlimdən heç nə gəlmir" deyib bir daha cəhd etmirik. Bunun yalnış olduğunu yəqin ki, öz valideynlərinizdən də eşitmisiniz, öz övladlarınıza da deyirsiniz.  Lakin unutmayın ki, heç zaman təslim olmaq olmaz. Çalışın ki, zəhmətinizin bəhrəsini də görəsiniz.  İnanmırsınız ki, hər işdə bir xeyir var? O zaman bu xəbəri  diqqətlə oxuyun və hər təqdim etdiyim şəxsdən nümunə götürün.

"Uğursuz" dahilər

Məşhur bəstəkar Bethovenin müəllimi onu tamamilə istedadsız hesab edirdi, lakin bu, ona dünya şöhrətli bəstəkar olmağa mane olmadı.

"Uğursuz" dahilər

Darvinin atası  "Səni it və siçovul tutmaqdan başqa heç nə maraqlandırmır" deyirdi. Bu gün bütün dünya Darvinin evolyusiya nəzəriyyəsini qəbul edib və onu dahi adlandırır.

"Uğursuz" dahilər

Uolt Disney qəzetdən ideya azlığı səbəbindən işdən azad edilir. Bu gün hər bir uşaq və böyük onun adını bilir və onun cizgi filmlərinə həvəslə baxır.

"Uğursuz" dahilər

Tomas Edisonun tərbiyəçisinin sözünə görə, "o kütdür və heç nə öyrənə bilmir". Lakin hamımız axşam hava qaralanda onun ixtira etdiyi elektrik lampalarından istifadə edirik. Hələ nənələrimizin ona rəhmət oxuduğunu demirəm.

"Uğursuz" dahilər

Albert Eynşteyn 4 yaşına qədər danışa bilmirdi. Onun müəllimi onu ağıldankəm kimi xarakterizə edirdi. Yəqin ki, Eynşteynin sonrakı taleyi haqqında deməyim artıqdır, çünki bu gün biz həddindən artıq savadlı insan görəndə bəzən "lap Eynşteyndir" deyə müqayisə edirik.

"Uğursuz" dahilər

Rodenin atası oğlunu axmaq sayırdı. Çünki o, 3 dəfə cəhd etsə də, incəsənət məktəbinə daxil ola bilməmişdi. Bu, Rodenin məhşur memar olmasına maneçilik törətmədi.

"Uğursuz" dahilər

 Ən dahi bəstəkarlardan biri olan Motsartın  "Fiqaronun evliliyi"nə qulaq asdıqdan sonra imperator Ferdinand "Səs-küy azdır, not isə çoxdur" demişdir. Halbuki, bütün dünya Motsartın əsərlərinə böyük istəklə qulaq asır.

Mendeleyev kimyadan "3" alırdı. Onun "Kimyəvi elementlərin periodik sistemi" bu gün bütün dünyanın kimya kabinetlərində və elmi laboratoriyalarında asılıb.

"Ford" avtomobilinə baxanda adama elə gəlir ki, Henri Ford həmişə varlı biznesmen olub. Əslində çox az insan bilir ki, Ford bir neçə dəfə müflisləşib. Lakin onun böyük imperiyasının artıq 100-ə yaxın yaşı var.

"Uğursuz" dahilər

 Markoni radionu fikirləşəndə dostlarına hava ilə uzaqlara sözləri çatdıracağını demişdi. Dostları isə onu dəli sanmış və psixiatra müraciət  etmişdilər. Amma bir neçə aydan sonra onun radiosu çoxlu dənizçinin ömrünü xilas etmişdir.

Heç nə alınmayanda bunları yadınıza salın. Bəlkə siz də onlar kimi sonunda dahi olacaqsınız. Kim bilir...

28 may 2014
GO BACK